Arayik Arutyunyan: Kəlbəcərdəki Tunel və Bəylik bağı hadisələri hərbi cinayətlərdir
"Burada müharibə cinayətləri təqdim olundu. Səmimi desəm, böyük hissəsi ilə burada tanış oldum".
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesində son söz nitqi zamanı təqsirəndirilən şəxs Arayik Arutyunyan deyib.
"Mən çox məlumatlı adamam. Amma, Kəlbəcərdəki Tunel hadisəsini burada bildim. Məsələn, Bəylik bağı hadisəsini burada bilmişəm. Əlbəttə, bunlar hərbi cinayətlərdir və öz günahkarları var. Əgər günahkarlar bu dünyada cəzalanmayıblarsa, o biri dünyada öz əməllərinə görə cəzalanacaqlar", - deyə o bildirib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
Bu gün məhkəmədə təqsirləndirilən şəxs David Manukyan son söz çıxışını davam etdirib. O, ittiham tərəfinin bildirdikləri ilə bağlı özünün əks arqumentlərini səsləndirib. Təqsirləndirilən şəxs dövlət ittihamını müdafiə edən prokurorların elan etdiyi məqamlarla razılaşmadığını deyib.
D.Manukyan qondarma rejimin "təhlükəsizlik şurasının iclaslarında" nə iştirakçı, nə də müşahidəçi qismində iştirak etmədiyini, buna onun vəzifə öhdəliklərinin icazə vermədiyini də söyləyib. D.Manukyan çıxışında öz vəkillərinə təşəkkürünü bildirib.
Təqsirləndirilən şəxs Arayik Arutyunyan son söz çıxışında dövlət ittihamını müdafiə edən prokurorların arqumentləri ilə razılaşmadığını söyləyib. O, çıxışında özünün və iki qardaşının Qarabağda məktəbdə təhsil aldığını, erməni dilində təhsil almaqla bağlı problem olmadığını deyib. A.Arutyunyan azərbaycanlılarla aralarında heç bir problem olmadığını da bildirib və əlavə edib: "Bir-birimizin tədbirində iştirak edirdik".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 539 Tarix: 19 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKüveyt Səudiyyə Ərəbistanına hücumlara görə husiləri qınadı
Küveyt Səudiyyə Ərəbistanına qarşı həyata keçirilən hücumlara görə husiləri qınayıb. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Küveyt Xarici İşlər Nazirliyi husilərin Səudiyyə Ərəbistanına qarşı "davamlı, həyasız və utancverici hücumlarını" pisləyib. Nazirliyin yaydığı bəyanatda İran tərəfində
13:08 170 Qeysəriyyə əməliyyatından sonra vəfat edən Səkinənin fotosu
Göyçayda qeysəriyyə əməliyyatı zamanı bağırsağı deşilən və bir müddət sonra Bakıda dünyasını dəyişən 31 yaşlı Səkinə Yusifovanın fotosu yayılıb. BİG.AZ -a istinadən mərhumun fotosunu təqdim edir:. Qeyd edək ki, vəfat edən qadın iki uşaq anası olub
10:22 321 Marko Rubiodan Ukrayna açıqlaması: Münaqişə bitməyə doğru getmir
Ukraynadakı vəziyyət hazırda münaqişənin başa çatması istiqamətində inkişaf etmir. Teleqraf xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib. O qeyd edib ki, Ukraynanın NATO-ya daxil olması məsələsi hazırda gündəmdə deyil: "Əsas məqsəd müharibəni bitirməkdir"
21:15 1 Uşaqlı evdə qırmızı dəsmal niyə vacibdir?
Evdə bu əşyanı saxlamaq faydalı ola bilər. Əgər uşağınızda tez-tez burun qanaması baş verirsə və o, qan görməyə dözə bilmirsə, tibb bacısının tövsiyəsinə görə evdə bir neçə qırmızı dəsmal saxlamaq məqsədəuyğundur. xəbər verir ki, uşaqların qan görəndə verdiyi bəzi mənfi reaksiyaları bu sadə üsulla azaltma
18:45 1 Yük gəmisinə hücumda daha 3 azərbaycanlı yaralanıb - XİN
"Oktyabrın 5-də Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında "Royad Məmmədov" adlı xarici yük gəmisi dron hücumuna məruz qalıb. Daxil olan məlumata əsasən, hücum nəticəsində Azərbaycan vətəndaşı, gəminin kapitanı 1974-cü il təvəllüdlü Həsənov Rüstəm İsmayıl oğlu həlak olub. Digər vətəndaşımı
10:51 215 42 kilometrlik marafonu robot it tamamladı
Cənubi Koreyada hazırlanmış dördayaqlı robot bir dəfə də batareyasını dəyişmədən tam marafon məsafəsini qət edib. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, "Nature" jurnalında yayımlanan araşdırmaya görə, KAIST alimlərinin hazırladığı RAIBO2 robotu 42,195 kilometrlik Sangju marafonun
14:28 182 Dünyada yenidən populyarlaşan 10 qədim ad
Bu adlar əvvəlki nəsillərə məxsus olsa da, sadə səslənişi və zamana meydan oxuyan cazibəsi sayəsində bu gün yenidən dəbdədir. Bəzi adlar əslində heç vaxt tamamilə dəbdən düşmür. Uzun müddət yaşlı nəsillə assosiasiya olunan bir çox "vintaj" ad indi yenidən qayıdır və valideynlər arasında mara
19:15 1 Ukrayna qış öncəsi maliyyə böhranı ilə üzləşir
Ukrayna Rusiya Silahlı Qüvvələrinin zərbələri fonunda ciddi maliyyə çatışmazlığı ilə üzləşib. Bu vəziyyət Prezident Volodimir Zelenskini qış ərəfəsində çətin duruma salır. " xəbər verir ki, bu barədə Britaniyanın "The Telegraph" qəzeti məlumat yayıb. Nəşr qeyd edib ki, Zelenski bu həft
10:36 185 "Filmlərdə qəhrəman əzilir" - kinorejissor Ayaz Salayevlə MÜSAHİBƏ
"Sovet dövründə çəkilən filmlər daha çox baxılır nəyinki indiki dövrdə çəkilənlər. Mənə elə gəlir ki, səbəblərdən biri ondan ibarətdir ki, o dövrdə filmlər dəmir pərdə şəraitində çəkilib". Bu sözləri -a müsahibəsində kinorejissor Ayaz Salayev bildirib. Müsahibənin tam versiyasını aşağıdan izləy
16:46 133