Trio: Xəyalə İsmayılova, Orxan Nağızadə,və….: Qanunsuz əməllərin himayəçisi kimdir? -Araşdırma

Trio: Xəyalə İsmayılova, Orxan Nağızadə,və….: Qanunsuz əməllərin himayəçisi kimdir? -AraşdırmaXəyalə İsmayılova necə ixtisaslaşmış estetik həkim Məryəm Həsənzadə oldu?

Trio: Xəyalə İsmayılova, Orxan Nağızadə,və….: Qanunsuz əməllərin himayəçisi kimdir? -AraşdırmaYenidən eyni əməllər eyni şikayətlər.

Son dövrlər sosial şəbəkələrdə vasitəsilə həyata keçirilən qanunsuz estetik əməliyyatlarla bağlı yeni iddialar gündəmə gəlib.

XALQ-a daxil olan məlumata görə, əvvəllər də müxtəlif şikayətlərlə gündəmə gələn Xəyalə İsmayılova yenidən estetik əməliyyatlar həyata keçirməkdə ittiham olunur.

İddialara əsasən, Xəyalə İsmayılova hazırda Bakıxanov qəsəbəsində yerləşən "NovoMed" klinikasının zirzəmisində qeyri-qanuni şəkildə estetik əməliyyatlar aparır. Halbuki rəsmi məlumatlara görə onun müvafiq ali və ya orta ixtisas tibbi təhsili, həmçinin praktik tibb fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnaməsi yoxdur.

Trio: Xəyalə İsmayılova, Orxan Nağızadə,və….: Qanunsuz əməllərin himayəçisi kimdir? -AraşdırmaMəlumata görə, bədən şəkilləndirmə, üz gərmə və digər estetik prosedurlar üçün pasiyentlər əsasən "nmedestetik" "TikTok" platformasında yerləşdirilən elanlar vasitəsilə cəlb olunur. Pasiyentlərlə ilkin əlaqəni isə Orxan adlı şəxs qurur. O, müxtəlif vədlərlə insanları əməliyyata razı salır və onlardan ödəniş alır.

Trio: Xəyalə İsmayılova, Orxan Nağızadə,və….: Qanunsuz əməllərin himayəçisi kimdir? -AraşdırmaBelə hallardan birində pasiyentə burun kiçiltmə əməliyyatı üçün 450 manat ödəniş etməsi təklif olunur. Pasiyent həkimin kim olduğunu soruşduqda ona əməliyyatı ixtisaslaşmış estetik həkim Məryəm Həsənzadənin həyata keçirəcəyi bildirilir. Lakin əməliyyat günü pasiyent "NovoMed" klinikasına gəldikdə qarşısında sosial şəbəkələrdə saxta estetik əməliyyatlarla bağlı ifşa olunan Xəyalə İsmayılovanı görür. Bu vəziyyətdən şübhələnən pasiyent əməliyyatdan imtina edərək ödəniş etdiyi məbləğin geri qaytarılmasını tələb edir.

( Videoda pasiyentlə 0705280520 telefon nömrəsi ilə Orxan adlı şəxs yazışır və həkimin Məryəm Həsənzadə olduğunu "Novomed" klinikasının konumunu bildirir)

Qeyd edək ki, bundan əvvəl də oxşar hadisə mediada geniş müzakirə olunub. Belə ki, ARB televiziyasında yayımlanan süjetdə Cəmalə Rüstəmova adlı vətəndaşın həkim savadsızlığının qurbanı olduğu bildirilirdi. O, "TikTok"da gördüyü reklama inanaraq 400 manat qarşılığında əməliyyat üçün Xəyalə İsmayılova klinikaya müraciət edib. Bir müddət sonra isə bədənində ciddi fəsadlar, hətta çürümələr yarandığı qeyd olunub.

