Adrian Belutsel: Moldova MDB-nin üzvü olaraq qalmağı mənasız görürdü

Adrian Belutsel: Moldova MDB-nin üzvü olaraq qalmağı mənasız görürdüMoldova Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxdı, çünki indiki reallıqlarda bu təşkilatın üzvü olaraq qalmağın mənasını görmürdü.

Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında ölkənin hakim Fəaliyyət və Həmrəylik Partiyasının deputatı, 2023-2025-ci illərdə Moldova Prezidenti Adminisrtasiyasının rəhbəri işləmiş Adrian Belutsel bildirib.

Onun sözlərinə görə, bununla belə MDB-yə üzv dövlətlərlə ikitərəfli əməkdaşlıq Moldova üçün prioritet olaraq qalır:

"Biz dost, açıq bir ölkəyik. Son illər ərzində MDB dövlətlərinin əksəriyyəti ilə iş dinamikasının yaxşılaşdığını görürük".

Deputat Moldovanın Azərbaycanla da çox yaxşı münasibətlərinin olduğunu qeyd edib:

"MDB ölkələri ilə ikitərəfli münasibətlər rəsmi Kişineu üçün mühüm prioritet olaraq qalır. Sadəcə Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasından sonra vəziyyət dəyişib. Böyük faciə və ədalətsizliklər oldu. Bu həm də birbaşa MDB-nin nizamnaməsinə ziddir. Hamı başa düşür və bilir ki, MDB həmişə Rusiya mərkəzli təşkilat olub. Biz bu təşkilatın bir hissəsi olaraq qalmağın mənasını görmürük. Çünki hər dəfə ölkələrdən hər hansı biri müəyyən dərəcədə Rusiyanın xoşuna gəlməyən milli maraqlarını göstərəndə dərhal ona qarşı embarqo, siyasi təzyiq, bu ölkəyə qarşı hansısa hibrid hücumlar başlayır".

A.Belutsel vurğulayıb ki, MDB ölkələri üçün vizasız səyahət açıq olaraq qalır.

"Biz Moldovaya qarşı dost münasibət bəsləyən bütün ölkələrlə işləməyə açığıq. Eyni zamanda biznes, siyasi kommunikasiya, ümumilikdə, birlik üçün dost və açıq ölkəyik".

Qeyd edək ki, Moldova Prezidenti Maya Sandu bu həftə ölkənin MDB-dən çıxma prosedurasını başa çatdıran fərmanlar imzalayıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 498   Tarix: 11 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda daun sindromlu şəxslərin sayı azalıb

Azərbaycanda 2025-ci ildə tibb müəssisələrində qeydiyyatda olan xəstələrin sayı 1122 (2024-cü ildə 1259) olub. BİG.AZ xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, onlardan 624-ü kişi (553), 498-i qadındır (706). 70

03.07.2026 2
.

Ukraynada Rusiyanın hücumları nəticəsində 4 nəfər ölüb, 10 nəfər yaralanıb

Rəsmilər cümə günü səhər saatlarında Telegram-da bildiriblər ki, Rusiyanın Ukraynaya gecə hücumları nəticəsində dörd nəfər ölüb, daha 10 nəfər yaralanıb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, regional hərbi administrasiyanın rəhbəri Oleq Qrixorov bildirib ki, sərhədyanı Sumı bölgəsində Rusiya pilotsu

03.07.2026 207
.

Çinin addımı dünyaya nümunə olacaq? Ölkəmizdə də süni intellekt məktəblərdə məcburi tədris oluna bilər - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Çində orta məktəblərdə süni intellektin tədrisinin məcburi hala gətirilməsi dünyada təhsil sahəsində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Ölkə rəhbərliyi hesab edir ki, gələcəyin əmək bazarında uğur qazanmaq üçün şagirdlər hələ məktəb illərindən süni intellekt texnologiyalarını öyrənməl

03.07.2026 226
.

Abbas Bağırovdan restorana etiraz: Müştəriyə hörmətsizlik edirlər

Əməkdar artist Abbas Bağırov Hacıkənddə fəaliyyət göstərən restorandakı xidmətdən narazılığını ifadə edib. "Yeni Sabah" xəbər verir ki, o, sosial şəbəkə hesabında "Roofs" restoranı ilə bağlı paylaşım edib. Müğənni məkanda xidmət səviyyəsinin onu qane etmədiyini bildirib. O, sifarişləri

03.07.2026 131
.

Bakıda dövlətə məxsus 25 hektar torpağı satıblar - 11 nəfər ittiham edilir

Qanunsuz zəbt etdikləri dövlət torpaqlarını satmaqda ittiham olunan 11 nəfər barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Kənd Təsərrüfatı Nazirliyindən daxil olmuş məlumatlar əsasında başlanmış cinayət işi üzrə ibtidai istintaq tamamlanıb. "Qafqazinfo" xəbər veri

03.07.2026 219
.

Litvada nüvə silahına qoyulan qadağanın ləğvi ilə bağlı qanun layihəsi parlamentə təqdim edilib

Litva Seymində (parlamentində) ölkə ərazisində nüvə silahının yerləşdirilməsinə qoyulan qadağanın ləğvini nəzərdə tutan qanun layihəsi qeydiyyata alınıb. xəbər verir ki, Parlamentin katibliyinin məlumatına görə, qanunvericilik təşəbbüsü 50 deputatın imzası ilə dəstəklənib ki, bu da layihənin rəsmi qeydiyyat

03.07.2026 72
.

Supermarket almaları təhlükəlidirmi?

Supermarketdən alınan almalar sağlam qida hesab olunsa da, onların satışdan əvvəl keçdiyi emal prosesi bəzi suallar yaradır. Avstraliyalı qastroenteroloq Pol Frums mağazalarda satılan almaları niyə yemədiyini və bunun səbəblərini izah edib. xarici mediaya istinadən xəbər verir ki, alma təbii olaraq nazi

03.07.2026 156
.

Atların əslində haradan gəldiyi ilə bağlı yeni FAKT

Yeni genetik araşdırma uzun illər Avropadan yayıldığı hesab edilən atların əslində Şimali Amerika mənşəli genlər daşıdığını və Çindən keçərək Avropaya çatdıqlarını ortaya qoyub. xarici mediaya istinadən xəbər verir ki, araşdırma qədim atların qitələr arasında yayılması və təkamülü ilə bağlı indiyədə

03.07.2026 162
.

Tramp "Melaniya" filmindən milyonlar qazandı

ABŞ Prezidenti Donald Tramp "Melaniya" sənədli filmi üçün lisenziya ödənişi olaraq 10,7 milyon dollar əldə edib. Ölkə.az xəbər verir ki, bu məbləğ onun 2025-ci il üzrə maliyyə bəyannaməsində qeyd olunub. Nəşrin yaydığı məlumata əsasən, "Amazon MGM Studios" filmin hüquqlarını 40 milyo

03.07.2026 2
.

TOP MP3