"Hökümətin vəzifəsi odur ki, bazara çoxlu mobil operatorlar buraxsın" - EYYUB HÜSEYNOV

"Hökümətin vəzifəsi odur ki, bazara çoxlu mobil operatorlar buraxsın" - EYYUB HÜSEYNOVAzərbaycanda mobil rabitə bazarı ilə bağlı narazılıqlar son illərdə daha da artmaqdadır. Xüsusilə 2018-ci ildə iki mobil operatorun birləşdirilməsindən sonra bazarda faktiki olaraq məhdud sayda - cəmi iki mobil operatorun fəaliyyət göstərməsi rəqabətin zəifləməsi və qiymət siyasətinə təsiri ilə bağlı müzakirələri gücləndirib. Mobil internetin sürəti aşağıdır, xidmət keyfiyyəti isə istifadəçilərin tələblərinə cavab vermir.

Qiymətlərə gəldikdə isə, demək olar ki, hər ay artım müşahidə olunur və bu yalnız mobil internetlə məhdudlaşmır, ümumilikdə bütün mobil rabitə xidmətlərinin qiymətlərində dəyişikliklər abonentlərin xərclərinə birbaşa təsir göstərir. Dünyada geniş fəaliyyət göstərən Vodafone, Orange, T-Mobile, MTS və Beeline kimi operatorların yerli bazara daxil olmasına şərait yaradılmaması da bu müzakirələrin əsas mövzularındandır.
"Hökümətin vəzifəsi odur ki, bazara çoxlu mobil operatorlar buraxsın" - EYYUB HÜSEYNOVMövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov BiG.AZ-a açıqlamasında bildirdi ki, məhşur iqtisadçı Adam Smit deyirdi ki, inhisarçılıq istehlakçının boğazına dirənmiş bıçaqdır və bazarın bu cür bölüşdürülməsi əlbbətdə dövlət orqanları tərəfindən buna bir cavab axtarsaq deyəcəklər ki, xeyr onlar inhisarçı deyillər, çünki antiinhisar haqqında qanun qəbul olunub. Həmin qanunda bunlara birazda bəraət qazandırıldı, 50 faiz bazar payı normal hesab olundu və s. İki il öncə bu qanun qəbul olunub. Lakin onuda qeyd edim ki, mobil operatorların hər birindən Azad İstehlakçılar Birliyinə çoxsaylı şikayətlər gəlir. Onun sözlərinə görə, çox təssüflər olsun ki, bir dəfədə olsun şikayətləri danışıq yolu ilə həll edə bilməmişik: "Adətən istehlakçının cibinə girməklə bağlı şikayətlər olur və sanki mobil telefon istehsalçıları ilə dünyanın mobil operatorları arasında bir gizli əlaqə var. Telefonda elə funksiyalar qoyurlar ki, xüsusən xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarından bəzən bizə şikayət olub ki, 3-4 min manat mobil operator tərəfindən abunəçiyə pul yazılıb. Mobil operatorlar bildirirlər ki, abunəçi telefonun filan funksiyasına toxunub ona görədə özü bilmədən pul yazıb. Həttda belə hallarda var. Yəni mənim özüm şəxsən çoxsaylı ölkələrə gedən bir şəxs kimi dəfələrlə rominq paketi götürmüşəm. Lakin bir xidmətdən belə istifadə edə bilməmişəm. Yəni rominq xidməti başqa ölkələrdə işləməyib və gəlib bunu araşdıranda o qədər mürəkkəb və texniki dildə danışılır ki, sanki bilərəkdən mobil operatorların ölkədəki təmsilçiləri o qədər mürəkkəb texniki dildə danışır ki, insan başa düşmür və bunu araşdırmaq olmur. Çox təssüflər olsun ki, mobil operatorlar sayəsində ölkədə normal mühəndis yoxdur ki, bu məsələni araşdıraq.

Bir dəfədə olsun qeyd etdiyim kimi istehlakçıya dəyən zərəri geri qaytarmağa nail ola bilməmişik. Şikayətləri biz dövlət orqanına göndəririk və onlar mobil operatora bir məktub yazır, operator isə yenədə özünün mürəkkəb dilində cavab verir. Dövlət orqanıda həmin cavabı copy paste edib göndərir istehlakçıya və sonda da yazır ki, get məhkəməyə müraciət et. Məhkəmənin özüdə o dolaşıq texniki dildən baş aça bilmir. Yəni onlar özlərinin müasirliyindən sui istifadə edib, bazarda hökmran mövqe saxlayaraq istehlakçıların cibinə girirlər. O cümlədən internetin sürətinin aşağı olmasıda istehlakçının cibinə girməkdir. Bu sahədə böyük problem yaşanır.

