Niyə 60 yaşdan sonra bəzi insanlar aktiv qalır, digərləri isə sürətlə zəifləyir?
60 yaşdan sonra bəzi insanların uzun müddət enerjili və aktiv qalması, digərlərinin isə sürətlə zəifləməsi genetikadan və ya sağlamlıqdan birbaşa asılı deyil.
Qaynarinfo-nun məlumatlna görə, psixoloq Laxlan Braun "VegOut" nəşrində yazır ki, əsas fərq insanların həyatlarından üç vacib amili çıxarıb-çıxarmaması ilə bağlıdır.
Onun sözlərinə görə, özünü zəif hiss edən 50-60 yaşlı insanlar dəyişikliklərə pəhriz və ya əlavələrdən yox, üç sualla başlamalıdır:"Məni sabah harada gözləyirlər?", "Mən gəlməsəm bunu kim fərq edəcək?" və "Mən hələ nəyi tamamlamamışam?".
Psixoloji fərqin səbəbləri
Braun 71 yaşlı qayınatasını nümunə göstərərək bildirir ki, o, özünü xeyli gənc kimi aparır: hər gün səhər tezdən oyanır, bazara piyada gedir, dostları ilə görüşür və aylardır üzərində işlədiyi bir bağ layihəsini davam etdirir. Onun sözlərinə görə, belə insanlar yaşlı olduqlarını hiss etməyə vaxt tapmırlar.
Digər tərəfdən, bəzi insanlar təqaüdə çıxdıqdan sonra qısa müddətdə passivləşir, həyatları haqqında keçmiş zamanda danışmağa başlayır və indiki dövrdə maraqlı heç nə görmürlər. Psixoloq hesab edir ki, bu fərqin əsas səbəbi üç amildir: məqsəd, sosial gözlənti və tamamlanmamış işlər.
Məqsəd hissi
Araşdırmalar göstərir ki, həyatda məqsəd hissi yüksək olan insanlar daha az fiziki passivlik, yuxu problemləri və çəki artımı yaşayır. Həmçinin Kaliforniya Universitetinin tədqiqatına görə, güclü həyat məqsədi olan şəxslərdə demensiya və digər idrak pozuntuları təxminən 28 faiz daha az müşahidə olunur.
Braun vurğulayır ki, gündəlik fəaliyyətlər - məsələn, bazara getmək - sadəcə fiziki aktivlik deyil, həm də insanın sosial həyatda iştirakını təmin edən vacib motivasiyadır.
Sizi gözləyən insanların olması
Tədqiqatlar sosial əlaqələrin sağlamlığa böyük təsir göstərdiyini sübut edir. Sosial əlaqələrin olmaması ölüm riskini ən azı 50 faiz artırır, bəzi hallarda isə bu göstərici 90 faizi keçir.
Psixoloq qeyd edir ki, sadəcə insanların olması kifayət deyil - əsas odur ki, sizi gözləyən insanlar olsun. Bu, dostlarla gündəlik görüş, ailə üzvlərinin zəngləri və ya qonşuların marağı kimi sadə görünən, lakin həyati əhəmiyyət daşıyan əlaqələrdir.
Tamamlanmamış işlər
Braunun fikrincə, ən vacib amil insanın qarşısında hələ tamamlanmamış məqsədlərin olmasıdır. Bu, yeni öyrənilən bacarıq, davam edən layihə və ya həyata keçirilməmiş plan ola bilər.
O bildirir ki, insanın həyatında tamamlanacaq heç nə qalmadıqda, beyin və bədən bunu "son" kimi qəbul edir və buna uyğun reaksiya verməyə başlayır.
Nəticə və tövsiyə
Psixoloq nəticə olaraq bildirir ki, yaşlandığını hiss edən insanlar ilk növbədə həyatlarında məqsəd, sosial əlaqə və davam edən fəaliyyətlərin olub-olmadığını qiymətləndirməlidir.
