Zərərlə işləyən dövlət qurumları: niyə özəlləşdirilmir? - İQTİSADÇIDAN AÇIQLAMA
Bir çox dövlət qurumlarının uzun illərdir zərərlə fəaliyyət göstərməsinə baxmayaraq, onların özəlləşdirilməsi məsələsi hələ də açıq qalır. Rəsmi səviyyədə bu qurumların özəl sektora verilməsi nəzərdə tutulsa da, proses müxtəlif səbəblərdən ya gecikir, ya da ümumiyyətlə həyata keçirilmir.
Bu vəziyyət isə həm dövlət büdcəsinə əlavə yük yaradır, həm də iqtisadi səmərəlilik baxımından suallar doğurur. Mövzu ölkədə iqtisadi islahatların tempi və idarəetmə mexanizmlərinin effektivliyi kontekstində yenidən diqqət mərkəzinə çevrilib.
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli BiG.AZ-a açıqlamasında bildirdi ki, bu sual bir çox ölkədə, o cümlədən Azərbaycanda çox aktual problemə toxunur. Onun sözlərinə görə, zərərlə işləyən dövlət qurumlarının özəlləşdirilməməsinin əsas səbəblərindən biri iqtisadi siyasi bağlıdır: "Bu qurumlar çox zaman nüfuzlu şəxslərə, siyasi əlaqəli iş adamlarına və ya vəzifəlilərə gizli gəlir mənbəyi kimi xidmət edir. Rəsmi hesabatlarda zərər göstərilsə də, qeyri-rəsmi axınlar tamamilə fərqli mənzərə yaradır. Bu ad altında büdcə vəsaitləri korrupsiyaya uğradılir. Belə bir qurum özəlləşdirilərsə, bu axınlar kəsilir.
Bir başqa vacib səbəb məşğulluq məsələsidir. Dövlət müəssisələri çox vaxt ehtiyacdan artıq işçi saxlayır. Onların bağlanması və ya özəlləşdirilməsi kütləvi işsizliyə səbəb ola bilər ki, bu da siyasi cəhətdən risklidir. Hökumət bu riskdən çəkinir və problemi gələcəyə ötürməyi üstün tutur.
Bundan əlavə, strateji bəhanə faktoru da mühüm rol oynayır. Bir çox zərərli qurum "strateji əhəmiyyətlidir" kimi təqdim edilir. Bu, özəlləşdirməni bloklamaq üçün rahat bir arqumentdir, çünki ona etiraz etmək ictimai baxımdan çətin görünür.
Digər tərəfdən hökumət bəzi qrumları "sosial layihə" kimi təqdim edir. Məsələn su, qaz, işiq paylayan şirkətlərdə hökumət qiyməti özü tənzimləməklə, guya əhaliyə bazar əiymətindən aşağı qiymətə xidmətlər təqdim edir. Bununla əhalinin "qayğısına" qalır.
Nəzarət itkisi qorxusu da əhəmiyyətli amildir. Özəlləşdirilmiş müəssisə artıq dövlətin birbaşa idarəetmə sahəsindən çıxır. Dövlət orqanları isə bu nəzarəti itirməkdən çəkinir, çünki nəzarət həm güc, həm də resurs deməkdir.
Son olaraq hüquqi və institusional zəiflik məsələsini qeyd etmək lazımdır. Özəlləşdirmə şəffaf, rəqabətli və ədalətli tender tələb edir. Belə bir mühit formalaşmayıbsa, proses ya dayandırılır, ya da yalnız "düzgün" alıcılara yol açılır ki, bu da siyasi cəhətdən həssas bir prosesdir.