Hökümətin vəzifəsi odur ki, ölkəyə çoxlu mobil operatorlar buraxsın. Təbiiki əgər istehlakçıların qayğısına qalırlarsa və ölkədə istehlakçı siyasəti 3 qiymətinə layiq səviyyədə varsa, hökümət gərək bazara çoxsaylı mobil operatorlar buraxsın. Bir çox ölkələrdə, o cümlədən ABŞ və Kanadada şənbə və bazar günləri ölkədaxili danışıqlar pulsuz olur. Təssüfki Azərbaycanda bu məsələlər yox dərəcəsindədir. Getdikcədə onlar necə deyərlər yayı sıxırlar və istehlakçıdan çoxlu pul götürürlər, bunun isə qarşısında dayanan dövlət orqanı biz görmürük çox təssüflər olsun. Bu məsələ düzəlməlidir. Bu istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilə bilər".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1090   Tarix: 23 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hərəkət edin, xoşbəxt olun - ARAŞDIRMA

Gün ərzində fiziki aktiv olmaq təkcə bədən sağlamlığı üçün deyil, insanın əhvalı üçün də faydalı ola bilər. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, "Nature Human Behaviour" jurnalında dərc olunan araşdırmada alimlər 8 223 nəfərin məlumatlarını təhlil ediblər. Tədqiqat 14 ölkədən 67 məluma

10:29 142
.

YAP İdarə Heyətinin yeni tərkibi - Siyahı

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin yeni tərkibi müəyyənləşib. "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, partiyanın VII Qurultayında İdarə Heyətinin 40 nəfərdən ibarət yeni tərkibi səsverməyə çıxarılaraq qəbul edilib. Beləliklə, İdarə Heyətinin yeni tərkibi aşağıdakı kimidir:. İlha

02.10.2026 198
.

"Artıq dünyada bilməyən yoxdur ki, sözümüz imzamız qədər dəyərlidir"

"Bizim Avropa İttifaqına üzv ölkələrin bir çoxu ilə strateji tərəfdaşlıq bəyannamələrimiz, müqavilələrimiz var". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Dövlət başçısı qeyd edib ki

02.10.2026 226
.

Payızda səhərlər yuxudan oyanmağın çətin olmasının SƏBƏBİ

Mütəxəssislər səhərlər daha asan və tez ayılmağa kömək edən bir neçə üsul açıqlayıblar. xəbər verir ki, soyuq havaların başlaması ilə səhərlər oyanmaq daha da çətinləşir. Gün işığının azalması həqiqətən də orqanizmin daxili bioloji ritmlərinə təsir göstərə bilər. Neyrobioloq və yuxu üzrə mütəxəssis Elliso

02.10.2026 231
.

Endrik "Real Madrid"i bu kluba dəyişə bilər

İtaliya təmsilçisi "Roma" İspaniyanın "Real Madrid" komandasının braziliyalı futbolçusu Endriki yenidən heyətinə qatmaq istəyir. Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya təmsilçisi 20 yaşlı hücumçunun icarəsi ilə bağlı danışıqları qış transfer pəncərəsində yenidən başlatmağ

02.10.2026 210
.

"Hərənin arxasında, böyük bir dayı var"

"Bu gün müxtəlif yerlərdə müharibələr gedir. Hərənin arxasında, necə deyərlər, böyük bir dayı var. Bəzilərinin arxasında bir neçə. Amma biz təkbaşına. Amma bütün o böyük dayılar bizə qarşı idi. O Minsk qrupunun həmsədrləri bizə qarşı idi. Onlar bu gün dünyada aparıcı dövlətlərdir, görün, biz kim

02.10.2026 295
.

Yaş saçla yatmayın: Bu riski artıra bilər

Yaş saçla yatmaq vərdişi zamanla saçların görünüşünə və vəziyyətinə mənfi təsir göstərə bilər. Mütəxəssislərin sözlərinə görə, saç yaş olduqda daha həssas vəziyyətə düşür. Su saç telinin müvəqqəti olaraq şişməsinə səbəb olur və nəticədə saçın xarici qoruyucu təbəqəsi olan kutikula xarici təsirlərə qarş

02.10.2026 250
.

Avropada həyəcan siqnalı: 2026-cı ilin yayı rekordlarla yadda qaldı

Avropada 2026-cı ilin yayına dair yeni hesabat qitənin eyni vaxtda bir neçə ciddi iqlim təhlükəsi ilə üzləşdiyini ortaya qoyub. Qaynarinfo xəbər verir ki, Copernicus İqlim Dəyişikliyi Xidmətinin hesabatına görə, Avropa tarixinin ən isti üçüncü yayını geridə qoyub. Yüksək temperaturla yanaşı, quraqlıq

02.10.2026 233
.

"Forsaj" serial olacaq

"Peacock" platforması məşhur "Forsaj" film franşizası əsasında serial hazırlanacağını açıqlayıb. Axşam.az xəbər verir ki, ekran işinin ulduzu Vin Dizel serialın icraçı prodüseri olacaq. Onun layihədə aktyor kimi rol alıb-almayacağı isə hələ məlum deyil. Serialın premyerasının 2028-c

02.10.2026 225
.