Onun sözlərinə görə, bu üç suala cavab tapmaq insanın aktiv və sağlam qalmasında həlledici rol oynayır: "Əgər bu suallara cavabınız varsa, hər şey qaydasındadır. Əgər yoxdursa, bu yaşlanma deyil - sadəcə həyatın içində qalmaq səbəblərini itirmisiniz".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1036 Tarix: 13 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞəhid anasını ağır söyüşlərlə təhqir edən blogger niyə cəzalandırılmır? - VİDEO
Aprel döyüşlərinin və 44 günlük Vətən müharibəsinin iştirakçısı, antiterror əməliyyatı şəhidi Zamin Abbasovun anası hüquq-mühafizə orqanlarına müraciət edib. -ın əldə etdiyi məlumata görə, şəhid anası sosial şəbəkədə onu təhqiramiz ifadələr və ağır söyüşlərlə təhqir edən, blogger kimi tanınan Sevin
16:52 152 YAP-ın VIII Qurultayı - yeni siyasi reallıqlara doğru
"Yeni Azərbaycan Partiyasının VII qurultayında Prezident İlham Əliyevin çıxışı ölkənin yeni tarixi şəraitdə inkişaf istiqamətlərinin təqdimatı kimi diqqət çəkir. Çıxışda Azərbaycanın son onilliklərdə keçdiyi yol, əldə olunan nəticələr, dəyişən regional və beynəlxalq mənzərə, eləcə də gələcək üçü
13:03 148 Məşhur ticarət mərkəzinin girişində sərnişin avtobusu aşdı - Video
Bakıda Sədərək Ticarət Mərkəzinin girişində 194 nömrəli marşrut avtobusu aşıb. "News24"ə istinadən xəbər verir ki, bunu hadisə şahidləri bildiriblər. Qeyd edilib ki, xəsarət alanlar var. Qəzanın yağışlı hava şəraiti üzündən baş verdiyi bildirilir. [youtube]. [/youtube]
14:54 161 Keniyada kütləvi yol-nəqliyyat hadisəsində 17 nəfər ölüb
Nayrobi-Mombasa magistral yolunda bir neçə avtomobilin kütləvi toqquşması nəticəsində ən azı 17 nəfər həlak olub. "Report" xəbər verir ki, bu barədə "Xinhua" agentliyi Keniya polisisinə istinadən xəbər verir. Polisin məlumatına görə, qəza Salam şəhərində baş verib, belə ki, sahi
15:30 127 "Forsaj" serial olacaq
"Peacock" platforması məşhur "Forsaj" film franşizası əsasında serial hazırlanacağını açıqlayıb. Axşam.az xəbər verir ki, ekran işinin ulduzu Vin Dizel serialın icraçı prodüseri olacaq. Onun layihədə aktyor kimi rol alıb-almayacağı isə hələ məlum deyil. Serialın premyerasının 2028-c
02.10.2026 249 Suverenlik Azərbaycanın xarici siyasət strategiyasıdır
"Prezident İlham Əliyevin oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VII Qurultayındakı çıxışı ölkənin hazırkı inkişaf mərhələsinin mühüm xüsusiyyətlərindən birini aydın şəkildə ortaya qoydu: artıq bu gün suverenlik yalnız hüquqi kateqoriya və ya ərazi bütövlüyünün bərpasının nəticəsi kimi nəzərdə
13:20 163 ABŞ raketləri 3 dəfə uzağa uçacaq: Pentaqon tələbləri dəyişdi
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) HIMARS sistemlərində istifadə olunan yeni nəsil raketlər üçün tələbləri sərtləşdirib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, söhbət HIMARS buraxılış qurğusunun özünün dəyişdirilməsindən deyil, onun üçün nəzərdə tutulan raketlərin imkanlarının artırılmasından gedir
11:10 171 Azərbaycan öz milli maraqlarından geri çəkilmir
"Yeni Azərbaycan Partiyasının VII Qurultayında Prezident İlham Əliyev ölkəmizin qarşıdakı dövrdə siyasi, iqtisadi, təhlükəsizlik və ideoloji istiqamətlərini müəyyən edən mesajlar verdi. Dövlət başçımız Azərbaycanın əldə etdiyi nəticələri, eyni zamanda yeni mərhələnin əsas prioritetlərini bəyan etdi
13:36 166 Azərbaycan manatının dövretmə sürəti 8 ayda azalıb
Bu ilin sentyabrın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 2,96 bənd təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 0,04 bənd, ilin əvvəlinə nisbətən 0,24 bənd, 2025-ci ilin sentyabrın 1-i ilə müqayisədə is
16:50 110