Gürcüstanda iki müxalif siyasətçi Dövlət Təhlükəsizlik Xidmətinə dindirilməyə çağırılıb

Gürcüstanda iki müxalif siyasətçi Dövlət Təhlükəsizlik Xidmətinə dindirilməyə çağırılıbGürcüstanda iki müxalif siyasətçi - keçmiş deputat Qubaz Sanikidze və keçmiş müdafiə naziri Tina Xidaşeli Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən dindirilməyə çağırılıblar.

"Report"un yerli bürosu xəbər verir ki, Qubaz Sanikidze sualları yalnız məhkəmə qarşısında cavablandırmaq niyyətində olduğunu bildirib.

"Hazırda hakimin çağırışını gözləyirəm. Əlbəttə ki, hakimin qarşısında bütün suallara cavab verəcəyəm", - o deyib.

Tina Xidaşeli isə Dövlət Təhlükəsizlik Xidmətinə getməyi planlaşdırdığını, lakin dəqiq tarix müəyyən etmədiyini bildirib:

"Gedəcəyəm, amma nə vaxt olacağını hələ bilmirəm".

Məlumata görə, Dövlət Təhlükəsizlik Xidmətinin siyasətçilərə ünvanladığı suallar onların mediada səsləndirdiyi bəyanatlarla bağlıdır. Həmin açıqlamalarda Gürcüstanda İranın təsirinin artdığı iddia olunurdu.

Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti isə açıqlamasında bildirib ki, son günlər bəzi şəxslər Gürcüstanda digər ölkələrdən işçi qüvvəsinin cəlb edilməsi ilə bağlı, o cümlədən terrorizmə dair ittiham və işarələr səsləndiriblər.

Qurum qeyd edib ki, bu bəyanatların həm məzmunu, həm də müəlliflərin motivasiyası diqqətlə araşdırılır. Xüsusilə regionda davam edən hərbi əməliyyatlar fonunda belə iddiaların səsləndirilməsi diqqət mərkəzindədir.

Xidmətdən əlavə ediblər ki, istintaq artıq başlanılıb və açıqlamaların müəllifləri dindirilərək iddialarını təsdiqləyən konkret faktları təqdim etmək imkanı əldə edəcəklər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 494   Tarix: 08 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda hərbi qulluqçu VƏFAT EDİB - FOTO

Yevlax rayonu, Qoyunbinəsi kənd sakini, 41 yaşlı müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu (MAXE) Rafiq Şöhrət oğlu Cəfərov vəfat edib. xəbər verir ki, hərbçi təlimdə olduğu vaxt qəfil ürəyi dayanıb. Qeyd edək ki, Rafiq Cəfərov Vətən müharibəsində və antiterror əməliyyatlarında fəal iştirak edərə

01:55 306
.

Zelenski Ukraynanın Sankt-Peterburq yaxınlığındakı neft terminalına və Kronştadta zərbələrini təsdiqləyib

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna hərbçilərinin Sankt-Peterburq yaxınlığındakı liman neft infrastrukturuna, eləcə də Kronştadta (Rusiya) zərbələr endirdiyini təsdiqləyib. "Report"un məlumatına görə, bu barədə Zelenski öz teleqram kanalında bildirib

04.07.2026 226
.

Kənd Təsərrüfatı Nazirliyi: Abşeronda çəyirtkələrlə bağlı vəziyyət iqlim dəyişiklikləri ilə əlaqəlidir

Abşeron ərazisində müşahidə edilən çəyirtkələrlə bağlı vəziyyət Aqrar Xidmətlər Agentliyinin tam nəzarəti altındadır. Bu barədə "Report"a Kənd Təsərrüfatı Nazirliyindən bildirib. Məlumata əsasən, son günlər Abşeron yarımadasında, xüsusən də dənizkənarı ərazilərdə çəyirtkələrin kütləvi şəkild

04.07.2026 190
.

Çimərlikdəki çəyirtkələrlə bağlı rəsmi açıqlama - Nazirlik fotolar yaydı

Abşeron ərazisində müşahidə edilən çəyirtkələrlə bağlı vəziyyət Aqrar Xidmətlər Agentliyinin tam nəzarəti altındadır. BİG.AZ xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Bildirilib ki, son günlər Abşeron yarımadasında, xüsusən də dənizkənarı ərazilərdə çəyirtkələrin kütləvi şəkild

04.07.2026 209
.

VƏFAT EDƏN HƏR 10 ŞƏXSDƏN 4-Ü... - Pensiyaçılarla bağlı ACI STATİSTİKA

Məlum olduğu kimi, Azərbaycanda 1 iyul 2026-cı il tarixindən etibarən qadınların pensiya yaşı da 65 yaşa çatdırılıb. Bununla da ölkədə həm kişilər, həm də qadınlar üçün yaşa görə əmək pensiyasına çıxmaq hüququ 65 yaşda yaranır. Məlumat üçün bildirək ki, qadınların pensiya yaşı son 12 ildə mərhələli şəkild

00:50 246
.

XƏBƏRDARLIQ! Hava YENİDƏN PİSLƏŞƏCƏK: Leysan və sel...

İyulun 4-5-də Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında, 6-dan 8-i gündüzədək isə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, şimşə

04.07.2026 437
.

Avtomobil almaq istəyənlər üçün yeni fürsət: Maşınlar ucuzlaşdı

Hazırda bazarda fərdi qaydada ölkəyə gətirilən, rəsmi zəmanət və servis xidməti olmayan bəzi avtomobillər ötən illə müqayisədə daha aşağı qiymətə satılır. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) İdarə Heyətinin sədri Eyyub Əliyev deyib. Onun sözlərinə görə, əvvəllə

10:15 71
.

Millət vəkilinin evindən QIZIL ALT PALTARI TAPILDI - FOTO

İraqda keçirilən antikorrupsiya əməliyyatı zamanı millət vəkili Hind əl-Abbasinin evindən 57 milyon dollar nağd pul, 27 kiloqram qızıl və qızıldan hazırlanmış alt paltarları tapılıb. BİG.AZ -a istinadla xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Məlumata görə, istintaq çərçivəsində parlamen

00:23 255
.

İlqar Altay "Arzum"un səs yazısını yaydı - VİDEO

Kriminalistika üzrə ekspert İlqar Altay "TikTok" fenomeni "Arzum99"un avtomobil qəzasından sonrakı səs yazısını yayıb. Səs yazısında "Arzum" 103 xidmətinə zəng vurduğunu deyir və canlı yayımı izləyənlərdən də xahiş edir ki, Təcili Tibbi Yardıma müraciət etsinlər. İlqar Alta

04.07.2026 628
.

TOP MP3