Cinsi qısnama ilə işləmək məcburiyyətində qalan qadınlar... - PSİXOLOQDAN AÇIQLAMA
İş yeri kağız üzərində təhlükəsiz, etik və peşəkar mühit kimi təqdim olunur. Ancaq bir çox qadın üçün bu məkan gündəlik əmək fəaliyyətinin deyil, davamlı psixoloji təzyiqin və cinsi qısnamanın yaşandığı yerdir. Rəhbər və ya həmkar statusundan istifadə edən bəzi kişilər üçün səlahiyyət sadəcə iş bölgüsü vasitəsi deyil, qarşı tərəfin şəxsi sərhədlərini aşmaq imkanıdır. Qadınlar isə çox vaxt bu vəziyyət qarşısında iki seçimlə üz-üzə qalır: susmaq və işləməyə davam etmək, ya da şikayət edib işini, reputasiyasını riskə atmaq. Cinsi qısnama əksər hallarda açıq zorakılıq kimi deyil, "zarafat", "diqqət", "kompliment" adı altında başlayır.
Məhz bu səbəbdən də problem uzun müddət görünməz qalır, normal davranış kimi qəbul edilir və sistemli xarakter alır. Şikayət mexanizmlərinin zəifliyi, iş yerlərində qorxu mühiti və "ad çıxar" təzyiqi qadınları susmağa məcbur edir. Nəticədə cinsi qısnama fərdi problem yox, kollektiv səssizliklə ört-basdır edilən sosial faciəyə çevrilir.
Mövzu ilə bağlı psixoloq Samirə Bağırova BiG.AZ-a açıqlamasında bildirdi ki, bu ciddi və real problemdir. Onun sözlərinə görə, son zamanlarda bəzi kişi psixoloqların, eləcə də, həkimlərin qadın pasiyentlərinə qarşı əxlaqsız təkliflərini eşidirik: "Ölkədə elə bil cinsi azlıq virusu yayılıb. Məktəblərdə, universitetlərdə müəllim tələbə eşq macəraları, digər iş yerlərində kolleqaların sərhədləri aşmaları halı yayqındır. Cinsi təkliflər rədd edildiyi halda imtahandan kəsilmələr, qovulmalar şantaj halları yayılıb. İş yerlərində cinsi təzyiq və təkliflər səbəbindən şikayətlər çoxalır. Belə vəziyyətdə səssiz qalan qadın daxilən stress keçirir. İşləməyə, oxumağa ehtiyacı var, güclə iş tapır, amma cinsi təkliflə qarşılaşır. Bu cür vəziyyətlərdə susqun qalmaq, qarşı tərəfi bir az da cəsarətləndirir. Sərhədləri bir az da aşır.
Təhsildən onsuzda daha əlimizi üzmüşük. Valideynlər qızlarına psixoloji güclənmə, belə vəziyyətdə özünü qoruma cümlələrini qurmalıdırlar. Hər bir qadın təhsil və işdən də öncə, özünün psixoloji sağlamlığını və təhlükəsizliyini qorumaq üçün öz sərhədlərini möhkəm qurmalıdır. Cinsi təklif alma vəziyyətində tək qalmaq psixoloji yükü ağırlaşdırır. İlk öncə ya həmkarlardan birinə, ailə üzvünə, rəhbərlikdə güvənilən birinə müraciət etmək və vəziyyəti bildirmək lazımdır.
Etik sərhəd pozuntusu, insanın öz üzərində nəzarətinin itməsi deməkdir. Bu cinsi azadlıq deyil, cinsi aclıqdır. Xəbərdarlıq olunmalıdır ki, bu cür rəftar, yaxud danışıq narahatlıq yaradır. Əldə mesajlar, səs yazısı varsa sərhədi pozan insana qarşı özünü qoruma məqsədi ilə istifadə etmək mümkündür. İş yerindən uzaqlaşmaq, bu ən son yoldur. İnsanlar əziyyətlə iş tapır sevinir ki, evinə bir parça çörək aparacaq. Bu cür davranışlar səbəbindən işi itirməyə məcbur deyil. İş yeri təhlükəsiz olmalıdır və qadın susmaq məcburiyyətində deyil".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 838 Tarix: 22 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSoğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur
Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla
17.09.2021 1447 Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu
18.09.2021 2678 Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar
18.09.2021 264 Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO
Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey
18.09.2021 831 Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO
Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd
18.09.2021 1643 Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"
Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d
17.09.2021 1693 Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı
Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd
18.09.2021 995 Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO
Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald
18.09.2021 1949 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər
18.09.2021 278