Broyler toyuqlarında xoşagəlməz dad: səbəblər nədir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Son vaxtlar broyler toyuqlarının keyfiyyəti ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Xüsusilə bəzi hallarda bu ətin bişirildikdən sonra ağızda xoşagəlməz, "leş dadı"na bənzər bir dad buraxdığı qeyd olunur. Bu kimi hallar isə həm istehsal prosesində tətbiq olunan üsullar, həm də məhsulun saxlanma və satış şərtləri ilə bağlı suallar doğurur. Mövzu qida təhlükəsizliyi baxımından da diqqət çəkir və bu cür dad dəyişikliklərinin səbəbləri daha dərindən araşdırılmalı məsələlər sırasında göstərilir.
Mövzu ilə bağlı sağlam qida təbliğatçısı, Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev BiG.AZ-a açıqlamasında bildirdi ki, ilkin müşahidədə mədə qıcqırması, köp adətən toyuğun tərkibindəki artıq yağlılıq, heyvanın kəsimdən əvvəl qəbul etdiyi yem rasionu, ya məhsulun tərkibindəki mikrobioloji aktivliyin nəticəsidir. Onun sözlərinə görə, broyler toyuqlarının yetişdirilməsində beynəlxalq standartlar mövcuddur: "Toyuqlara verilən yemlərdə protein miqdarını artırmaq üçün bəzən aşağı keyfiyyətli balıq unu və ya texniki yağlar istifadə olunur. Bu ətin dadının balıq tamı verməsinə və həzm prosesində mədə turşuluğunun artmasına səbəb olur.
Standartlara görə kəsimdən ən az 5-7 gün əvvəl antibiotik verilməsi dayandırılmalıdır. Əgər bu müddət gözlənilmirsə, ətdə qalan qalıqlar insan bağırsaq mikroflorasına mənfi təsir edərək köp və həzm problemləri yaradır. Bəzi istehsalçılar çəkini artırmaq üçün ətə fosfatlı su məhlulları vururlar. Bişmə zamanı bu maddələr mədə selikli qişasını qıcıqlandıra bilər. Toyuq əti ən tez xarab olan məhsullardan biridir. +4°C-dən yuxarı temperaturda mikrobioloji inkişaf sürətlənir. Qəribə dad bəzən proteinlərin parçalanmağa başlamasının ilkin mərhələsi ola bilər.
Toyuq seçərkən diqqət edəcəyimiz məqamlar var. Toyuğun dərisi ağ və ya açıq sarımtıl, nəmli, lakin yapışqan olmamalıdır. Göyərmiş, qızarmış, tünd ləkələri olan toyuqları almasaq yaxşı olar. Əlimizə götürdükdə barmağımızla ətə basaq. Əgər çuxur dərhal bərpa olunursa, ət təzədir. Çuxur qalırsa, hüceyrə strukturunun dağıldığını, ətin köhnəldiyini göstərir. Paket daxilində çoxlu qırmızı su olmamalıdır. Bu hal məhsulun donunun açılıb yenidən dondurulduğunun əlamətidir. Mütləq istehsal və son istifadə tarixinə baxmalıyıq. Dondurulmuş və soyudulmuş yazısına diqqət edin. Soyudulmuş toyuğun raf ömrü adətən 5-7 gündür.
Toyuğu kranın altında yumaq düzgün deyil. Bu hal bakteriyaların mətbəxə yayılmasına səbəb olur. Bakteriyalar yalnız 75°C-dən yuxarı temperaturda məhv olur. Əgər broyler toyuğunun keyfiyyətinə şübhəmiz varsa, qaynamağa başlayandan 5-10 dəqiqə sonra ilk suyunu atsaq yaxşı olar. Belə etdikdə heyvandakı artıq yağın və mümkün yem qalıqlarının xaric olunmasına kömək etmiş oluruq. Toyuq kəsdiyimiz taxtanı, bıçağı digər tərəvəzlər üçün istifadə etməməliyik. Çarpaz çirklənmə baş verməsin.
