İmtiyazlı podratçı: Deputat oğlunun "Crystal Group"u dövlət büdcəsini necə "idarə edir"?

İmtiyazlı podratçı: Deputat oğlunun "Crystal Group"u dövlət büdcəsini necə "idarə edir"?Azərbaycan Respublikasının Konstitusiyası və "Deputatın statusu haqqında" qanunvericilik birmənalı şəkildə parlament üzvünə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı qadağan edir. Lakin ölkənin tikinti sektorunda hegemonluq edən "Kristal Bakı" ASC (köhnə adı "Kristal Abşeron") və "Crystal Group"un fəaliyyət trayektoriyası qanunun bu tələbinin mürəkkəb korporativ strukturlar vasitəsilə necə "bypass" edildiyinə dair ciddi suallar doğurur. Xüsusilə Yasamal rayonundakı səs-küylü söküntü və tikinti işlərinin sənəd üzərində "Kristal Bakı" ASC tərəfindən aparılması, əslində nəhəng bir biznes zəncirini kiçik hüquqi halqalarla pərdələmək cəhdindən başqa bir şey deyil.

AFN.az xəbər verir ki, Milli Məclisin üzvü Ağalar Vəliyevin yaxın ətrafı, daha dəqiqi, oğlu Pərviz Vəliyevin rəhbərliyi altında cəmləşən bu imperiya, "Kristal Bakı" ASC və "Crystal Group" vasitəsilə həm hüquqi məsuliyyəti bölüşdürür, həm də ictimai diqqəti vahid mərkəzdən yayındırır. Maraqlıdır ki, qanunvericiliklə maliyyə hesabatlarını açıqlamağa borclu olan bir "Açıq Səhmdar Cəmiyyəti"nin (ASC) fəaliyyəti tamamilə qapalı qutu təsiri bağışlayır. Dövlət büdcəsi hesabına maliyyələşən prokurorluq binalarından tutmuş strateji infrastruktur layihələrinə qədər onlarla sifarişi icra edən bu strukturun hansı tender şərtləri ilə qalib gəldiyi və vergi ödəyicilərinin vəsaitləri üzərində hansı hesabatlılığı daşıdığı hələ də qaranlıq qalır.

Bu yazı, övlad adı altında gizlənmiş deputat biznesinin qanunvericiliklə ziddiyyətini və "Kristal" markasının arxasındakı qeyri-şəffaf idarəetmə modelini faktlarla araşdırır.

Vitrində parlaq reklamlar, arxa planda qaranlıq rəqəmlər
"Crystal Group"un rəsmi platformalarını araşdırdıqda ilk diqqət çəkən məqam, saytın korporativ hesabatlılıqdan daha çox, satış yönümlü bir vitrin rolunu oynamasıdır. Şirkətin saytındakı "Layihələr" bölməsi fəaliyyətin miqyasını vizual olaraq nümayiş etdirsə də, bir jurnalist araşdırması üçün vacib olan bir çox sualı cavabsız qoyur. Şirkət Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) və digər dövlət qurumlarının layihələrində aktiv iştirak edir, lakin saytda bu əməkdaşlıqların hüquqi və maliyyə tərəfləri haqqında məlumat yoxdur. Bu sifarişlərin hansı şərtlərlə və hansı tenderlərdə qalib gəlinərək alındığına dair məlumat bölməsi mövcud deyil, dövlət layihələrinə ayrılan büdcə və bu büdcənin istifadəsinə dair audit hesabatları isə tamamilə yoxdur.

Saytda layihələr yalnız binanın yerləşmə yeri və mənzil planları ilə məhdudlaşır. Azərbaycanda iri tikinti şirkətlərinin şəffaflığı qanunvericiliklə təşviq edilsə də, "Crystal Group"un saytında illik dövriyyə, mənfəət və vergi öhdəlikləri barədə heç bir məlumat əks olunmur. Xüsusilə Yasamal və digər ərazilərdəki söküntülər zamanı yaranan narazılıqlar, məsələn, 400-500 manatlıq kompensasiya iddiaları fonunda şirkətin hesabatının olmaması diqqət çəkir.

Prokurorluqdan hava limanına: "imtiyazlı" podratçı
Holdinqin portfelini dərindən araşdırdıqda dövlətin ən strateji və nüfuzlu qurumları üçün reallaşdırılan onlarla layihə üzə çıxır. Şirkət hüquq-mühafizə orqanları üçün bir çox inzibati binaların tikintisini həyata keçirib. Nərimanov, Pirallahi, Şəki, Kürdəmir və Qəbələ rayon prokurorluqlarının binaları məhz bu holdinqin qolları tərəfindən inşa, təmir və təchiz edilib. Şirkət eyni zamanda Yeni Azərbaycan Partiyasının yeni binası, Maliyyə Nazirliyinin Xəzinədarlıq İdarəsi, DTX-nın Bilgəh istirahət kompleksi, ADA Universiteti yataqxanası və Azərbaycan İlahiyyat İnstitutu kimi obyektlərin işlərini də öz üzərinə götürüb.

