Donald Tramp qərarı: Hörmüz boğazında blokada nefti 200 dollara aparır? - İQTİSADÇIDAN AÇIQLAMA
Donald Tramp tərəfindən verilən qərara əsasən ABŞ hərbi qüvvələri Hörmüz boğazında İran limanlarına yönələn və ya oradan çıxan gəmilərə qarşı blokada tətbiq etməyə başlayıb. Bu addım ABŞ-İran danışıqlarının nəticəsiz qalmasından sonra reallaşıb və artıq qlobal enerji bazarlarında ciddi təsir göstərməkdədir. Dünya neft daşımalarının təxminən 20%-nin keçdiyi bu strateji marşrutda yaranan gərginlik fonunda bazarlarda dərhal reaksiya müşahidə olunub və neftin qiyməti artıq 100 dollar həddini keçib. Bu isə göstərir ki, bölgədə hərbi-siyasi risklərin artması enerji qiymətlərini sürətlə yuxarı çəkir və vəziyyətin daha da kəskinləşəcəyi təqdirdə qiymətlərin 200 dollar həddinə yaxınlaşması real ssenari kimi gündəmdə qala bilər.
Hazırkı vəziyyətdə tankerlərin bir hissəsinin marşrutlarını dəyişməsi, sığorta və daşınma xərclərinin artması, həmçinin bazarlarda yaranan panika qlobal enerji balansına birbaşa təsir edir. Belə bir proses davam edərsə, bu, yalnız neft bazarı ilə məhdudlaşmayacaq, eyni zamanda dünya iqtisadiyyatında inflyasiya təzyiqlərini də gücləndirəcək.
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli BiG.AZ-a açıqlamasında bildirdi ki, Donald Trump tərəfindən Hörmüz boğazı ilə bağlı belə bir açıqlama neft bazarında ciddi narahatlıq yaradır, çünki bu boğazdan dünya neftinin təxminən beşdə biri keçir. Ona görə də orada hər hansı gərginlik qiymətlərə dərhal təsir edir.
Onun sözlərinə görə, neftin 200 dolları keçməsi mümkündür, amma bu yalnız ən ağır ssenaridə baş verə bilər: "Bunun üçün boğazın tam bağlanması, hərbi toqquşmanın genişlənməsi və neft daşınmasının ciddi şəkildə dayanması lazımdır. Belə bir vəziyyətdə bazarda kəskin qıtlıq yaranar və qiymətlər çox sürətlə yüksələ bilər.
Hazırkı vəziyyət isə daha çox risk və qeyri-müəyyənlik mərhələsidir. Əgər gərginlik məhdud qalarsa, qiymətlər artsa da 100-130 dollar aralığında sabitləşə bilər. Daha ciddi eskalasiya olarsa 150 dollara qədər yüksəlməsi real görünür.
Qısaca desək, 200 dollar ehtimalı var, amma bu yalnız vəziyyət nəzarətdən çıxarsa mümkündür".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 922 Tarix: 13 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞəhid anasını ağır söyüşlərlə təhqir edən blogger niyə cəzalandırılmır? - VİDEO
Aprel döyüşlərinin və 44 günlük Vətən müharibəsinin iştirakçısı, antiterror əməliyyatı şəhidi Zamin Abbasovun anası hüquq-mühafizə orqanlarına müraciət edib. -ın əldə etdiyi məlumata görə, şəhid anası sosial şəbəkədə onu təhqiramiz ifadələr və ağır söyüşlərlə təhqir edən, blogger kimi tanınan Sevin
16:52 152 YAP-ın VIII Qurultayı - yeni siyasi reallıqlara doğru
"Yeni Azərbaycan Partiyasının VII qurultayında Prezident İlham Əliyevin çıxışı ölkənin yeni tarixi şəraitdə inkişaf istiqamətlərinin təqdimatı kimi diqqət çəkir. Çıxışda Azərbaycanın son onilliklərdə keçdiyi yol, əldə olunan nəticələr, dəyişən regional və beynəlxalq mənzərə, eləcə də gələcək üçü
13:03 148 Məşhur ticarət mərkəzinin girişində sərnişin avtobusu aşdı - Video
Bakıda Sədərək Ticarət Mərkəzinin girişində 194 nömrəli marşrut avtobusu aşıb. "News24"ə istinadən xəbər verir ki, bunu hadisə şahidləri bildiriblər. Qeyd edilib ki, xəsarət alanlar var. Qəzanın yağışlı hava şəraiti üzündən baş verdiyi bildirilir. [youtube]. [/youtube]
14:54 161 Keniyada kütləvi yol-nəqliyyat hadisəsində 17 nəfər ölüb
Nayrobi-Mombasa magistral yolunda bir neçə avtomobilin kütləvi toqquşması nəticəsində ən azı 17 nəfər həlak olub. "Report" xəbər verir ki, bu barədə "Xinhua" agentliyi Keniya polisisinə istinadən xəbər verir. Polisin məlumatına görə, qəza Salam şəhərində baş verib, belə ki, sahi
15:30 127 "Forsaj" serial olacaq
"Peacock" platforması məşhur "Forsaj" film franşizası əsasında serial hazırlanacağını açıqlayıb. Axşam.az xəbər verir ki, ekran işinin ulduzu Vin Dizel serialın icraçı prodüseri olacaq. Onun layihədə aktyor kimi rol alıb-almayacağı isə hələ məlum deyil. Serialın premyerasının 2028-c
02.10.2026 249 Suverenlik Azərbaycanın xarici siyasət strategiyasıdır
"Prezident İlham Əliyevin oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VII Qurultayındakı çıxışı ölkənin hazırkı inkişaf mərhələsinin mühüm xüsusiyyətlərindən birini aydın şəkildə ortaya qoydu: artıq bu gün suverenlik yalnız hüquqi kateqoriya və ya ərazi bütövlüyünün bərpasının nəticəsi kimi nəzərdə
13:20 163 ABŞ raketləri 3 dəfə uzağa uçacaq: Pentaqon tələbləri dəyişdi
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) HIMARS sistemlərində istifadə olunan yeni nəsil raketlər üçün tələbləri sərtləşdirib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, söhbət HIMARS buraxılış qurğusunun özünün dəyişdirilməsindən deyil, onun üçün nəzərdə tutulan raketlərin imkanlarının artırılmasından gedir
11:10 171 Azərbaycan öz milli maraqlarından geri çəkilmir
"Yeni Azərbaycan Partiyasının VII Qurultayında Prezident İlham Əliyev ölkəmizin qarşıdakı dövrdə siyasi, iqtisadi, təhlükəsizlik və ideoloji istiqamətlərini müəyyən edən mesajlar verdi. Dövlət başçımız Azərbaycanın əldə etdiyi nəticələri, eyni zamanda yeni mərhələnin əsas prioritetlərini bəyan etdi
13:36 166 Azərbaycan manatının dövretmə sürəti 8 ayda azalıb
Bu ilin sentyabrın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 2,96 bənd təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 0,04 bənd, ilin əvvəlinə nisbətən 0,24 bənd, 2025-ci ilin sentyabrın 1-i ilə müqayisədə is
16:50 110