Doğuşa görə məzuniyyət: ata və ana nə qədər gün alır?

Doğuşa görə məzuniyyət: ata və ana nə qədər gün alır?"Uşağın doğulması ilə əlaqədar ödənişli məzuniyyətlərin verilməsi Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Mövcud qanunvericiliyə əsasən, kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və doğuşdan sonra olan dövrü əhatə edən ümumilikdə 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilir".

Bunu BiG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib.

O, qeyd edib ki, bu məzuniyyətin rəsmiləşdirilməsi işəgötürən tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək və Məşğulluq" altsistemində elektron qaydada həyata keçirilir. Qeyd edək ki, cari ilin yanvar ayından etibarən bu məqsədlə sistemdə yeni funksionallıq tətbiq olunub:

"Hamiləliyə və doğuşa görə məzuniyyətlərin verilməsi Əmək Məcəlləsinin 125-ci maddəsində təsbit edilib. Bu maddəyə əsasən, işləyən qadınlara hamiləlik və doğuş dövrü üçün ümumilikdə 126 təqvim günü müddətində ödənişli məzuniyyət verilir (doğuşdan əvvəl 70, doğuşdan sonra 56 təqvim günü).

Doğuşun ağır keçməsi və ya iki və daha çox uşağın doğulması hallarında doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü təşkil edir.

Kənd təsərrüfatı istehsalında çalışan qadınlar üçün hamiləliyə və doğuşa görə məzuniyyət müddətləri daha genişdir:

a) normal doğuşda - 140 təqvim günü (doğuşdan əvvəl 70, doğuşdan sonra 70 gün);
b) ağır doğuş hallarında - 156 təqvim günü (doğuşdan əvvəl 70, doğuşdan sonra 86 gün);
c) iki və daha çox uşaq doğulduqda - 180 təqvim günü (doğuşdan əvvəl 70, doğuşdan sonra 110 gün)".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 849   Tarix: 13 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Çinin addımı dünyaya nümunə olacaq? Ölkəmizdə də süni intellekt məktəblərdə məcburi tədris oluna bilər - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Çində orta məktəblərdə süni intellektin tədrisinin məcburi hala gətirilməsi dünyada təhsil sahəsində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Ölkə rəhbərliyi hesab edir ki, gələcəyin əmək bazarında uğur qazanmaq üçün şagirdlər hələ məktəb illərindən süni intellekt texnologiyalarını öyrənməl

12:21 226
.

Atların əslində haradan gəldiyi ilə bağlı yeni FAKT

Yeni genetik araşdırma uzun illər Avropadan yayıldığı hesab edilən atların əslində Şimali Amerika mənşəli genlər daşıdığını və Çindən keçərək Avropaya çatdıqlarını ortaya qoyub. xarici mediaya istinadən xəbər verir ki, araşdırma qədim atların qitələr arasında yayılması və təkamülü ilə bağlı indiyədə

18:30 162
.

Təbii fəlakətlərdən sonra eyni sual: Niyə evlər sığortasız qalır? - SIĞORTA EKSPERTİNDƏN AÇIQLAMA

Azərbaycanda son vaxtlar müşahidə olunan güclü yağışlar və əlverişsiz hava şəraiti bir çox yaşayış evinə və fərdi təsərrüfatlara ciddi ziyan vurdu. Su basmış evlər, yararsız hala düşən əşyalar və yüksək maddi itkilər bir daha göstərdi ki, təbii fəlakətlər hər an gözlənilmədən baş verə bilər. Buna baxmayaraq

13:01 218
.

Abbas Bağırovdan restorana etiraz: Müştəriyə hörmətsizlik edirlər

Əməkdar artist Abbas Bağırov Hacıkənddə fəaliyyət göstərən restorandakı xidmətdən narazılığını ifadə edib. "Yeni Sabah" xəbər verir ki, o, sosial şəbəkə hesabında "Roofs" restoranı ilə bağlı paylaşım edib. Müğənni məkanda xidmət səviyyəsinin onu qane etmədiyini bildirib. O, sifarişləri

20:15 131
.

Rusiyada benzin böhranı dərinləşir: Novorossiyskdə yanacaq yoxdur

Rusiyanın Novorossiysk şəhərində yanacaq qıtlığı yaranıb. xarici mətbuata istinadən xəbər veirr ki, şəhər administrasiyasının yaydığı məlumata görə, yanacaqdoldurma məntəqələrində benzin tamamilə tükənib, dizel yanacağı isə yalnız 8 məntəqədə məhdud həcmdə mövcuddur. Bildirilib ki, hazırda yanacaq yalnı

21:00 74
.

Ukraynada Rusiyanın hücumları nəticəsində 4 nəfər ölüb, 10 nəfər yaralanıb

Rəsmilər cümə günü səhər saatlarında Telegram-da bildiriblər ki, Rusiyanın Ukraynaya gecə hücumları nəticəsində dörd nəfər ölüb, daha 10 nəfər yaralanıb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, regional hərbi administrasiyanın rəhbəri Oleq Qrixorov bildirib ki, sərhədyanı Sumı bölgəsində Rusiya pilotsu

14:46 207
.

Prezidentin gəlinindən zərif - Fotolar

Prezident İlham Əliyevin gəlini Alena Əliyeva yeni fotolar paylaşıb. Axşam.az xəbər verir ki, şəkillər Alenann qatıldığı tədbirlərdən birində lentə alınıb. Alena Əliyevanın sözügedən paylaşımını təqdim edirik:

16:22 390
.

Tramp Almaniya, Böyük Britaniya və İtaliyanı hədəf aldı

ABŞ prezidenti Donald Tramp Almaniyanın NATO çərçivəsində müdafiə xərclərini "gülünc" adlandırıb. xarici mediaya istinadən xəbər verir ki, bu barədə Handelsblatt nəşri Ağ Ev rəhbərinin açıqlamasını yayıb. Tramp Almaniya ilə yanaşı, Böyük Britaniya və İtaliyanın da NATO çərçivəsində müdafi

11:36 189
.

Şəkidə 5 nəfəri it dişlədi

Şəkidə biri azyaşlı olmaqla 5 nəfəri küçə iti dişləyib. BİG.AZ-ın "Report"a istinadən məlumatına görə, hadisə ötən gün axşam saatlarında Şəkinin Dodu məhəlləsi adlanan ərazisində baş verib. Belə ki, küçə iti 38 yaşlı Taleh Yusifov, 56 yaşlı Mehman Cabbarov, 36 yaşlı Xəyalə Mirzəyeva, 30 yaşl

13:26 221
.

TOP MP3