Niyazi Bayramovun 78 milyonluq "saray əməliyyatı" - İdman sarayını hansı şirkət tikib?

Niyazi Bayramovun 78 milyonluq "saray əməliyyatı" - İdman sarayını hansı şirkət tikib?Hesablama Palatasının Gəncə Şəhər İcra Hakimiyyətində apardığı auditin nəticələri ilə bağlı hesabatında diqqətçəkən məqamlardan biri də Gəncə İdman Sarayının tikintisi ilə bağlı xərclərin şişirdilməsidir. Ötən gün bu barədə yayılan məlumatlara görə, hesabatda qeyd olunur ki, Gəncə İdman Sarayının tikintisi işlərinin dəyəri 9,52 milyon manat artırılıb.

Qaynarinfo-nun araşdırması zamanı məlum olub ki, Gəncə İdman Sarayının tikintisi ilə bağlı ilk satınalma müqaviləsi 2020-ci ilin aprelində "Rövşən Oğuz Qrup" MMC ilə bağlanıb. Müqavilənin maliyyə dəyəri 4 600 000 manat olub. Satınalma proseduru birmənbə metodu ilə həyata keçirilib.

Lakin bu vəsait sarayın inşasına bəs etməyib. Gəncə Şəhər İcra Hakimiyyəti 5 ay sonra, yəni 2020-ci ilin sentyabrında Gəncə İdman Sarayının tikintisi ilə bağlı birmənbə metodu ilə daha bir müqavilə imzalayıb. Bu müqavilənin maliyyə dəyəri 1 800 000 manat olub.

Niyazi Bayramovun 78 milyonluq "saray əməliyyatı" - İdman sarayını hansı şirkət tikib?2021-ci ilin mart ayında isə sarayın tikintisi ilə bağlı "Rövşən Oğuz Qrup" MMC ilə 9 400 000 manatlıq növbəti satınalma müqaviləsi imzalanıb. Həmin ilin avqust ayında sarayın tikintisinə satınalma yolu ilə 5 000 000 manat ayrılıb.

2021-ci ilin dekabrında isə yenə də Gəncə Şəhər İcra Hakimiyyəti ilə "Rövşən Oğuz Qrup" MMC arasında maliyyə dəyəri 181 600 manat təşkil edən daha bir müqavilə imzalanıb.

Gəncə Şəhər İcra Hakimiyyəti ilə "Rövşən Oğuz Qrup" MMC arasında idman sarayının tikintisi ilə bağlı əməkdaşlıq 2022-ci ildə də davam edib. Həmin ilin mart ayında tərəflər arasında 15 000 000 manat dəyərində satınalma müqaviləsi imzalanıb.

2022-ci ilin sentyabr ayında isə tərəflər növbəti satınalma müqaviləsinə imza atıblar. Bu müqavilənin maliyyə dəyəri 10 000 000 manat təşkil edib.

2023-cü ilin mart ayında Gəncə Şəhər İcra Hakimiyyəti ilə "Rövşən Oğuz Qrup" MMC arasında 28 663 030,92 manatlıq, 2025-ci ildə isə 4 000 000 manatlıq daha iki satınalma müqaviləsi imzalanıb.

Beləliklə, 2020-ci ildən 2025-ci ilədək Gəncə İdman Sarayının tikintisinə ümumilikdə 78 644 630,92 manat ayrılıb.

Niyazi Bayramovun 78 milyonluq "saray əməliyyatı" - İdman sarayını hansı şirkət tikib?Sarayın inşasını həyata keçirən "Rövşən Oğuz Qrup" MMC 29 aprel 2009-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 40 manatdır. Hüquqi ünvanı Əhməd Rəcəbli 1, ev 8-də - "Adore Plaza"nın 3-cü mərtəbəsində yerləşir. Şirkətin qanuni təmsilçisi Mustafayev Hafiz Carı oğludur.

"Rövşən Oğuz Qrup" MMC-nin internet səhifəsində qeyd edilib ki, şirkətin əsası 1991-ci ildə qoyulub. MMC 100 faiz yerli kapital əsasında fəaliyyət göstərir.

Şirkətin rəhbəri Hafiz Mustafayev haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir.

