Leyla Əliyeva və Alyona Əliyeva Gəncədə STEAM mərkəzində və 37 nömrəli tam orta məktəbdə olublar
Leyla Əliyeva və Alyona Əliyeva Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseydə fəaliyyət göstərən STEAM mərkəzində və Gəncə şəhər 37 nömrəli tam orta məktəbdə olublar.
BiG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, mərkəzlə tanışlıq zamanı Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycan məktəblərində STEAM (Science, Technology, Engineering, Art, Mathematics) layihəsinin geniş icrasına başlanıldığı barədə məlumat verilib.
Bildirilib ki, STEAM mərkəzi liseyin tərkibində 2021-ci ildən etibarən fəaliyyət göstərir. Mərkəz bütün yaş qruplarının istifadəsi üçün nəzərdə tutulub. Burada "Robotics", "Art", "Science", "STEAM Kids", CNC və 3D çap, mexatronika, dron istiqamətləri üzrə sahələr fəaliyyət göstərir.
Diqqətə çatdırılıb ki, Mərkəzdə yaradılmış imkanlardan sözügedən məktəblə yanaşı, regionun digər məktəblərinin şagird və müəllimləri də istifadə edir. Hər tədris ili 1000-dən çox şagird Mərkəzdə müxtəlif modullar üzrə təlimlərdə iştirak edir.
Qeyd edək ki, 2019-cu ildən tətbiqinə başlanılan STEAM layihəsinin əsas məqsədi təhsilalanlara tənqidi, yaradıcı düşünmə, əməkdaşlıq etmə və digər bacarıqları formalaşdırmaq, yaradıcı proses vasitəsilə öyrənmə imkanı yaratmaq, fənləri ayrılıqda öyrətmək deyil, onları real dünyadakı tətbiqlərə əsaslanan vahid öyrənmə modelində birləşdirməkdir.
Daha sonra Leyla Əliyeva və Alyona Əliyeva Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edilmiş Gəncə şəhər 37 nömrəli tam orta məktəbdə yaradılmış şəraitlə tanış olublar.
Bildirilib ki, 1969-cu ildə inşa olunmuş Gəncə şəhəri, Kəpəz rayonu 37 nömrəli orta məktəbin binası ötən müddət ərzində köhnəldiyindən istifadəyə yararsız vəziyyətə düşüb. 2024-cü ilin noyabrından Heydər Əliyev Fondu tərəfindən 724 şagirdlik məktəbin əsaslı təmir işlərinə başlanılıb.
Təhsil ocağı 3 mərtəbəli 1 korpusdan və 2 mərtəbəli 3 korpusdan ibarətdir. Məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə tam təchiz edilib.
Məktəb binasında sinif otaqları, fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim, tibb, musiqi otaqları, kitabxana, yeməkxana, akt və idman zalları, həmçinin açıq idman meydançası var.
Təhsil müəssisəsinin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb, əraziyə asfalt örtüyü döşənib, dekorativ kol və ağaclar əkilib.
Ziyarət zamanı müxtəlif yaş qruplarına aid 50 uşağa velosiped, eləcə də təhlükəsizlik ləvazimatı hədiyyə edilib. Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə keçirilən sosial aksiyanın əsas məqsədi regionlarda yaşayan uşaqların asudə vaxtlarını daha səmərəli şəkildə keçirmələrinə şərait yaratmaq, onların idmana və sağlam həyat tərzinə marağını artırmaq, məktəbliləri fiziki fəallığa həvəsləndirmək, habelə ekoloji nəqliyyat vasitəsi kimi velosiped istifadəsini təşviq etməkdir.














































BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 748 Tarix: 08 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYerin maqnit qütbləri rekord sürətlə yerini dəyişə bilər
Yer kürəsinin maqnit şimal və cənub qütbləri geoloji tarix ərzində dəfələrlə bir-biri ilə yerini dəyişib. Yeni araşdırma göstərir ki, bəzi dövrlərdə bu proses əvvəlki ehtimallardan daha sürətlə baş verib və qütblərin dəyişmə tezliyi təxminən hər 90 min ildə bir dəfəyə çatıb. Qaynarinfo xəbər verir ki
23.11.2026 278 Dünyanın ən uzun çimərliyi - Uzunluğu 254 kilometrdir
Dünyanın ən uzun çimərliyi hesab edilən Praia do Cassino Braziliyada yerləşir. Uzunluğu təxminən 254 kilometr olan bu çimərliyi piyada başdan-başa keçmək üçün 8-10 gün vaxt tələb olunur. xarici mediaya istinadən xəbər verir ki, Braziliyanın cənubunda yerləşən Praia do Cassino dünyanın ən uzun fasiləsi
23.11.2026 290 Çempionlar Liqasında "Sabah"la qarşılaşacaq "Barselona" Bakıya gəlib
Bakıda "Sabah"la UEFA Çempionlar Liqasının oyununda üz-üzə gələcək İspaniyanın "Barselona" komandası Bakıya gəlib. BİG.AZ "Report"a istinadən xəbər verir ki, İspaniya təmsilçisi Bakıya səfəri çərçivəsində Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib. Son ölkə çempionunu
23.11.2026 311 Dövlət Agentliyi süni intellektin rəqabət üçün yaratdığı riskləri açıqlayıb
Nəzarətçi orqan kimi bizim vəzifəmiz süni intellektdən istifadə edən şirkətlərin bir-birinin və rəqiblərinin hüquqlarını pozmamasını təmin etməkdir. Buna görə də, süni intellektin sənayeyə zərər verə biləcəyi üç əsas istiqamət görürük. "APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasını
23.11.2026 261 Bakıda yeni işıqforlar bu qaydada işləyəcək - Fotolar
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxtda ilk dəfə quraşdırılacaq avtobus işıqforlarının hərəkət qaydalarını açıqlayıb. Axşam.az xəbər verir ki, NİİM-dən bildirilib ki, yeni avtobus işıqforları ilə bağlı maarifləndirmə işləri davam etdirilir. Onların iş prinsipi, işıq siqnallarını
10:25 206 İnsanın zehni və emosional zəkasının zirvəsinə çatdığı dəqiq yaş - Alimlərin cavabı
İnsanların zehni və emosional imkanlarının ən yüksək səviyyəyə çatdığı dövrün 20-30 yaşlar olduğu barədə geniş yayılmış fikir elmi araşdırmada sual altına alınıb. Tədqiqatçılar müəyyən ediblər ki, insanın ümumi intellektual potensialı daha gec - 55-60 yaş aralığında zirvəyə çatır. Qaynarinfo xəbər veri
23.11.2026 300 Hamiləlik qadın beynini dəyişir - Alimlərdən yeni KƏŞF
Alimlər hamiləlik dövründə qadın beynində baş verən genişmiqyaslı dəyişiklikləri aşkar ediblər. Araşdırmalar göstərir ki, bu dəyişikliklərin bəziləri doğuşdan sonra uzun illər, hətta onilliklər ərzində davam edə bilər. Mütəxəssislər müəyyən dəyişikliklərin doğuşdan sonrakı depressiya əlamətləri ilə əlaqəl
23.11.2026 310 Ada ilə qəzada həlak olan şəxs iş adamının oğlu deyil - Video
Gecə saatlarında iki nəfərin ölümü ilə nəticələnən qəzada həyatını itirən Anar Kərimovun tanınmış iş adamı Alik Kərimovun oğlu olması ilə bağlı iddialar yayılıb. "Qafqazinfo" xəbər verir ki, Alik Kərimovun oğlu, "Metak" şirkətinin icraçı direktoru Aydın Kərimov sosial şəbəkədə vide
23.11.2026 470 İlham Əliyev Trampa təşəkkür etdi
Prezident İlham Əliyev TRIPP layihəsinin işə salınması münasibətilə ona ünvanladığı xoş sözlərə görə ABŞ lideri Donald Trampa təşəkkür edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə İlham Əliyevin "X" sosial şəbəkə hesabında paylaşım edilib. "Hörmətli Prezident Donald Tramp, Beynəlxal
23.11.2026 245