Elektron siqaretlərlə bağlı qadağalar - Birinci oxunuşdan keçdi

Elektron siqaretlərlə bağlı qadağalar - Birinci oxunuşdan keçdiAzərbaycanda elektron siqaretlərin idxalı, ixracı, istehsalı, saxlanılması, satışı və istifadəsi qadağan ediləcək.

BiG.AZ xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan "Tütün və tütün məmulatı haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağan ediləcək.

Həmçinin, nikotin tərkibli elektron siqaretlər də tütün məmulatı hesab ediləcək.

Bununla yanaşı, layihədə qanunvericiliyə aşağıdakı yeni anlayışların da daxil edilməsi təklif olunur:

- Qızdırılan tütün məmulatı - tütündən (tütün qarışığından) və onun istehsalında istifadə edilən qeyri-tütün komponentlərindən ibarət, alışdırılmadan və tütün tüstüsü əmələ gəlmədən qızdırılma prosesində yaranan nikotin tərkibli aerozolun tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş məmulat. Qızdırılan tütün məmulatı elektron siqaret hesab edilməyəcək.

- Elektron siqaret - qida məhsulları, tütün məhsulları, dərman vasitələri və tibbi cihazlar istisna olmaqla, nikotin tərkibli və ya nikotin tərkibi olmayan buxarın tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş və müştük və ya digər komponentləri, o cümlədən kartrici və flakonu olan və ya olmayan cihaz vasitəsilə istifadə etmək üçün nəzərdə tutulmuş məhsul. Elektron siqaretlərin flakonundan bir və ya bir neçə dəfə istifadə edilə və ya onlar birdəfəlik kartriclərlə təkrar doldurula biləcək.

*

Eyni zamanda Azərbaycanda nikotin tərkibi olmayan elektron siqaretlərin reklamı da qadağan edilir.

Mövcud qanunvericiliyə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin, pornoqrafiyanın, tütün və tütün məmulatlarının və bu Qanunla reklamı qadağan olunan digər məhsulların reklamına yol verilmir.

Qanun layihəsinə əsasən isə, nikotin tərkibi olmayan elektron siqaretlərin reklamına da yol verilməyəcək.
Mövcud qanunvericiliyə görə, tütün, tütün məmulatlarının və onların ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının, alışqanlarının reklamı qadağandır.

*

Bundan başqa, Vergi Məcəlləsində elektron siqaretlərlə bağlı müddəlarda dəyişiklik ediləcək.

Mövcud qanunvericiliyə görə, Azərbaycan Respublikasında istehsal olunan içməli spirtə, pivəyə, spirtli içkilərə, tütün məmulatlarına və onların əvəzedicilərinə, energetik içkilərə, birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinə və elektron siqaretlər üçün mayeyə aşağıdakı aksiz dərəcələri tətbiq edilir:

- birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərin hər bir ədədinə 2 manat;

- elektron siqaretlər üçün mayenin hər litrinə 100 manat.

Qanun layihəsində birdəfəlik istifadə üçün elektron siqaret və elektron siqaretlər üçün maye ilə bağlı müddəların qanunvericilikdən çıxarılması təklif edilir.

Müzakirələrdən sonra məsələlər səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 732   Tarix: 19 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Küveyt Səudiyyə Ərəbistanına hücumlara görə husiləri qınadı

Küveyt Səudiyyə Ərəbistanına qarşı həyata keçirilən hücumlara görə husiləri qınayıb. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Küveyt Xarici İşlər Nazirliyi husilərin Səudiyyə Ərəbistanına qarşı "davamlı, həyasız və utancverici hücumlarını" pisləyib. Nazirliyin yaydığı bəyanatda İran tərəfində

13:08 170
.

Qeysəriyyə əməliyyatından sonra vəfat edən Səkinənin fotosu

Göyçayda qeysəriyyə əməliyyatı zamanı bağırsağı deşilən və bir müddət sonra Bakıda dünyasını dəyişən 31 yaşlı Səkinə Yusifovanın fotosu yayılıb. BİG.AZ -a istinadən mərhumun fotosunu təqdim edir:. Qeyd edək ki, vəfat edən qadın iki uşaq anası olub

10:22 321
.

Marko Rubiodan Ukrayna açıqlaması: Münaqişə bitməyə doğru getmir

Ukraynadakı vəziyyət hazırda münaqişənin başa çatması istiqamətində inkişaf etmir. Teleqraf xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib. O qeyd edib ki, Ukraynanın NATO-ya daxil olması məsələsi hazırda gündəmdə deyil: "Əsas məqsəd müharibəni bitirməkdir"

21:15 1
.

Uşaqlı evdə qırmızı dəsmal niyə vacibdir?

Evdə bu əşyanı saxlamaq faydalı ola bilər. Əgər uşağınızda tez-tez burun qanaması baş verirsə və o, qan görməyə dözə bilmirsə, tibb bacısının tövsiyəsinə görə evdə bir neçə qırmızı dəsmal saxlamaq məqsədəuyğundur. xəbər verir ki, uşaqların qan görəndə verdiyi bəzi mənfi reaksiyaları bu sadə üsulla azaltma

18:45 1
.

Yük gəmisinə hücumda daha 3 azərbaycanlı yaralanıb - XİN

"Oktyabrın 5-də Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında "Royad Məmmədov" adlı xarici yük gəmisi dron hücumuna məruz qalıb. Daxil olan məlumata əsasən, hücum nəticəsində Azərbaycan vətəndaşı, gəminin kapitanı 1974-cü il təvəllüdlü Həsənov Rüstəm İsmayıl oğlu həlak olub. Digər vətəndaşımı

10:51 215
.

42 kilometrlik marafonu robot it tamamladı

Cənubi Koreyada hazırlanmış dördayaqlı robot bir dəfə də batareyasını dəyişmədən tam marafon məsafəsini qət edib. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, "Nature" jurnalında yayımlanan araşdırmaya görə, KAIST alimlərinin hazırladığı RAIBO2 robotu 42,195 kilometrlik Sangju marafonun

14:28 182
.

Dünyada yenidən populyarlaşan 10 qədim ad

Bu adlar əvvəlki nəsillərə məxsus olsa da, sadə səslənişi və zamana meydan oxuyan cazibəsi sayəsində bu gün yenidən dəbdədir. Bəzi adlar əslində heç vaxt tamamilə dəbdən düşmür. Uzun müddət yaşlı nəsillə assosiasiya olunan bir çox "vintaj" ad indi yenidən qayıdır və valideynlər arasında mara

19:15 1
.

Ukrayna qış öncəsi maliyyə böhranı ilə üzləşir

Ukrayna Rusiya Silahlı Qüvvələrinin zərbələri fonunda ciddi maliyyə çatışmazlığı ilə üzləşib. Bu vəziyyət Prezident Volodimir Zelenskini qış ərəfəsində çətin duruma salır. " xəbər verir ki, bu barədə Britaniyanın "The Telegraph" qəzeti məlumat yayıb. Nəşr qeyd edib ki, Zelenski bu həft

10:36 185
.

"Filmlərdə qəhrəman əzilir" - kinorejissor Ayaz Salayevlə MÜSAHİBƏ

"Sovet dövründə çəkilən filmlər daha çox baxılır nəyinki indiki dövrdə çəkilənlər. Mənə elə gəlir ki, səbəblərdən biri ondan ibarətdir ki, o dövrdə filmlər dəmir pərdə şəraitində çəkilib". Bu sözləri -a müsahibəsində kinorejissor Ayaz Salayev bildirib. Müsahibənin tam versiyasını aşağıdan izləy

16:46 133
.