Niyazi Bayramovun 78 milyonluq "saray əməliyyatı" - İdman sarayını hansı şirkət tikib?Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovdur. O. 2018-ci ildən şəhərə rəhbərlik edir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 860   Tarix: 23 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hərəkət edin, xoşbəxt olun - ARAŞDIRMA

Gün ərzində fiziki aktiv olmaq təkcə bədən sağlamlığı üçün deyil, insanın əhvalı üçün də faydalı ola bilər. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, "Nature Human Behaviour" jurnalında dərc olunan araşdırmada alimlər 8 223 nəfərin məlumatlarını təhlil ediblər. Tədqiqat 14 ölkədən 67 məluma

10:29 142
.

YAP İdarə Heyətinin yeni tərkibi - Siyahı

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin yeni tərkibi müəyyənləşib. "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, partiyanın VII Qurultayında İdarə Heyətinin 40 nəfərdən ibarət yeni tərkibi səsverməyə çıxarılaraq qəbul edilib. Beləliklə, İdarə Heyətinin yeni tərkibi aşağıdakı kimidir:. İlha

02.10.2026 198
.

"Artıq dünyada bilməyən yoxdur ki, sözümüz imzamız qədər dəyərlidir"

"Bizim Avropa İttifaqına üzv ölkələrin bir çoxu ilə strateji tərəfdaşlıq bəyannamələrimiz, müqavilələrimiz var". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Dövlət başçısı qeyd edib ki

02.10.2026 226
.

Payızda səhərlər yuxudan oyanmağın çətin olmasının SƏBƏBİ

Mütəxəssislər səhərlər daha asan və tez ayılmağa kömək edən bir neçə üsul açıqlayıblar. xəbər verir ki, soyuq havaların başlaması ilə səhərlər oyanmaq daha da çətinləşir. Gün işığının azalması həqiqətən də orqanizmin daxili bioloji ritmlərinə təsir göstərə bilər. Neyrobioloq və yuxu üzrə mütəxəssis Elliso

02.10.2026 231
.

Endrik "Real Madrid"i bu kluba dəyişə bilər

İtaliya təmsilçisi "Roma" İspaniyanın "Real Madrid" komandasının braziliyalı futbolçusu Endriki yenidən heyətinə qatmaq istəyir. Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya təmsilçisi 20 yaşlı hücumçunun icarəsi ilə bağlı danışıqları qış transfer pəncərəsində yenidən başlatmağ

02.10.2026 210
.

"Hərənin arxasında, böyük bir dayı var"

"Bu gün müxtəlif yerlərdə müharibələr gedir. Hərənin arxasında, necə deyərlər, böyük bir dayı var. Bəzilərinin arxasında bir neçə. Amma biz təkbaşına. Amma bütün o böyük dayılar bizə qarşı idi. O Minsk qrupunun həmsədrləri bizə qarşı idi. Onlar bu gün dünyada aparıcı dövlətlərdir, görün, biz kim

02.10.2026 295
.

Yaş saçla yatmayın: Bu riski artıra bilər

Yaş saçla yatmaq vərdişi zamanla saçların görünüşünə və vəziyyətinə mənfi təsir göstərə bilər. Mütəxəssislərin sözlərinə görə, saç yaş olduqda daha həssas vəziyyətə düşür. Su saç telinin müvəqqəti olaraq şişməsinə səbəb olur və nəticədə saçın xarici qoruyucu təbəqəsi olan kutikula xarici təsirlərə qarş

02.10.2026 250
.

Avropada həyəcan siqnalı: 2026-cı ilin yayı rekordlarla yadda qaldı

Avropada 2026-cı ilin yayına dair yeni hesabat qitənin eyni vaxtda bir neçə ciddi iqlim təhlükəsi ilə üzləşdiyini ortaya qoyub. Qaynarinfo xəbər verir ki, Copernicus İqlim Dəyişikliyi Xidmətinin hesabatına görə, Avropa tarixinin ən isti üçüncü yayını geridə qoyub. Yüksək temperaturla yanaşı, quraqlıq

02.10.2026 233
.

"Forsaj" serial olacaq

"Peacock" platforması məşhur "Forsaj" film franşizası əsasında serial hazırlanacağını açıqlayıb. Axşam.az xəbər verir ki, ekran işinin ulduzu Vin Dizel serialın icraçı prodüseri olacaq. Onun layihədə aktyor kimi rol alıb-almayacağı isə hələ məlum deyil. Serialın premyerasının 2028-c

02.10.2026 225
.