Erkən evliliklərə qarşı yeni yanaşma: qurumlar arasında koordinasiya müzakirə olunur

Erkən evliliklərə qarşı yeni yanaşma: qurumlar arasında koordinasiya müzakirə olunurBölgələrdə 15-16 yaşlarında qızların məktəbdən yayınması və erkən nikaha cəlb olunması ilə bağlı hallar cəmiyyətin diqqətini yenidən bu problemə yönəldib. Təhsil prosesinin yarımçıq qalması və azyaşlıların erkən ailə həyatına məcbur edilməsi həm sosial, həm də hüquqi baxımdan ciddi narahatlıq doğurur.

Bu kimi halların qarşısının alınması üçün rayon təhsil şöbələri ilə hüquq-mühafizə orqanları arasında daha sıx əməkdaşlığın qurulması və nəzarət mexanizmlərinin gücləndirilməsi məsələsi gündəmdədir. Erkən nikahların qarşısının alınması üçün həm preventiv, həm də operativ tədbirlərin tətbiqi zəruri hesab olunur.
Erkən evliliklərə qarşı yeni yanaşma: qurumlar arasında koordinasiya müzakirə olunurMövzu ilə bağlı təhsil eksperti Şəmsi Qoca BiG.AZ-a açıqlamasında bildirdi ki, sualınızın sonundan başlayaq: edə bilərmi yox, etməyə borcludur!
Məktəb sadəcə dörd divar və partadan ibarət deyil; bura uşağın dövlət tərəfindən qorunan qalasıdır. Onun sözlərinə görə, Regional Təhsil İdarələri bu prosesdə aşağıdakı xətt üzrə əməkdaşlıq etməlidir:
"Şagirdin dərsə gəlmədiyi hər gün RTİ-nin bazasında görünür. Əgər 15-16 yaşlı qız şagirdi uzun müddət dərsə gəlmirsə, RTİ-nin tabeliyindəki müvafiq sektorlar dərhal hüquq-mühafizə orqanlarına (yetkinlik yaşına çatmayanlarla iş üzrə polis inspektorlarına) rəsmi müraciət ünvanlamalıdır.

Valideynin övladını təhsildən yayındırması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə cərimə sanksiyalarına səbəb olur. Lakin məsələ erkən nikahdırsa, bu artıq cinayət tərkibli əməldir. RTİ bu məlumatı polisə ötürdükdə, polis tərəfindən ailəyə xəbərdarlıq edilir və qanunun sərt üzü göstərilir.
Regional İdarələr tərəfindən koordinasiya edilən psixoloqlar ordusu risk qrupuna daxil olan ailələrlə işləməlidir. Çünki bəzən valideyn "adət" deyib qızının gələcəyini məhv etdiyini anlamır, onlara qanunun gücü ilə yanaşı, məntiqin və elmin işığı ilə də təsir etmək lazımdır.

Regional Təhsil İdarələri və polis arasında qurulan "isti xətt" erkən nikah bəlasına qarşı ən güclü qalxandır. Bir qız uşağının təhsildən qoparılması, sadəcə bir məktəblinin itirilməsi deyil, bütöv bir ailənin, gələcək bir nəslin savadsızlığa məhkum edilməsidir.
Hüquqi adların düzgün ifadə olunması həm də məsuliyyətin ünvanını düzgün müəyyən etməkdir. RTİ-lər bu məsələdə yerli icra hakimiyyətləri və polis idarələri ilə birgə "sıfır tolerantlıq" nümayiş etdirməlidir".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 629   Tarix: 23 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Gördülər ki, büdrəmişik, arxadan bıçaq vurdular"

"Bu gün qarşıda duran vəzifələrlə bağlı bəzi fikirlərimi bölüşmək istərdim. Çünki mən görüləcək işlərlə bağlı vaxtaşırı açıqlamalar verirəm, müsahibələrdə və çıxışlarımda da. Hesab edirəm ki, dünyada vəziyyət o qədər tez dəyişir ki, buna bu gün də ehtiyac var". "Qafqazinfo" xəbə

02.10.2026 213
.

"Eşref" geri qayıdır - Amma təkdir

"Eşref Rüya" serialının "Eşref"i Çağatay Ulusoy yeni layihə ilə geri dönür. BİG.AZ xəbər verir ki, TİMSBİ şirkəti yeni serialın yaxın zamanda dijital platformada yayımlanacağını açıqlayıb. Şirkət layihəni "Tek isim. Tek başlangıç. Eşref Tek. Her efsanenin bir başlangıcı vardır"

02.10.2026 309
.

"Böyük Qayıdışın yeni mərhələsi də uğurla həyata keçiriləcək" - ŞƏRH

"Qarabağ və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır, təhsil alır". Bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Bu bölgələrin inkişafına bu günə qədər 28 milyard manat vəsaitin ayrıldığını deyən dövlətimizin başçısı bildirib:

02.10.2026 217
.

Güclü külək əsir - Bəzi yerlərə yağış yağır

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Oktyabrın 2-si saat 16:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Sarıbaş (Qax), Şəki, Ağstafa, Xızı, Xaçmaz

02.10.2026 216
.

"Artıq dünyada bilməyən yoxdur ki, sözümüz imzamız qədər dəyərlidir"

"Bizim Avropa İttifaqına üzv ölkələrin bir çoxu ilə strateji tərəfdaşlıq bəyannamələrimiz, müqavilələrimiz var". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Dövlət başçısı qeyd edib ki

02.10.2026 226
.

Bu kadrlarda 5-ci sinifdə oxuyan Zaur var - Video

Tanınmış aparıcı Zaur Baxşəliyev Şuşaya səfər edib. "Qafqazinfo"nun məlumatına görə, o, illər əvvəl məcburi köçkün düşdüyü şəhərdə təsirli anlar yaşayıb. Bir vaxtlar parta arxasında əyləşdiyi məktəbə indi yeni nəslin uşaqları ilə birgə baş çəkib. Məktəblilərlə avtobusa minib, onların bir günün

11:02 149
.

"Forsaj" serial olacaq

"Peacock" platforması məşhur "Forsaj" film franşizası əsasında serial hazırlanacağını açıqlayıb. Axşam.az xəbər verir ki, ekran işinin ulduzu Vin Dizel serialın icraçı prodüseri olacaq. Onun layihədə aktyor kimi rol alıb-almayacağı isə hələ məlum deyil. Serialın premyerasının 2028-c

02.10.2026 225
.

Yəməndə ölən və yaralananların sayı 1500-ü keçdi

Yəməndə döyüşlər intensivləşib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, silahlı qüvvələrin məlumatına görə, son 24 saat ərzində həyata keçirilən 474 hücum nəticəsində 1 540 husi döyüşçüsü öldürülüb və ya yaralanıb. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya isə ölkənin cənubuna yönələn ü

10:08 134
.

İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif edib

Beynəlxalq Cüdo Federasiyasının prezidenti Ladislau-Marius Vizer "Dostluq" ordeni ilə təltif edilib. BİG.AZ -a istinadla xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan Respublikasında və beynəlxalq səviyyədə cüdo idman növünün inkişafı sahəsind

10:41 117
.