"Subway" Azərbaycan bazarına daxil olur - FOTO
Beynəlxalq restoran şəbəkəsi olan "Subway" Azərbaycan bazarına daxil olduğunu elan edib.
Şirkətin rəsmi saytında dərc olunan məlumata görə, müvafiq master-françayzinq müqaviləsi "N Sky Build MMC" şirkəti ilə imzalanıb.
Müqavilənin şərtlərinə əsasən, "N Sky Build" ölkə ərazisində "Subway" şəbəkəsinin inkişafı və idarə edilməsi üzrə eksklüziv hüquqlar əldə edib.
Azərbaycan brendin Avropa, Yaxın Şərq və Afrika (EMEA) regionunda yeni təmsil olunduğu ölkəyə çevrilir.
"N Sky Build"-in sədri Nuri Qaragöz KİV-ə açıqlamasında müqavilənin imzalanmasını uzunmüddətli layihə adlandırıb.
"Subway"in Azərbaycan bazarına daxil olması şirkətimiz üçün mühüm mərhələdir. Söhbət yeni iş yerlərinin yaradılmasından, müasir idarəetmə standartlarının tətbiqindən və ölkədə ictimai iaşə seqmentinin inkişafından gedir. Biz bu layihəni iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına töhfə kimi dəyərləndiririk və şəbəkənin mərhələli genişləndirilməsini planlaşdırırıq", - Nuri Qaragöz bildirib.
Xatırladaq ki, "Subway" dünya üzrə 37 000-dən çox nöqtədə təmsil olunan, sendviçlərin hazırlanması üzrə ixtisaslaşmış ən böyük beynəlxalq restoran şəbəkələrindən biridir. Son illərdə şirkət EMEA (Avropa, Yaxın Şərq və Afrika) regionunun ölkələrində master-françayzinq müqavilələrinin bağlanmasını fəal şəkildə davam etdirir.
"Subway"in Azərbaycan bazarına çıxışı sürətli xidmət seqmentində rəqabəti gücləndirir və beynəlxalq brendlərin ölkəyə artan marağından xəbər verir.



BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1077 Tarix: 08 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKartdan-karta köçürmələrə daha sərt məhdudiyyətlər gəlir? - Yeni təklif
Bir müddət öncə tətbiq edilən məhdudiyyətlər kartdan-karta köçürmələrin həcmində ciddi azalmalara səbəb olmur. Ekspertlər daha ciddi tədbirlərin tətbiqini təklif edirlər. Bəs kartdan-karta köçürmələrin bu qədər böyük həcmdə olması maliyyə sistemi üçün hansı riskləri yaradır?. mövzu ilə bağlı "Kaspi"
22.11.2026 256 Qazaxıstanda "əldən salan virus" yayılır: Minlərlə insan tibbi yardım üçün müraciət etdi
Qazaxıstanda virus yayılması səbəbindən Almatı şəhərinin 14 00-dən çox sakini tibbi yardım üçün müraciət edib. SHOT "Telegram" kanalına istinadən xəbər verir ki, təxminən 3 00 uşaq xəstəxanaya yerləşdirilib. Yoluxanlar bir neçə gün ərzində yüksək hərarətdən əziyyət çəkirlər. Bəzi hallarda temperatu
22.11.2026 224 Bir yaşlı uşaq 11-ci mərtəbədən yıxılıb öldü
Bakıda 1 yaşlı uşaq bədbəxt hadisənin qurbanı olub. "Qafqazinfo" xəbər verir ki, hadisə Qaradağ rayonu S.Orucov küçəsində baş verib. 2025-ci il təvəllüdlü Alina Mərhəmət qızı Hüseynzadə yaşadığı 11-ci mərtəbədəki mənzilin eyvanından yıxılıb. O, hadisə yerində vəfat edib. Faktla bağlı Qarada
11:06 150 Çində elektromobillərin satışları rekord vurur
Çində noyabr ayında hər 10 avtomobil alıcısından 7-nin elektromobilə üstünlük verməsi proqnozlaşdırılır. Benzinlə işləyən avtomobillərin satışları isə azalmağa davam edir. xəbər verir ki, bu barədə "South China Morning Post" nəşri yazıb. Çin Sərnişin Avtomobilləri Assosiasiyasının (CPCA) proqnozun
22.11.2026 254 Azərbaycanda ictimai iaşə dövriyyəsi 8 %-ə yaxın artıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2 milyard 596,9 milyon manat olub. Bu barədə "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 7,9 % çoxdur. On ayda özəl sektorda ictimai iaş
22.11.2026 213 Aİ və Böyük Britaniya universitetlərdə təhsil haqqı güzəştləri barədə razılığa gələ bilməyib
Avropa İttifaqı (Aİ) və Böyük Britaniya Brüssel sammitində universitetlərdə güzəştli təhsil haqqının tətbiqi ilə bağlı razılığa gəlməyiblər - danışıqlar altı ay təxirə salınıb. "Report" xəbər verir ki, bu barədə "BBC" telekanalı məlumat yayıb. Aİ nümayəndələri bildiriblər ki, Britaniy
22.11.2026 260 Bəzi Aİ ölkələri Ukrayna, Rusiya və ABŞ ilə danışıqlarda iştirak edə biləcək
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, bütün Avropa İttifaqı (Aİ) ölkələri Ukrayna, Rusiya və ABŞ arasındakı danışıqların hazırlanmasında iştirak edə biləcək, bununla belə, orada bilavasitə səkkiz nümayəndə iştirak edəcək. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bu barəd
22.11.2026 213 "Ukraynada yalnız üç mümkün nəticə var" - Marin Le Pen
Milli Yürüş Partiyasının lideri və Fransada prezidentliyə namizəd Marin Le Pen Ukraynada davam edən münaqişənin üç mümkün nəticəsini açıqlayıb və onun qarşısının alınması üçün təklifini irəli sürüb. xəbər verir ki, siyasətçi bu barədə X sosial şəbəkəsində paylaşım edib. "Ukraynada yalnız üç mümkü
10:54 123 Tramp: "Ağ Evin mətbuat katibi vəzifəsinə 100 nəfər iddialı var"
ABŞ Prezidenti Donald Tramp Ağ Evin mətbuat katibi vəzifəsini tutmaq istəyən 100 nəfərin olduğunu açıqlayıb. xəbər verir ki, Tramp bu barədə "Fox News" telekanalına müsahibəsində danışıb. "Dörd-beş nəfər namizəd barədə düşünürəm. Deyim ki, bu işi əldə etmək istəyən 100 nəfər var"
22.11.2026 268