Bakı metrosunda nasazlıq: sərnişinlər yarı yolda qaldı - kompensasiya olacaqmı? - İQTİSADÇIDAN AÇIQLAMA

Bakı metrosunda nasazlıq: sərnişinlər yarı yolda qaldı - kompensasiya olacaqmı? - İQTİSADÇIDAN AÇIQLAMADünən Bakı Metropoliteni-də baş verən texniki nasazlıq paytaxt sakinlərinin gündəlik həyatına ciddi təsir göstərdi. İlkin məlumatlara görə, "Ulduz-Nərimanov" istiqamətində elektrik təchizatında yaranan problem nəticəsində xətdə olan 30 qatardan 4-ü tuneldə qaldı, sərnişinlər isə qısa müddətdə təxliyə olundu . Hadisə zamanı xəsarət alan olmasa da, sərnişinlər mənzillərinə çatmadan qatardan yarımçıq düşürülərək alternativ nəqliyyata - avtobuslara yönləndirildi. Xatırladaq ki, hələ 2019-cu ildə Prezident İlham Əliyev Bakı metropolitenində bu cür halların qarşısını almaq, xüsusilə qatarların tunellərdə qalmasının qarşısını almaq üçün generatorların alınmasına vəsait ayrılması ilə bağlı tapşırıq vermişdi.

Buna baxmayaraq, baş verən son insident bu sahədə görülən işlərin effektivliyi ilə bağlı sualları yenidən gündəmə gətirir. Hadisə nəticəsində sərnişinlərin əlavə vaxt və maddi itkilərlə üzləşməsi isə başqa bir mühüm məsələni ortaya çıxarır: ödənilən gediş haqqı geri qaytarılacaqmı? Yaxud yaranmış narazılığı kompensasiya etmək üçün metronun müəyyən bir gün pulsuz fəaliyyət göstərməsi mümkündürmü? İctimaiyyət bu suallara cavab gözlədiyi bir vaxtda, məsul qurumların mövqeyi xüsusi maraq doğurur.
Bakı metrosunda nasazlıq: sərnişinlər yarı yolda qaldı - kompensasiya olacaqmı? - İQTİSADÇIDAN AÇIQLAMAMövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli BiG.AZ-a açıqlamasında bildirdi ki, əslində metropolitenə ayrılmış vəsaitin necə və hara xərclənməsi ilə bağlı məlumat yoxdur. Yəni onların açıq bir auditi yoxdur ki, ordan baxmaq olsun. Onun sözlərinə görə, bunu yəqinki Hesablama Palatası açıqlamalıdır ki, büdcədən ayrılan vəsait hara xərclənir: "Hesablama Palatasının Metropolitenlə bağlı müəyyən açıqlamaları olub, amma daha detallı bir araşdırmalara ehtiyac var. Bu tipli texnogen hadisələrdən heç kim sığortalanmayıb. Təbiiki bu tək Azərbaycanın başına gələn bir iş deyil. Amma müxtəlif ölkələrdə belə bir hadisələr olanda bir üzrhaqlıqda olur.

Yəni bunu Metropoliten rəhbərliyi sözlü şəkildə həyata keçirdi, amma bir gün məsələn tamamilə pulsuz elan edə bilərlər Metropoliteni. Heç olmasa bir gün vətəndaşlar tamamilə pulsuz istifadə etsinlər. Məsələn, bu Türkiyədə çox geniş yayılıb. Milli bayramlarda körpülərdən keçid və ictimai nəqliyyatdan istifadə pulsuz olur. Bu təcrübə bir çox ölkələrdə var. Mən Türkiyə örnəyini ona görə çəkdim ki, daha yaxındır bizə. Yəni bu nöqteyi nəzərdən bir günün pulsuz elan olunması vətəndaşlar üçün bir üzrhaqlıq kimi qəbul oluna bilər".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1088   Tarix: 22 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Məşhurluqdan həbsxanaya: Azərbaycanda cinayətlə gündəmə gələn qadınlar (SİYAHI)

Onlar bir vaxtlar mahnıları, televiziya çıxışları, gözəllik titulları və ya sosial şəbəkələrdəki paylaşımları ilə tanınırdılar. Ancaq sonradan adları tam fərqli yöndə hallandı. Kimisi dələduzluq, kimisi ölümlə nəticələnən qəza, insan alveri, kimisi isə digər cinayət işləri ilə bağlı həbs olundu. Bəzilər

14:42 198
.

