Bakıdan rayonlara kütləvi köç başlayacaq? - Sabiq nazir MÜHÜM MƏQAMLARI AÇIR

Bakıdan rayonlara kütləvi köç başlayacaq? - Sabiq nazir MÜHÜM MƏQAMLARI AÇIRErmənistanda azyaşlı uşağı olan ailələrə sərhəd kəndlərində mənzil əldə etmək imkanları yaradılıb. Ölkənin Əmək və Sosial Məsələlər Nazirliyinin müşaviri Qyane Karagezyan deyib ki, sərhəd kəndlərində əhali sayının artırılması istiqamətində tədbirlər görülür.

Azərbaycanda da kəndlər boşalır. Xüsusilə də İranla, Ermənistanla sərhəddə yerləşən və gözəl təbiətə malik kəndlərin əhalisi sürətlə iri şəhərlərə köçür. İllərdir bu problemin həlli istiqamətində danışılır, amma nəticə yoxdur.

Hökumət bənzər proqramlar həyata keçirib, əhalinin kəndlərə qayıtmasını təmin edə bilər?

Globalinfo.az-a danışan sabiq maliyyə naziri Fikrət Yusifovun sözlərinə görə, Ermənistanda uzun illərdir əhalinin kəndlərdən köçməsi prosesi davam edir:

"Bu prosesin Ermənistanı bir dövlət kimi hara apara biləcəyinin fərqində olan Paşinyan hakimiyyəti, nəhayət, müxtəlif tədbirlər görməklə vəziyyətin stabilləşməsinə nail olmağa çalışır. 44 günlük savaşdan sonra insanlar Azərbaycanla sərhəddəki yaşayış məntəqələrindən kütləvi köç etməyə başlayıblar. Onların belə seçimi etməsinin bir səbəbi sərhəddə yaşamağın təhlükəli olmasını hesab etmələridirsə, digər əsas səbəb bu yaşayış məntəqələrində normal həyat tərzinin təmin edilməməsidir. O səbəbdən də Ermənistanın indiki hökuməti əhalinin kəndlərə və birinci növbədə sərhəd zonasında yerləşən kəndlərə qayıtmasını təmin edə biləcək stimullaşdırıcı addımlar atmaq məcburiyyətində qalıb".

Sabiq nazir deyib ki, keçən ilin avqust ayının 8-də Vaşinqtonda sülh müqaviləsi paraflandıqdan sonra Ermənistan əhalisində sərhəd kəndlərində yaşamağın təhlükəsiz olduğuna inam artıb:

"Dövlət də bu fürsətdən istifadə edib, insanları müəyyən proqramlar çərçivəsində boşalmış sərhəd kəndlərinə qaytarmağa çalışır. Azərbaycanda da bu sahədə vəziyyət o qədər ürək açan deyil. 2004-2023-cü illər ərzində Azərbaycanda regionların sosial-iqtisadi inkişafına dair 4 Dövlət Proqramı icra edildi. Bu proqramlar üzrə yerlərdə müasir infrastrukturun qurulmasını nəzərdə tutan layihələrə üst-üstə 100 milyard manatdan artıq vəsait xərcləndi. Elə bunun nəticəsidir ki, bu gün istənilən regionumuzda biznes fəaliyyəti üçün münbit şərait mövcuddur. Lakin oradan insanların iri şəhərlərə, ilk növbədə Bakıya axını dayanmır.

Səbəb nədir? Regionlarda iş yerlərinin məhdudluğu və gənclərin maraqlarını təmin edə biləcək xidmətlərin olmaması, təhsil müəssisələrinin əsasən paytaxtda və digər iri şəhərlərdə yerləşməsi kimi reallıqlar şəhəri gənclər üçün daha cəlbedici edir".

F.Yusifov qeyd edib ki, bu gün Azərbaycanda Şərqi Zəngəzur və Qarabağa qayıdış üzrə birinci Dövlət Proqramı uğurla icra olunur:

"Yalnız 2025-ci ildə həmin torpaqlara 16 minə yaxın insan qayıdıb. Hazırda işğaldan azad olmuş ərazilərimizdə 70 mindən çox insan yaşayır və fəaliyyət göstərir.