İşğaldan azad edilmiş ərazilərdə Zəngilan Beynəlxalq Hava Limanının torpaq yatağı, Zəngilan Ağalı Hoteli və Horadiz-Ağbənd avtomobil yolu kimi strateji işlər də bu portfelə daxildir. Lakin bu qədər çox strateji dövlət işlərinin məhz bu holdinqə həvalə edilməsinin hansı tender şərtləri ilə baş tutduğu məlum deyil. Dövlət sifarişi ilə görülən işlərdə vergi ödəyicilərinin pulları istifadə olunsa da, "Crystal Group" heç bir maliyyə hesabatı yayımlamır.

Bütün qeyd edilənlərlə bağlı "Crystal Group"un e-mail ünvanına ünvanladığımız sorğuya, təəssüf ki, cavab verilmədi. Hər bir halda qarşı tərəfin mövqeyini verməyə hazırıq.afn.az


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 720   Tarix: 23 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hərəkət edin, xoşbəxt olun - ARAŞDIRMA

Gün ərzində fiziki aktiv olmaq təkcə bədən sağlamlığı üçün deyil, insanın əhvalı üçün də faydalı ola bilər. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, "Nature Human Behaviour" jurnalında dərc olunan araşdırmada alimlər 8 223 nəfərin məlumatlarını təhlil ediblər. Tədqiqat 14 ölkədən 67 məluma

10:29 142
.

YAP İdarə Heyətinin yeni tərkibi - Siyahı

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin yeni tərkibi müəyyənləşib. "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, partiyanın VII Qurultayında İdarə Heyətinin 40 nəfərdən ibarət yeni tərkibi səsverməyə çıxarılaraq qəbul edilib. Beləliklə, İdarə Heyətinin yeni tərkibi aşağıdakı kimidir:. İlha

02.10.2026 198
.

"Artıq dünyada bilməyən yoxdur ki, sözümüz imzamız qədər dəyərlidir"

"Bizim Avropa İttifaqına üzv ölkələrin bir çoxu ilə strateji tərəfdaşlıq bəyannamələrimiz, müqavilələrimiz var". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Dövlət başçısı qeyd edib ki

02.10.2026 226
.

Payızda səhərlər yuxudan oyanmağın çətin olmasının SƏBƏBİ

Mütəxəssislər səhərlər daha asan və tez ayılmağa kömək edən bir neçə üsul açıqlayıblar. xəbər verir ki, soyuq havaların başlaması ilə səhərlər oyanmaq daha da çətinləşir. Gün işığının azalması həqiqətən də orqanizmin daxili bioloji ritmlərinə təsir göstərə bilər. Neyrobioloq və yuxu üzrə mütəxəssis Elliso

02.10.2026 231
.

Endrik "Real Madrid"i bu kluba dəyişə bilər

İtaliya təmsilçisi "Roma" İspaniyanın "Real Madrid" komandasının braziliyalı futbolçusu Endriki yenidən heyətinə qatmaq istəyir. Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya təmsilçisi 20 yaşlı hücumçunun icarəsi ilə bağlı danışıqları qış transfer pəncərəsində yenidən başlatmağ

02.10.2026 210
.

"Hərənin arxasında, böyük bir dayı var"

"Bu gün müxtəlif yerlərdə müharibələr gedir. Hərənin arxasında, necə deyərlər, böyük bir dayı var. Bəzilərinin arxasında bir neçə. Amma biz təkbaşına. Amma bütün o böyük dayılar bizə qarşı idi. O Minsk qrupunun həmsədrləri bizə qarşı idi. Onlar bu gün dünyada aparıcı dövlətlərdir, görün, biz kim

02.10.2026 295
.

Yaş saçla yatmayın: Bu riski artıra bilər

Yaş saçla yatmaq vərdişi zamanla saçların görünüşünə və vəziyyətinə mənfi təsir göstərə bilər. Mütəxəssislərin sözlərinə görə, saç yaş olduqda daha həssas vəziyyətə düşür. Su saç telinin müvəqqəti olaraq şişməsinə səbəb olur və nəticədə saçın xarici qoruyucu təbəqəsi olan kutikula xarici təsirlərə qarş

02.10.2026 250
.

Avropada həyəcan siqnalı: 2026-cı ilin yayı rekordlarla yadda qaldı

Avropada 2026-cı ilin yayına dair yeni hesabat qitənin eyni vaxtda bir neçə ciddi iqlim təhlükəsi ilə üzləşdiyini ortaya qoyub. Qaynarinfo xəbər verir ki, Copernicus İqlim Dəyişikliyi Xidmətinin hesabatına görə, Avropa tarixinin ən isti üçüncü yayını geridə qoyub. Yüksək temperaturla yanaşı, quraqlıq

02.10.2026 233
.

"Forsaj" serial olacaq

"Peacock" platforması məşhur "Forsaj" film franşizası əsasında serial hazırlanacağını açıqlayıb. Axşam.az xəbər verir ki, ekran işinin ulduzu Vin Dizel serialın icraçı prodüseri olacaq. Onun layihədə aktyor kimi rol alıb-almayacağı isə hələ məlum deyil. Serialın premyerasının 2028-c

02.10.2026 225
.