Azalan Doğumlar: Azərbaycanın Demoqrafik Gələcəyi Təhlükədə - SOSİOLOQDAN AÇIQLAMA
Son illərdə Azərbaycanda doğulan uşaqların sayı əhəmiyyətli dərəcədə azalmaqdadır. Bu tendensiya yalnız statistika deyil, eyni zamanda cəmiyyətin gələcəyinə dair ciddi xəbərdarlıqdır. Daha az uşaq doğulması deməkdir ki, gələcəkdə işçi qüvvəsi, sosial təminat sistemləri və iqtisadi inkişaf üçün potensialın azalması mümkündür. İnsanların ailə qurmaq və uşaq sahibi olmaqla bağlı yanaşmaları dəyişir, şəhərləşmə sürətlənir, yaşayış xərcləri artır və gənclər üçün gələcək planları mürəkkəbləşir. Doğum sayının azalmasının səbəbləri, nəticələri və bu prosesin qarşısını almaq üçün atıla biləcək addımlar diqqət mərkəzindədir.
Mövzu ilə bağlı sosioloq Mail Yaqub BiG.AZ-a açıqlamasında bildirdi ki, təssüfki statistika ürək açan deyil. Onun sözlərinə görə, 2025-ci ildə doğum statistikası son illərin ən aşağı səviyyəsinə düşüb: "Azərbaycanda artım tempi azalıb. Bunun bir neçə səbəbi var. Birinci səbəb boşnmaların çoxalmasıdır. Yəni boşanmalar çoxdursa, doğum hallarıda azalacaq. İkinci səbəb isə ailələrdə uşaqların sayının az olmasıdır. Ümumiyyətlə müasir insan çox uşaqlı olmağı sevmir. Valideynlərin ötən əsrdən həyata baxışı fərqlidir. Əvvəllər isə belə deyildi. Ötən əsrin 60-cı illərində Azərbaycanda hər ana başı 6,7 uşaq düşürdü. İndi isə bu rəqəm 1,6-ya düşüb. Təsəvür edirsiz? Hər anaya heç 2 uşaq belə düşmür. Çünki valideynlər çox uşaqlarının olmasını istəmirlər. Həyata baxış və standartlar dəyişib.
Valideyn uşağını ən yaxşı məktəbdə oxutdurmaq istəyir, ən yaxşı repititor yanına qoymaq istəyir. Əvvəllər isə repititor, bahalı telefon xərci yox idi. İndi bütün bunlar hamısı ailələrdə ehtiyaca çevrilib. Ailələr öncədən uşağın sağlamlığını, səhiyyəsini, təhsilini, geyimini düşünürlər. Əvvəllər həyata belə baxış yox idi. Əsas məsələ budur. Ona görədə ailələr az uşağlı olmağı tərcih edirlər. Ailədə iki uşağın olması belə cəmiyyətin stabil qalmasına kömək edəcək. Yəni Azərbaycanda 10 milyon əhali sayı elə 10 milyon qalacaq. Ancaq ailələrdə heç 2 uşaqda yoxdur. Ona görədə rəqəmlər çox acınacaqlıdır. Bununla bağlı dövlət bir tədbir görməlidir. Çünki Azərbaycan əhalisinin sayı onsuzda azdır. Uşaq pulunun verilməsi dövlət tərəfindən bu istiqamətdə mühüm bir addım ola bilər. Yaxudda dünyaya gələn 3-cü uşaq üçün xüsusi təşviq, mükafat artım üçün dəstək ola bilər".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1073 Tarix: 13 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÜST dünyada orta ömür uzunluğunun artdığını açıqlayıb
Dünyada orta ömür uzunluğu artaraq koronavirus pandemiyasından əvvəlki səviyyəyə çatıb. "Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bəyanatında bildirilib. ÜST 200-2023-cü illər ərzində ölkələr və regionlar üzrə səhiyyə sahəsindəki tendensiyaları, o cümlədən gözlənilə
04.10.2026 152 327 gün dənizdə qaldı: Britaniyalı səyyah iki okeanı təkbaşına fəth etdi
Britaniyalı səyyah Deyv Bell Sakit və Hind okeanlarını təkbaşına və fasiləsiz avar çəkərək keçib. O, 327 gün 16 saat ərzində 15 500 dəniz mili (təxminən 28 700 kilometr) məsafə qət edib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 54 yaşlı keçmiş hərbi dəniz piyadası səyahətinə 2025-ci il noyabrı
04.10.2026 157 Dağıstanda həkimlər ürəyi 11 dəfə dayanan kişini xilas etdilər
Dağıstanda həkimlər ürəyi 11 dəfə dayanan 61 yaşlı kişinin həyatını xilas ediblər. xəbər verir ki, bu barədə respublika rəhbərinin administrasiyasının "Telegram" kanalında məlumat verilib. Məlumata görə, kişi kəskin miokard infarktı diaqnozu ilə Respublika Təcili Yardım Xəstəxanasına yerləşdirilib
04.10.2026 161 Tramp Avropanın dizel ehtiyatları ilə bağlı qərarını açıqladı
ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrinin böyük həcmdə dizel yanacağını öz ehtiyatlarından bazara çıxarmağa razılıq verdiklərini bəyan edib. xəbər verir ki, bu barədə amerikalı lider "Truth Social" platformasında paylaşım edib. Tramp məsələ ilə bağlı əlavə təfərrüatı açıqlamayıb. "Avrop
04.10.2026 163 Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
Xalq artisti Afaq Bəşirqızı məşhur "Bəxt üzüyü" filmindəki Söylü obrazına bənzədilməsinə etiraz edib. BİG.AZ axşam.az-a istinadən bildirir ki, aktrisa bu barədə AzTV-də qonaq olarkən danışıb. "Mənə sual verirlər ki, həyatda özünüzü Söylüyə oxşadırsınız? Cavab verdim ki, yox. Məni Söylüy
04.10.2026 189 Rövşən Muradov: "Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir"
Azərbaycan artıq yalnız neft və qaz ixrac edən ölkə deyil, enerji istehsalı, emalı, tranziti və müxtəlif bazarlara çıxışı birləşdirən regional enerji mərkəzinə çevrilmək istiqamətində irəliləyir. Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Rövşən Muradov Prezident İlham Əliyevin Yen
04.10.2026 157 BEA: Dünyada dizel yanacağının qiymətinin kəskin artması inflyasiya təzyiqini gücləndirəcək
Dizel yanacağının qiymətinin təxminən iki dəfə artması yaxın zamanda qlobal miqyasda inflyasiyanın güclənməsinə səbəb olacaq. "Report" "Oksijen" nəşrinə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) rəhbəri Fatih Birol bildirib. "Fevralın 28-də ABŞ-İra
04.10.2026 165 Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - Video
Bakıda itə qarşı zorakılıq edildiyini əks etdirən görüntülər yayılıb. -ın məlumatına görə, görüntülərdə hündürmərtəbəli binanın pəncərəsindən hamilə itin aşağı atıldığı görünür. Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb. Qaradağ rayonu ərazisində heyvanla rəhmsiz rəftar edən şəx
04.10.2026 246 Şimali Kiprdə gəmi qəzası: Məhkəmədə dəhşətli faktlar üzə çıxdı
Avqustun 30-da Şimali Kipr Türk Respublikasının (ŞKTR) Girnə şəhərinin sahillərində qəzaya uğrayan "FiloJet" sürət katamaranı ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilən doqquz şübhəli bu gün altıncı dəfə hakim qarşısına çıxarılıb. "Haber Global" telekanalına istinadən xəbə
04.10.2026 164