İşəgötürənin ödəniş etməməsi: işçinin pensiya və sosial hüquqlarını məhkəmə yolu ilə bərpa etmək mümkündürmü? - HÜQUQŞÜNASDAN AÇIQLAMA
İşəgötürən tərəfindən işçinin əmək haqqından tutulmalı olan sosial sığorta haqları, pensiya fonduna ödənişlər və vergi vəsaitlərinin ödənilməməsi əmək münasibətlərində ciddi hüquqi pozuntu hesab olunur. Bir çox hallarda işçilər bu cür qanunsuzluqlardan yalnız illər sonra, pensiya yaşına yaxınlaşdıqda və ya sosial təminat hüquqlarından istifadə etmək istədikdə xəbər tuturlar. Bu isə həm gələcək pensiya məbləğinə, həm də ümumi sosial təminat hüquqlarına birbaşa təsir göstərir.
Belə hallarda əsas hüquqi sual ortaya çıxır: işçi gec də olsa bu pozuntuları aşkar etdikdə məhkəməyə müraciət edə bilərmi və öz hüquqlarını bərpa etmək üçün hansı imkanlara malikdir? Mövcud qanunvericilik əmək münasibətlərində şəffaflığın qorunmasını tələb etsə də, ödənişlərin edilməməsi faktının sübuta yetirilməsi və iddia müddətləri məsələsi prosesin nəticəsinə ciddi təsir göstərə bilər. Bu baxımdan, işçinin hüquqlarının qorunması, dövlət orqanlarının nəzarət mexanizmləri və məhkəmə praktikasının bu tip mübahisələrdə yanaşması xüsusi əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov BiG.AZ-a açıqlamasında bildirdi ki, bu gün belə bir faktın olması çətin məsələdir. Çünki bütün proseslər elektronlaşdırılıb və buna nəzarət edən vergi orqanıdır. Onun sözlərinə görə, vergi orqanı baxır ki, əgər işçiyə əmək haqqı verilirsə, o zaman Dövlət Sosial Müdafiə Fondunada ödənişlər edilməlidir: "Əgər ödənişlər olunmasa vergi orqanı dərhal tədbir görür onsuzda. Amma bu problem əvvəllər olub. Çünki əvvəllər elektronlaşdırma, yəni mərkəzləşdirmə yox idi. Ona görədə indi vətəndaş pensiyaya çıxanda məlum olur ki, pensiya fondunda kapitalı azdır.
Məlum olur ki, hansısa şirkətdə işləyəndə işəgötürən tərəfindən işçinin Dövlət Sosial Müdafiə Fonduna məcburi sosial sığorta haqqını ödəməyib. Bu keçmişdə dair çox ciddi problemdir. Cavabdeh əlbbətdəki həmin işəgötürəndir, əgər o indidə mövcuddursa. Yaxudda o şirkətin varisləri mövcuddursa onlardan tələb etmək olar vurulan ziyanı. Amma əksər hallarda həmin qurumlar artıq mövcud deyil. Bu halda ləğv edilən şirkətin rəhbəri sağdırsa ondan vurulan zərəri tələb etmək olar. Əgər ləğv edilən şirkətin rəhbəri artıq həyatda deyilsə, o zaman heç bir halda işçinin vurulan zərəri tələb etməsi mümkün deyil".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1076 Tarix: 13 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞəhid anasını ağır söyüşlərlə təhqir edən blogger niyə cəzalandırılmır? - VİDEO
Aprel döyüşlərinin və 44 günlük Vətən müharibəsinin iştirakçısı, antiterror əməliyyatı şəhidi Zamin Abbasovun anası hüquq-mühafizə orqanlarına müraciət edib. -ın əldə etdiyi məlumata görə, şəhid anası sosial şəbəkədə onu təhqiramiz ifadələr və ağır söyüşlərlə təhqir edən, blogger kimi tanınan Sevin
16:52 152 YAP-ın VIII Qurultayı - yeni siyasi reallıqlara doğru
"Yeni Azərbaycan Partiyasının VII qurultayında Prezident İlham Əliyevin çıxışı ölkənin yeni tarixi şəraitdə inkişaf istiqamətlərinin təqdimatı kimi diqqət çəkir. Çıxışda Azərbaycanın son onilliklərdə keçdiyi yol, əldə olunan nəticələr, dəyişən regional və beynəlxalq mənzərə, eləcə də gələcək üçü
13:03 148 Məşhur ticarət mərkəzinin girişində sərnişin avtobusu aşdı - Video
Bakıda Sədərək Ticarət Mərkəzinin girişində 194 nömrəli marşrut avtobusu aşıb. "News24"ə istinadən xəbər verir ki, bunu hadisə şahidləri bildiriblər. Qeyd edilib ki, xəsarət alanlar var. Qəzanın yağışlı hava şəraiti üzündən baş verdiyi bildirilir. [youtube]. [/youtube]
14:54 161 Keniyada kütləvi yol-nəqliyyat hadisəsində 17 nəfər ölüb
Nayrobi-Mombasa magistral yolunda bir neçə avtomobilin kütləvi toqquşması nəticəsində ən azı 17 nəfər həlak olub. "Report" xəbər verir ki, bu barədə "Xinhua" agentliyi Keniya polisisinə istinadən xəbər verir. Polisin məlumatına görə, qəza Salam şəhərində baş verib, belə ki, sahi
15:30 127 "Forsaj" serial olacaq
"Peacock" platforması məşhur "Forsaj" film franşizası əsasında serial hazırlanacağını açıqlayıb. Axşam.az xəbər verir ki, ekran işinin ulduzu Vin Dizel serialın icraçı prodüseri olacaq. Onun layihədə aktyor kimi rol alıb-almayacağı isə hələ məlum deyil. Serialın premyerasının 2028-c
02.10.2026 249 Suverenlik Azərbaycanın xarici siyasət strategiyasıdır
"Prezident İlham Əliyevin oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VII Qurultayındakı çıxışı ölkənin hazırkı inkişaf mərhələsinin mühüm xüsusiyyətlərindən birini aydın şəkildə ortaya qoydu: artıq bu gün suverenlik yalnız hüquqi kateqoriya və ya ərazi bütövlüyünün bərpasının nəticəsi kimi nəzərdə
13:20 163 ABŞ raketləri 3 dəfə uzağa uçacaq: Pentaqon tələbləri dəyişdi
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) HIMARS sistemlərində istifadə olunan yeni nəsil raketlər üçün tələbləri sərtləşdirib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, söhbət HIMARS buraxılış qurğusunun özünün dəyişdirilməsindən deyil, onun üçün nəzərdə tutulan raketlərin imkanlarının artırılmasından gedir
11:10 171 Azərbaycan öz milli maraqlarından geri çəkilmir
"Yeni Azərbaycan Partiyasının VII Qurultayında Prezident İlham Əliyev ölkəmizin qarşıdakı dövrdə siyasi, iqtisadi, təhlükəsizlik və ideoloji istiqamətlərini müəyyən edən mesajlar verdi. Dövlət başçımız Azərbaycanın əldə etdiyi nəticələri, eyni zamanda yeni mərhələnin əsas prioritetlərini bəyan etdi
13:36 166 Azərbaycan manatının dövretmə sürəti 8 ayda azalıb
Bu ilin sentyabrın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 2,96 bənd təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 0,04 bənd, ilin əvvəlinə nisbətən 0,24 bənd, 2025-ci ilin sentyabrın 1-i ilə müqayisədə is
16:50 110