Rusiyada morqda dəhşətli hadisə: Mərhumların bədən hissələri satılıb
Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən xəstəxana morqundan bioloji materialların kommersiya şirkətlərinə təcrübələr üçün qanunsuz şəkildə satılması ilə bağlı sxem hüquq-mühafizə orqanları tərəfindən ifşa edilib.
Oxu.Az "İnterfax"a istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk məlumat verib.
Onun sözlərinə görə, anatomik biomodellərin hazırlanması üzrə ixtisaslaşmış kommersiya təşkilatının təsisçisi, eləcə də xəstəxananın patoloji-anatomiya şöbəsinin müdiri saxlanılıb. Hazırda onların barəsində qətimkan tədbirinin seçilməsi məsələsinə baxılır.
Polisin məlumatına əsasən, şəhər xəstəxanalarından birinin rəhbərliyi pul müqabilində uzun müddət ərzində mərhumların bədən hissələrinin qanunsuz çıxarılmasına şərait yaradıb.
Sonradan əldə edilən biomateriallar müxtəlif kommersiya təşkilatlarına ötürülərək kosmetologiya, cərrahiyyə və stomatologiya sahələrində təcrübə nümunəsi kimi istifadə olunub.
Araşdırma zamanı müəyyən edilib ki, kommersiya məqsədli tədqiqatlar aparan şəxslərə lazımi sənədlər rəsmiləşdirilmədən morqda yarılma aparmağa icazə verilib. Bundan başqa, mərhumların cəsədlərinin dəyişdirilməsi halları da qeydə alınıb. Məqsəd isə sonradan müraciət edən qohumların tibb müəssisəsinin rəhbərliyini qanunsuz fəaliyyətdə şübhəli bilməməsi olub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 731 Tarix: 08 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kredit borcunda zamin və varislərin məsuliyyəti necədir?
"Kredit müqaviləsi bağlanarkən təminat formaları da nəzərdə tutulur. Bunlardan biri əmlakın girovluğudur. Həmçinin fiziki və hüquqi şəxslərin zaminlik maddəsi də mövcuddur". Bunu BİG.AZ-a açıqlamasında vəkil Ramil Süleymanov bildirib. O, qeyd edib ki, əgər kredit götürən şəxs zaminlə borc götürürsə
16.03.2026 260 Güclü külək əsəcək - Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə külək güclənəcək. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd edilib ki, martın 17-də Bakıda və Abşeron yarımadasında, Qazax, Ağstafa, Tovuz, Şəmkir,Xızı, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Salyan, Hacıqabul
16.03.2026 406 ABŞ təyyaləri Yaxın Şərqə göndərilmək üçün artıq Rumıniyadadır
"Üç "Boeing KC-135 Stratotanker" yanacaqdolduran təyyarəsi İrana qarşı əməliyyatlarda iştirak etmək üçün Rumıniyaya göndərilib. xəbər verir ki, bu barədə "Digi24" televiziya kanalı məlumat yayıb. Xəbərə görə, təyyarələr hazırda Buxarestdəki 90-cı hava bazasındadır. Orada onla
16.03.2026 276 Hər gün yediyiniz makaronun orqanizmə təsiri sizi TƏƏCCÜBLƏNDİRƏCƏK
Makaron artıq uzun müddətdir ki, dünyada ən populyar qida məhsullarından biri hesab olunur. Makaronu sürətli enerji mənbəyi adlandırmaq olar. Onun tərkibində karbohidratlar var və bu maddələr xüsusilə ağır iş günündən və ya ciddi fiziki fəaliyyətdən sonra gücün bərpa olunmasına kömək edir. Lakin məsələni
16.03.2026 336 Ən dadlı və ən faydalı kolbasanı necə seçmək olar?
Kolbasa uzun illərdir süfrələrdə ən populyar qida məhsullarından biridir. Lakin bir çox insanlar hesab edir ki, kolbasa məhsulları, xüsusilə uşaqlar üçün, faydalı ola bilməz. xarici mediaya istinadən xəbər verir ki, qida təhlükəsizliyi üzrə ekspertlər kolbasa çeşidlərinin çoxluğu arasında həm xoş dada
16.03.2026 286 CENTCOM: İran donanmasının 100-dən artıq gəmisi məhv edilib
İran donanmasının 100-dən çox gəmisi məhv edilib. Bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı Bred Kuper danışıb. "İran donanmasının 100-dən çox gəmisini məhv etmişik. Hələ işimiz bitməyib", - o qeyd edib./APA
16.03.2026 267 İyirmi yeddinci günün duası - İmsak və iftar vaxtı
Sabah Ramazan ayının iyirmi yeddinci günüdür. "Qafqazinfo" xəbər verir ki, imsak vaxtı 05:23-ə, iftar isə 19:04-ə təyin olunub. İyirmi yeddinci günün imsak duası:. "Allahummərzuqni fihi fəzlə leylətil-Qədr. Və səyyir umuri fihi minəl-usri iləl-yusr. Vəqbəl məaziri və huttə ənniz-zənb
16.03.2026 288 Gəzərkən artan ayaq ağrısına diqqət: Bu problemlərin xəbərçisi ola bilər
Günün böyük hissəsini ayaq üstə keçirən və ya uzun müddət hərəkətsiz qalan insanlarda ayaqlarda ağrı, şişkinlik və yorğunluq hissi tez-tez rast gəlinən simptomlardandır. Çoxları bu şikayətləri gündəlik yorğunluq və intensiv temp ilə izah etməyə çalışsa da, bəzən bu əlamətlər arxasında damar problemlər
16.03.2026 326 Yaşıl Bağ restoranında təmir: Ətrafda yaşayanlar vəziyyətdən şikayət edir
Xətai prospekti 42 ünvanında yerləşən Yaşıl Bağ restoranı ilə bağlı ərazidə yaşayan sakinlər redaksiyamıza şikayət ünvanlayıblar. Sakinlərin sözlərinə görə, restoranda aparılan təmir işləri nəticəsində yaranan səs-küy və toz-torpaq səbəbindən evdə qalmaq çətinləşib. Onlar bildirirlər ki, uzun müddətdi
16.03.2026 386