Toyuq ətini otaq temperaturunda 2 saatdan çox saxlamaq olmaz. Əgər toyuq bişdikdən sonra da qəribə qoxuyursa, onu istehlak etmək təhlükəlidir".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1011 Tarix: 22 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşZəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi
Zəngəzurda saxlanılan Azərbaycan əsgəri Nəsimi Musayev barəsində məhkəmə qərar verib. Bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir. Məlumata görə, məhkəmə istintaqın vəsatətini təmin edib və naməlum şəraitdə Ermənistan ərazisinə keçən Azərbaycan əsgəri Nəsimi Musayevin iki ay müddətinə həbs edilməs
02.10.2026 405 Sizə aşiq olan oğlanı rədd etməyin 4 təsirli yolu
Qadınla kişi arasında dostluq səmimi və romantik hisslərdən uzaq ola bilər. Lakin bəzən tərəflərdən biri bu münasibəti sevgiyə çevirmək istəyir. Hisslər qarşılıqlı olmadıqda isə dostluğu qorumaq və qarşı tərəfə yanlış ümid verməmək çətinləşir. xəbər verir ki, belə vəziyyətlərdə şəxsi sərhədləri aydı
02.10.2026 237 "Məni "Söylü"yə oxşatmayın"
Xalq artisti Afaq Bəşirqızı məşhur "Bəxt üzüyü" filmindəki Söylü obrazına bənzədilməsinə etiraz edib. Axşam.az xəbər verir ki, aktrisa bu barədə AzTV-də qonaq olarkən danışıb. "Mənə sual verirlər ki, həyatda özünüzü Söylüyə oxşadırsınız? Cavab verdim ki, yox. Məni Söylüyə oxşatmayın. Mə
02.10.2026 262 Fransada polis 600 etirazçını həbs edib
Fransada yuxarı sinif şagirdlərinin və ali məktəb tələbələrinin davam edən etiraz aksiyaları 564 məktəbdə dərs prosesinin pozulmasına səbəb olub. "Report" xəbər verir ki, bu barədə Fransa mediası Milli Təhsil Nazirliyinə istinadən məlumat yayıb. Bundan başqa, tələbə ittifaqı 25-dən çox universite
02.10.2026 220 "Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın" - Prezident
"Bəli, bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır. Bu, indiki dünyada böyük sərvət sayıla bilər. Çünki bu gün dünya xəritəsinə baxsaq görərik ki, Azərbaycan xalqı qədər sabitlik, əmin-amanlıq, sülh şəraitində yaşayan çox az xalqlar və ölkələr var. Bu, bizim reallıqlarımızdır
02.10.2026 258 Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar - Fotolar
Avropa İttifaqı (Aİ) Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupunun (COEST) nümayəndə heyəti oktyabrın 2-də Şuşa şəhərində olublar. "Qafqazinfo" AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov qonaqlara şəhərin tarixi
02.10.2026 188 "Olimp Hospital"da əməliyyat olunan 44 yaşlı kişi öldü
Bir neçə gün əvvəl Bakı şəhər Yasamal rayonunda yerləşən "Olimp Hospital"da əməliyyat olunan Şəmkir sakini qəfil vəfat edib. İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Şəmkir rayon Dəllər qəsəbə sakini 1982-ci il təvəllüdlü Eynur Səfərov bu özəl klinikada əməliyyat olunub. Xəstəxanada onu
02.10.2026 279 Bu kadrlarda 5-ci sinifdə oxuyan Zaur var - Video
Tanınmış aparıcı Zaur Baxşəliyev Şuşaya səfər edib. "Qafqazinfo"nun məlumatına görə, o, illər əvvəl məcburi köçkün düşdüyü şəhərdə təsirli anlar yaşayıb. Bir vaxtlar parta arxasında əyləşdiyi məktəbə indi yeni nəslin uşaqları ilə birgə baş çəkib. Məktəblilərlə avtobusa minib, onların bir günün
11:02 165 "Müharibədə də, müharibədən sonra da heç kim bizə kömək etmirdi"
"Səkkiz milyon əhalimiz var idi, onlardan 1 milyonu qaçqın-köçkün, evsiz-eşiksiz, çadırlarda". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Dövlət başçısı qeyd edib ki, bu bir humanitar fəlakə
02.10.2026 189