Apteklərdə bahalaşma və qiymət fərqləri vətəndaşı çaşdırır - İQTİSADÇIDAN AÇIQLAMA

Apteklərdə bahalaşma və qiymət fərqləri vətəndaşı çaşdırır - İQTİSADÇIDAN AÇIQLAMASon vaxtlar apteklərə yolu düşən hər kəs eyni mənzərə ilə qarşılaşır: dərman almaq əvvəlkindən qat-qat baha başa gəlir. Xüsusilə gündəlik istifadə olunan və həyati əhəmiyyət daşıyan preparatların qiyməti bir çox ailə üçün ciddi problemə çevrilib. Ancaq narazılıq təkcə bahalaşma ilə bitmir. Eyni dərmanın bir aptekdə fərqli, bir az aralıdakı başqa aptekdə isə tamam başqa qiymətə satılması istehlakçıları çaşqın vəziyyətdə qoyur. Vətəndaşlar haqlı olaraq soruşur: niyə dərman bazarında vahid qiymət yoxdur və bu fərqin arxasında hansı səbəblər dayanır?
Apteklərdə bahalaşma və qiymət fərqləri vətəndaşı çaşdırır - İQTİSADÇIDAN AÇIQLAMAMövzu ilə bağlı iqtisadçı Rəşad Həsənov BiG.AZ-a açıqlamasında bildirdi ki, Azərbaycanda dərmanların qiyməti kifayət qədər bahadır və eyni zamanda son illərdə bu istiqamətdə qiymət artımları daha kəskin şəkildə davam etməkdədir. Ümumiyyətlə qiymətlərin yuxarı həddinin tənzimlənməsi ilə bağlı mexanizmin tətbiqindən sonra sanki yuxarı qiymətlərin legitimləşməsi prosesi baş verdi. Yəni pərakəndə satışı təşviq edən təchizatçılar bu qiymətlərin Tarif Şurası tərəfindən müəyyən edilməsi ilə bağlı bir ictimai qənaətin formalaşmasınıda əsas götürməklə qiymətlərin ən yuxarı həddini tətbiq edirlər. Onun sözlərinə görə, əslində mexanizm ondan ibarətdir ki, Azərbaycanda Tarif Şurası qiymətlərin yuxarı həddini tətbiq etməlidir və onun aşağısında 20% ətrafında pərakəndə satış qiymətlərində, yəni topdançılara münasibətdə mənfəət norması müəyyən etmək hüququ yaranır: "Bu 20%-in içində onlar daxili rəqabət aparmalıdırlar. Rəqabət əsasında da qiymətlər azalmalıdır. Amma təssüfki bu günkü bazarın mexanizmi bu rəqabəti formalaşdırmır. Çünki təchizatçı bazarda əsasən 3 böyük şirkətdir və bu şirkətlər həm dövlət satınalmalarında, həmdə özəl sektorda əsas təchizatçı olaraq xüsusi dərman məhsulları üzrə bazarın əhəmiyyətli hissəsini monopoliyaya alıblar. Son 5 ildə quru sərhədlərinin bağlı qalması özü Azərbaycan vətəndaşının alternativ bazarlardan dərman vasitələrinə olan təlabatını ödəmə imkanınıda məhdudlaşdırıbdır. İnsanların böyük əksəriyyəti cənub qonşumuz İrandan daha ucuz qiymətə, yəni dəfələrlə ucuz qiymətə dərmana olan təlabatını ödəyirdisə, bu gün o imkanlardan məhrum olublar. Eyni zamanda ucuz qiymətə Türkiyə və digər ölkələrdən dərman alırdılar.

Bu gün bu imkanların itirilməsidə daxili bazarda qiymət artımı istiqamətində təzyiqləri dahada gücləndirən bir faktor kimi ortaya çıxır. Bu sahədə əsas problem eyni zamanda hökümətin həyata keçirdiyi siyasətdir. Ölkənin daxili təlabatının cəmi 3-4%-i yerli istehsal hesabına ödənilir. Onuda əslində dərman məhsulu saymaq doğru deyil. Onların bir çoxu şpris, bint, tibbi maska və digər yüngül tərkibli siropların və s. hesabına qeyd etmək lazımdır ki, buda daxili təlabatın ən yaxşı halda 3-4%-ni ödəyə bilir. 96-97% idxaldan asılılıq olan bir bazarda, yüksək vergi və gömrük rüsumlarının tətbiq edilməsi doğru yanaşma deyil. Bu əhalinin sağlamlığı ilə bağlı hüququnun müdafiə edilməsi istiqamətində hökümətin üzərinə götürdüyü konistitusyon öhdəliyində bu və ya digər şəkildə yerinə yetirilməməsi anlamına gəlir. Bu baxımdanda düşünürəmki müvafiq istiqamətlərdə hökümətin müəyyən addımlar atmasına ehtiyac var:

1)Bazarın liberallaşdırılması nəticəsində rəqabətin artması

2)Mənfəət norması olaraq 20% normanın tətbiq edilməsi doğru yanaşma deyil. Bu mənfəət norması heç bir sektorda yoxdur. Topdansatış mərhələsində bu norma 3-5% olmalıdır.