Ermənistan parlamentinin sədrindən gözlənilməz qərar

Ermənistan Milli Məclisinin sədri Alen Simonyan baş nazir Nikol Paşinyanın komandasından ayrıldığını açıqlayıb. xəbər verir ki, o, bu barədə "Armenpress" agentliyinin yayımladığı brifinqdə danışıb. Simonyan bildirib ki, bu məsələ ilə bağlı Baş nazir Nikol Paşinyanla heç bir müzakirə aparmayı

12:00 189
.

Ödənişli yolda ağır qəza - 33 yaşlı qadın öldü - Foto

Bakı-Quba-Rusiya dövlət sərhədi ödənişli avtomobil yolunda ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan 33 yaşlı Səma Əliyeva aldığı xəsarətlərdən həlak olub. O, Şəmkir Rayon Mərkəzi Xəstəxanasınd

11:35 303
.

Sabah Azərbaycanda 36 dərəcə isti olacaq

Azərbaycanda iyulun 4-də 36 dərəcə isti gözlənilir. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-2

13:52 152
.

Ermənistan seçim qarşısında? Paşinyan həm Rusiyaya, həm Aİ-yə mesaj verdi

Ermənistan Rusiya ilə münasibətlərdə böhran yaratmaq niyyətində deyil. xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib. Paşinyan qeyd edib ki, Yerevan beynəlxalq tərəfdaşları ilə münasibətlər qurarkən ilk növbədə öz milli maraqlarını rəhbər tutur. Bununla yanaşı, Baş nazir vurğulayı

11:53 166
.

2026-cı ildə kino turizminin ən populyar istiqamətləri açıqlandı

Məşhur film və serialların çəkildiyi məkanlara səyahət etmək son illərdə dünyada sürətlə yayılan turizm istiqamətlərindən birinə çevrilib. Qaynarinfo xəbər verir ki, "Euronews"un məlumatına görə, "set-cetting" adlandırılan bu tendensiya bir çox şəhəri turistlərin əsas maraq mərkəzin

02.07.2026 306
.

Tehranda Xamenei ilə vida mərasimi başladı

Bu gün səhər saatlarından İranda ölkənin mərhum Ali Lideri Seyid Əli Xameneinin vida mərasiminə start verilib. "Qafqazinfo" "Mehr" agentliyinə istinadən xəbər verir ki, mərasim paytaxt Tehranın Böyük Müsəlla məscidində başlayıb. Tədbirdə din xadimləri və xarici ölkələrin rəsmilər

10:50 174
.

Yenilənmiş 100 manatlıqlar bu tarixdə tədavülə buraxılacaq

Cari ilin 15 iyul tarixində yenilənmiş 100 manatlıq pul nişanının tədavülə buraxılması nəzərdə tutulub. Bunu Trend-ə müsahibəsində Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Rəşad Məmmədov deyib. O bildirib ki, Mərkəzi Bank tərəfindən yenilənmiş pul nişanları və ya mövcud pul nişanlarında hər hans

10:10 201
.

Rusiya ordusu Kiyevdə "Flamingo" raketlərini istehsal edən zavoda zərbə endirib

Rusiya ordusu ötən gecə Kiyev şəhəri və Kiyev vilayətində yerləşən hərbi təyinatlı obyektlərə və enerji infrastrukturu obyektlərinə uzaq mənzilli və yüksək dəqiqlikli raketlər və dronlarla kütləvi zərbə endirib. APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumat

02.07.2026 335
.

TOP MP3