"Bəs digər bölgələrimizdə, xüsusilə sərhəd zonalarında mövcud olan yaşayış məntəqələrinə insanların geri qayıtması və hazırda orada yaşayanların şəhərlərə köç etməməsi üçün hökumət hansı addımları atmalıdır" sualına isə sabiq nazir belə cavab verib:

"İlk növbədə başqa ölkələrin bu sahədəki təcrübəsindən istifadə edərək regionlarda, xüsusilə sərhəd yaşayış məntəqələrində iş yerlərinin açılmasını təmin edən tədbirlər görmək lazımdır. Məsələn, bu yerlərdə dövlət sifarişi ilə işləyən müəssisələr yaratmaqla insanların daimi məşğulluğunu təmin etmək olar. Başqa bir təklif sərhəd kəndlərində yaşayanlar üçün xüsusi vergi güzəştlərinin və subsidiyaların verilməsi ola bilər. Yerlərdə sosial xidmətlərin sayının artırılması və keyfiyyətinin yaxşılaşdırılması da vacib şərtlərdən biridir. Bakıda olan ali təhsil müəssisələrinin regionlara köçürülməsi də bu istiqamətdə atılan mütərəqqi addımlardan biri ola bilər. Bir sözlə, hökumət daha çox gənclərin kənd yerlərində yaşamasını stimullaşdıran addımlar ətrafında düşünməlidir. Nə qədər ki gənclərin kənddəki həyat tərzi ilə şəhərdəki həyat tərzi arasında kəskin fərqlər mövcud olacaq, gəncləri yerlərdə saxlamaq mümkün olmayacaq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1081   Tarix: 12 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

YAP qurultayında yeni dövrün siyasi xəritəsi çəkildi

Azərbaycanın siyasi həyatında mühüm hadisələrdən biri baş verdi. Hakim Yeni Azərbaycan Partiyasının sayca VII qurultayı keçirildi. Prezident İlham Əliyevin çıxışı təkcə partiyanın qarşıdakı fəaliyyətinə deyil, Azərbaycanın daxili və xarici siyasətinin əsas istiqamətlərinə dair mühüm mesajlarla yadd

14:21 143
.

Yağıntılı hava nə vaxtadək davam edəcək? - TARİX

Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıd

16:28 173
.

Ərdoğan Türk dövlətlərini Əməkdaşlıq Günü münasibətilə təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sosial media hesablarında Türk Dövlətlərinin Əməkdaşlıq Günü münasibətilə təbrik mesajı yayılıb. "Report" xəbər verir ki, Türkiyə Prezidentinin "X" hesabındakı paylaşımda qeyd edilib:. "Türk Dövlətləri Təşkilatımızın yaradılmasına imka

15:40 129
.

Suverenlik Azərbaycanın xarici siyasət strategiyasıdır

"Prezident İlham Əliyevin oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VII Qurultayındakı çıxışı ölkənin hazırkı inkişaf mərhələsinin mühüm xüsusiyyətlərindən birini aydın şəkildə ortaya qoydu: artıq bu gün suverenlik yalnız hüquqi kateqoriya və ya ərazi bütövlüyünün bərpasının nəticəsi kimi nəzərdə

13:20 168
.

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf istiqamətlərini müəyyən edib

"Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII Qurultayında çıxışı ölkənin keçdiyi tarixi mərhələyə, mövcud geosiyasi reallıqlara və qarşıdakı dövrün strateji prioritetlərinə kompleks baxışın ifadəsi kimi diqqəti cəl

12:56 168
.

Toya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu

Ucar rayon sakini toya pul yazdırmaq üçün qonşusunun evini qarət edib. -ın məlumatına görə, hadisə rayonun Şilyan kəndində baş verib. Kənd sakini, 1992-ci il təvəllüdlü Cəbi Qarayevi (adı və soyadı şərtidir) qonşusu Əfqan qızının toyuna çağırıb. O, həyat yoldaşı ilə birlikdə toya getmək istəsə də, pul

20:45 15
.

Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri həbs edildi

Bakıda tikinti şirkətinin rəhbəri həbs edilib. BİG.AZ -a istinadən xəbər verir ki, "Gold Məkan" MMC-nin direktoru Allahşükür Məmmədov əmlakı qəsdən məhv etməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (əmlakı qəsdən məhv etmək

18:40 131
.

DİN narkotiklə bağlı əməliyyatlar keçirib, saxlanılanlar arasında İran vətəndaşı da var

Bakı və Gəncədə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Bakı və Gəncə şəhərlərində keçirdiyi tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsind

19:50 104
.

Azərbaycan banklarının xalis xarici aktivləri 20 %-dən çox artıb

Bu ilin sentyabrın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 32 milyard 462,2 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, avqustun 1-i müqayisədə 1,4 %, ilin əvvəlinə nisbətən 25,6 %, 2025-ci ilin sentyabrın 1-i ilə müqayisədə is

20:00 91
.