3)Dərman məhsulları gömrük rüsumundan azad edilməlidir.

4)Dərman vasitələri ƏDV-dən azad edilməlidir.

Bütün bunlar qiymətlərin əhəmiyyətli səviyyədə optimallaşmasına gətirib çıxarda bilər".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 781   Tarix: 28 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Mənzil almaq çıxarışa sahib olmaq demək deyil: Vətəndaş hansı risklərlə üzləşə bilər?

"Mənzilin faktiki olaraq alınması ilə onun üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması eyni şey deyil". Bunu BİG.AZ-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bildirib. O, qeyd edib ki, mənzil bazarında vətəndaş bəzən müqavilə, maliyyə arayışı, order və ya digə

11:33 196
.

"Neptun"dakı endirim narazılıq yaratdı - Foto

"Neptun" marketlərindəki endirim alıcıları narazı salıb. xəbər verir ki, bu barədə sosial şəbəkədə Emil Rəhimov yazıb. O bildirib ki, marketin satıcıları və kassirləri endirim barədə məlumatlı deyil:. "Market çölündə yazılı və həmçinin içində səsli elan olaraq 1kq" Valio" yağlarını

17:44 58
.

Bakıda məktəbli qətlə yetirildi - Sinif yoldaşı saxlanıldı - Yenilənib

Bakının Nizami rayonunda məktəbli bıçaqlanıb. "Report"a istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan şagird ölüb. Qətli törətməkdə şübhəli bilinən yeniyetmə polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. *. -ın məlumatın

17:53 28
.

"Belə kişidən boşanmaq lazımdır"

Aparıcı Nigar Mahmudova bəzi kişilərin ailə qarşısında öhdəliklərini yerinə yetirməməsindən danışıb. Axşam.az xəbər verir ki, aparıcı sosial media hesabında iki uşağı olan ailəli qadınlarla bağlı müşahidələrini bölüşüb. O, bəzi kişilərin işləmələrinə baxmayaraq ailəyə maddi dəstək göstərmədiyini bildirib:

15:52 170
.

Prezident dərman istehsalı müəssisəsinin açılışında - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Pirallahı Sənaye Parkında "Gen Pharma Caucasus Manufacturing Operations" MMC-nin dərman istehsalı müəssisəsinin açılışında iştirak edib. "Qafqazinfo" xəbər verir ki, əvvəlcə iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət başçısına sənaye zonalar

11:18 165
.

Həkimdən xəbərdarlıq: "Yumurta dondurulması 100 faiz zəmanət deyil"

"Qadının yumurtalıq ehtiyatının, yəni yumurtalıq rezervinin müəyyən həddi var və bu ehtiyat yaş artdıqca tədricən azalır. Bu proses xüsusilə 35 yaşdan sonra daha sürətlə gedə bilər". Bunu BİG.AZ-a açıqlamasında mama-ginekoloq Rəşad Sultan bildirib. O, qeyd edib ki, 35 yaşdan yuxarı yaşda uşa

14:39 173
.

Alman siyasətçidən Merzə sərt reaksiya: "Vergi ödəyicilərinin pullarını paylayır"

Almaniya üçün Alternativ (AfD) partiyasının həmsədri Alis Vaydel Almaniya kansleri Fridrix Merzin Ukraynaya səfərini və yeni yardım paketi vəd etməsini tənqid edib. xəbər verir ki, Vaydel bu barədə X sosial media platformasında paylaşım edib. "Ukraynaya milyardlarla avro həcmində yardım paketin

11:04 157
.

Salfetlər üzərində yazılan hitlər: məşhur mahnıların hekayələri

Bəzən dünya hitinə çevrilən mahnıların yaranması üçün nə böyük studiya, nə də uzun hazırlıq lazım olur. Məşhur musiqiçilərin bəzi əsərləri restoranda, barda, salfet üzərində, hətta pizza qutusunda yazılıb. xarici KİV-ə istinadla xəbər verir ki, aşağıda adları qeyd edilən və illərdir dinlənilən məşhu

19:30 1
.

"Ailəm tamaşaçıya gizli qalmalıdır"

Əməkdar artist Nurlan Növrəsli ikinci dəfə evlənməsi ilə bağlı suala cavab verib. Axşam.az xəbər verir ki, müğənni "Qonaqcanlı" proqramında şəxsi həyatı barədə danışmaq istəmədiyini bildirib. N.Növrəsli qeyd edib ki, efirə çıxdığı ilk gündən ailəsi ilə bağlı məlumatları ictimaiyyətlə bölüşməyib:

17:23 109
.