İctimai Wi-Fi-dan istifadə edərkən bunlara diqqət edin

İctimai Wi-Fi-dan istifadə edərkən bunlara diqqət edin"Parkda, kafedə və ya ticarət mərkəzində təklif olunan pulsuz Wi-Fi şəbəkələri rahatlıq məqsədi daşısa da, təhlükəsizlik baxımından ev və ya ofis şəbəkələri qədər etibarlı hesab edilmir. Bunun əsas səbəbi bu tip şəbəkələrin açıq mühitdə fəaliyyət göstərməsidir. Eyni anda onlarla, hətta yüzlərlə istifadəçinin qoşulduğu bu şəbəkələrdə risk ehtimalı daha yüksək olur".

Bunu BiG.AZ-a açıqlamasında İKT üzrə mütəxəssis Elvin Həsənov bildirib.

O, qeyd edib ki, əsas problemlərdən biri məlumat ötürülməsinin kifayət qədər qorunmamasıdır. Eyni şəbəkəyə qoşulan digər istifadəçi texniki imkanlardan istifadə edərək məlumat axınını izləməyə cəhd edə bilər. Bundan əlavə, geniş yayılmış təhlükələrdən biri də saxta Wi-Fi şəbəkələridir. Məsələn, "Free WiFi" və ya "Park_WiFi" kimi adlarla saxta şəbəkələr yaradılır və istifadəçilər fərqinə varmadan həmin şəbəkələrə qoşula bilirlər. Bu halda istifadəçinin bütün onlayn fəaliyyəti risk altına düşə bilər:

"Lakin bu, pulsuz Wi-Fi istifadəsinin tamamilə təhlükəli olduğu anlamına gəlmir. Burada əsas məsələ istifadəçinin hansı əməliyyatları yerinə yetirməsidir. Xəbər oxumaq, xəritədən istifadə etmək və video izləmək kimi sadə fəaliyyətlər nisbətən təhlükəsiz sayılır. Amma bank tətbiqlərinə daxil olmaq, kart məlumatı daxil etmək, dövlət xidmətlərindən istifadə etmək və ya iş e-poçtuna qoşulmaq artıq riskli hesab olunur.

İstifadəçilər özlərini qorumaq üçün bir neçə qaydaya əməl etməlidirlər. İlk növbədə, qoşulduqları şəbəkənin həqiqətən həmin məkana aid olub-olmadığını dəqiqləşdirmək vacibdir. İkincisi, ictimai Wi-Fi şəbəkələrində heç vaxt şəxsi və ya bank məlumatları daxil edilməməlidir. Üçüncüsü, cihazlarda avtomatik Wi-Fi qoşulma funksiyasını söndürmək məsləhətdir ki, telefon avtomatik olaraq naməlum şəbəkələrə qoşulmasın. Nəhayət, saytlara daxil olarkən "https" ilə başlayan şifrəli bağlantılara üstünlük verilməsi təhlükəsizliyi artırır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 908   Tarix: 22 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi

Zəngəzurda saxlanılan Azərbaycan əsgəri Nəsimi Musayev barəsində məhkəmə qərar verib. Bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir. Məlumata görə, məhkəmə istintaqın vəsatətini təmin edib və naməlum şəraitdə Ermənistan ərazisinə keçən Azərbaycan əsgəri Nəsimi Musayevin iki ay müddətinə həbs edilməs

02.10.2026 405
.

Sizə aşiq olan oğlanı rədd etməyin 4 təsirli yolu

Qadınla kişi arasında dostluq səmimi və romantik hisslərdən uzaq ola bilər. Lakin bəzən tərəflərdən biri bu münasibəti sevgiyə çevirmək istəyir. Hisslər qarşılıqlı olmadıqda isə dostluğu qorumaq və qarşı tərəfə yanlış ümid verməmək çətinləşir. xəbər verir ki, belə vəziyyətlərdə şəxsi sərhədləri aydı

02.10.2026 237
.

"Məni "Söylü"yə oxşatmayın"

Xalq artisti Afaq Bəşirqızı məşhur "Bəxt üzüyü" filmindəki Söylü obrazına bənzədilməsinə etiraz edib. Axşam.az xəbər verir ki, aktrisa bu barədə AzTV-də qonaq olarkən danışıb. "Mənə sual verirlər ki, həyatda özünüzü Söylüyə oxşadırsınız? Cavab verdim ki, yox. Məni Söylüyə oxşatmayın. Mə

02.10.2026 262
.

Fransada polis 600 etirazçını həbs edib

Fransada yuxarı sinif şagirdlərinin və ali məktəb tələbələrinin davam edən etiraz aksiyaları 564 məktəbdə dərs prosesinin pozulmasına səbəb olub. "Report" xəbər verir ki, bu barədə Fransa mediası Milli Təhsil Nazirliyinə istinadən məlumat yayıb. Bundan başqa, tələbə ittifaqı 25-dən çox universite

02.10.2026 220
.

"Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın" - Prezident

"Bəli, bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır. Bu, indiki dünyada böyük sərvət sayıla bilər. Çünki bu gün dünya xəritəsinə baxsaq görərik ki, Azərbaycan xalqı qədər sabitlik, əmin-amanlıq, sülh şəraitində yaşayan çox az xalqlar və ölkələr var. Bu, bizim reallıqlarımızdır

02.10.2026 258
.

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar - Fotolar

Avropa İttifaqı (Aİ) Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupunun (COEST) nümayəndə heyəti oktyabrın 2-də Şuşa şəhərində olublar. "Qafqazinfo" AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov qonaqlara şəhərin tarixi

02.10.2026 188
.

"Olimp Hospital"da əməliyyat olunan 44 yaşlı kişi öldü

Bir neçə gün əvvəl Bakı şəhər Yasamal rayonunda yerləşən "Olimp Hospital"da əməliyyat olunan Şəmkir sakini qəfil vəfat edib. İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Şəmkir rayon Dəllər qəsəbə sakini 1982-ci il təvəllüdlü Eynur Səfərov bu özəl klinikada əməliyyat olunub. Xəstəxanada onu

02.10.2026 279
.

Bu kadrlarda 5-ci sinifdə oxuyan Zaur var - Video

Tanınmış aparıcı Zaur Baxşəliyev Şuşaya səfər edib. "Qafqazinfo"nun məlumatına görə, o, illər əvvəl məcburi köçkün düşdüyü şəhərdə təsirli anlar yaşayıb. Bir vaxtlar parta arxasında əyləşdiyi məktəbə indi yeni nəslin uşaqları ilə birgə baş çəkib. Məktəblilərlə avtobusa minib, onların bir günün

11:02 165
.

"Müharibədə də, müharibədən sonra da heç kim bizə kömək etmirdi"

"Səkkiz milyon əhalimiz var idi, onlardan 1 milyonu qaçqın-köçkün, evsiz-eşiksiz, çadırlarda". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Dövlət başçısı qeyd edib ki, bu bir humanitar fəlakə

02.10.2026 189
.