Beləliklə, zərərlə uşləyən dövlət qurumlarının qalması çox vaxt iqtisadi səriştəsizlikdən deyil, bilərəkdən qorunan maraqlar sistemindən qaynaqlanır. Bu da özəlləşdirməni texniki deyil, siyasi problem olaraq ortaya qoyur".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 645 Tarix: 22 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşZəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi
Zəngəzurda saxlanılan Azərbaycan əsgəri Nəsimi Musayev barəsində məhkəmə qərar verib. Bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir. Məlumata görə, məhkəmə istintaqın vəsatətini təmin edib və naməlum şəraitdə Ermənistan ərazisinə keçən Azərbaycan əsgəri Nəsimi Musayevin iki ay müddətinə həbs edilməs
02.10.2026 405 Sizə aşiq olan oğlanı rədd etməyin 4 təsirli yolu
Qadınla kişi arasında dostluq səmimi və romantik hisslərdən uzaq ola bilər. Lakin bəzən tərəflərdən biri bu münasibəti sevgiyə çevirmək istəyir. Hisslər qarşılıqlı olmadıqda isə dostluğu qorumaq və qarşı tərəfə yanlış ümid verməmək çətinləşir. xəbər verir ki, belə vəziyyətlərdə şəxsi sərhədləri aydı
02.10.2026 237 "Məni "Söylü"yə oxşatmayın"
Xalq artisti Afaq Bəşirqızı məşhur "Bəxt üzüyü" filmindəki Söylü obrazına bənzədilməsinə etiraz edib. Axşam.az xəbər verir ki, aktrisa bu barədə AzTV-də qonaq olarkən danışıb. "Mənə sual verirlər ki, həyatda özünüzü Söylüyə oxşadırsınız? Cavab verdim ki, yox. Məni Söylüyə oxşatmayın. Mə
02.10.2026 262 Fransada polis 600 etirazçını həbs edib
Fransada yuxarı sinif şagirdlərinin və ali məktəb tələbələrinin davam edən etiraz aksiyaları 564 məktəbdə dərs prosesinin pozulmasına səbəb olub. "Report" xəbər verir ki, bu barədə Fransa mediası Milli Təhsil Nazirliyinə istinadən məlumat yayıb. Bundan başqa, tələbə ittifaqı 25-dən çox universite
02.10.2026 220 "Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın" - Prezident
"Bəli, bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır. Bu, indiki dünyada böyük sərvət sayıla bilər. Çünki bu gün dünya xəritəsinə baxsaq görərik ki, Azərbaycan xalqı qədər sabitlik, əmin-amanlıq, sülh şəraitində yaşayan çox az xalqlar və ölkələr var. Bu, bizim reallıqlarımızdır
02.10.2026 258 Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar - Fotolar
Avropa İttifaqı (Aİ) Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupunun (COEST) nümayəndə heyəti oktyabrın 2-də Şuşa şəhərində olublar. "Qafqazinfo" AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov qonaqlara şəhərin tarixi
02.10.2026 188 "Olimp Hospital"da əməliyyat olunan 44 yaşlı kişi öldü
Bir neçə gün əvvəl Bakı şəhər Yasamal rayonunda yerləşən "Olimp Hospital"da əməliyyat olunan Şəmkir sakini qəfil vəfat edib. İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Şəmkir rayon Dəllər qəsəbə sakini 1982-ci il təvəllüdlü Eynur Səfərov bu özəl klinikada əməliyyat olunub. Xəstəxanada onu
02.10.2026 279 Bu kadrlarda 5-ci sinifdə oxuyan Zaur var - Video
Tanınmış aparıcı Zaur Baxşəliyev Şuşaya səfər edib. "Qafqazinfo"nun məlumatına görə, o, illər əvvəl məcburi köçkün düşdüyü şəhərdə təsirli anlar yaşayıb. Bir vaxtlar parta arxasında əyləşdiyi məktəbə indi yeni nəslin uşaqları ilə birgə baş çəkib. Məktəblilərlə avtobusa minib, onların bir günün
11:02 165 "Müharibədə də, müharibədən sonra da heç kim bizə kömək etmirdi"
"Səkkiz milyon əhalimiz var idi, onlardan 1 milyonu qaçqın-köçkün, evsiz-eşiksiz, çadırlarda". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Dövlət başçısı qeyd edib ki, bu bir humanitar fəlakə
02.10.2026 189