Zərərçəkən məsələ ilə bağlı Bakı şəhər Prokurorluğuna və Səhiyyə Nazirliyinə müraciət edib. Nəticədə Xəyalə İsmayılovanın rəhbərlik etdiyi klinikanın bağlandığı bildirilib. Lakin iddialara görə, o, fəaliyyətini qeyri-rəsmi şəkildə davam etdirərək sosial şəbəkələr vasitəsilə pasiyent toplamaqda davam edir.

XALQ-ın əldə etdiyi məlumatda bildirilir ki, əməliyyat üçün ödənişlər "card to card" üsulu ilə həyata keçirilir və vəsait 5008-lə bitən bank kartına köçürülür. Məkan kimi isə Bakxanov qəsəbəsində yerləşən "NovoMed" Tibb Mərkəzi göstərilir.

Trio: Xəyalə İsmayılova, Orxan Nağızadə,və….: Qanunsuz əməllərin himayəçisi kimdir? -AraşdırmaMəsələ ilə bağlı "NovoMed" klinikasının səlahiyyətlisi kimi özünü təqdim edən Elçin Mehdiyev bildirib ki, Xəyalə İsmayılova həmin klinikada çalışmır və bu barədə onların məlumatı yoxdur. Onun sözlərinə görə, klinika həmin məkanda yeni fəaliyyətə başlayıb və yaxınlıqda başqa bir obyekt də mövcuddur.

Lakin bir müddət sonra Orxan adlı şəxs əlaqə saxlayaraq özünü Xəyalə İsmayılovanın köməkçisi kimi təqdim edib. O bildirib ki, Xəyalə İsmayılova əməliyyat etmir və yalnız vasitəçi kimi estetik əməliyyat etdirmək istəyən şəxsləri yönləndirir. Həmin şəxs iddia edib ki, "NovoMed" klinikası Xəyalə İsmayılovanın anasına məxsusdur, lakin əməliyyatları başqa həkim həyata keçirir.

Trio: Xəyalə İsmayılova, Orxan Nağızadə,və….: Qanunsuz əməllərin himayəçisi kimdir? -AraşdırmaPasiyentin əməliyyat zamanı Xəyalə İsmayılovanı görməsi ilə bağlı suala isə Orxan adlı şəxs aydın cavab verməkdən yayınıb. Daha sonra isə özünü Orxan Nağızadə kimi təqdim edən şəxs telefon vasitəsilə əməkdaşımıza təhdid və şantaj xarakterli səs yazısı göndərib.

Qeyd edək ki, Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin siyasında deyilə Məryəm Həsənzadənində adı belə yoxdur

Orxan adlı şəxsin sosial platformalarda açdığı və pasiyentlərlə əlaqəyə keçərək cəlb etdiyi səhifələri təqdim edirik:

Trio: Xəyalə İsmayılova, Orxan Nağızadə,və….: Qanunsuz əməllərin himayəçisi kimdir? -AraşdırmaHəmçinin iddialara görə heç bir ali tibbi təhsili olmayan Orxan Nağızadə adlı şəxsdə saç simulyasiyası və buxaq estetik prosedurları icra edir.

Əldə olunan yazışmalarda qeyd olunur ki, 450 manat qarşılığında əməliyyatı Məryəm adlı həkim həyata keçirəcək. Ödəniş edildiyini təsdiqləyən qəbz və yazışmalar da mövcuddur. Lakin əməliyyat zamanı Xəyalə İsmayılovanın ortaya çıxması suallar yaradır: bütün bunlar təsadüfdür, yoxsa vətəndaşlar üçün qurulan bir tələ?

Hazırda mediada yayılan məlumatlar və videogörüntülər əsasında Baş Prokurorluqda araşdırma aparıldığı bildirilir.

Ümid edirik ki, hüquq-mühafizə orqanları bu iddiaları hərtərəfli araşdıraraq qanunsuz fəaliyyətlə bağlı lazımi tədbirlər görəcək.

Araşdırma davam edir. Məsələ ilə bağlı adı çəkilən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 899   Tarix: 13 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.