Yumurtalar təhlükəlidirmi? - Əsl risk nədədir

Yumurtalar təhlükəlidirmi? - Əsl risk nədədir"Uzun müddətdir sosial şəbəkələrdə qidaların süni şəkildə hazırlanması ilə bağlı videolar paylaşılır. Bu videoların əksəriyyətinin Çində çəkildiyi iddia olunur. Onlardan biri də "süni yumurta" mövzusudur. Lakin internetdə yayılan bu cür görüntülər adətən ya laboratoriya təcrübələri, ya oyuncaq istehsalı prosesləri, ya da bitki mənşəli yumurta əvəzedicilərinin nümayişi olur. Buna görə də yumurta istehlakçıları arasında panikaya əsas yoxdur. Ölkəmizdə süni yumurta ilə bağlı hər hansı rəsmi şikayət və ya təsdiqlənmiş hal qeydə alınmayıb. Rəsmi qurumlar da bu istiqamətdə neqativ vəziyyət barədə məlumat verməyib".

Bunu BiG.AZ-a açıqlamasında qida eksperti Asim Vəliyev bildirib.

O, qeyd edib ki, belə videolar bir çox insanda narahatlıq və təşviş yaradır. Nəzərə almaq lazımdır ki, yumurtanın görünüşü onun saxlanma şəraitindən asılı olaraq dəyişə bilər. Saxlanma müddəti keçmiş yumurta bişirildikdə fərqli teksturaya malik ola bilər. Məsələn, yumurtanın ağ hissəsi daha rezinvari görünə bilər. Bu isə saxtakarlıq əlaməti deyil:

"Bir yumurtanı süni şəkildə istehsal etməyə cəhd göstərilsəydi, onun maya dəyəri yüksək olardı. Bu isə iqtisadi baxımdan səmərəli deyil. İstehsalçının əsas məqsədi gəlir əldə etməkdirsə, süni yumurta istehsalı praktik və sərfəli seçim sayılmaz. Üstəlik, bu tip məhsulların geniş miqyasda yayılması da real görünmür. Dünyada "Just Egg" kimi bitki mənşəli yumurta əvəzediciləri mövcuddur, lakin bunlar süni yumurta deyil. Onlar xüsusi tərkibli, qablaşdırılmış və pəhriz məqsədli alternativ məhsullardır və qiymətləri də nisbətən yüksəkdir.

Yumurtada əsas risk onun süni olması deyil, düzgün saxlanmaması və ya düzgün bişirilməməsidir. Xüsusilə çiy və ya az bişmiş yumurtanın istifadəsi qida zəhərlənməsi riskini artıra bilər. Buna görə diqqət daha çox məhsulun təzəliyinə və gigiyenik şərtlərə yönəldilməlidir.

Yumurtanı sındırarkən xoşagəlməz qoxu hiss olunursa, bu ciddi xəbərdarlıq əlamətidir. Satın alarkən qablaşdırma, istehsal tarixi və saxlanma şəraiti mütləq yoxlanmalıdır. Mənşəyi bilinməyən və ya açıq şəkildə satılan yumurtalarda risk daha yüksək olur.

Təbii yumurtanın qabığı adətən bir qədər nahamar və mat olur. Həddindən artıq parlaq və hamar qabıqlar isə bəzən əlavə emal prosesindən xəbər verə bilər, lakin bu, onun süni olması anlamına gəlmir. Təzə yumurtanın sarısı sındırıldıqda daha qabarıq və bütöv qalır, ağ hissə isə iki qatlı quruluşa malik olur.

Yumurtanın qabığında çirklənmə varsa, bişirməzdən əvvəl yumaq lazımdır. Lakin yumurtanı əvvəlcədən yuyub soyuducuda saxlamaq düzgün deyil, çünki qabıqdakı məsamələr açılır və bakteriyaların daxil olma riski artır. Yumurtaları soyuducunun qapısında saxlamaq da məsləhət deyil, çünki tez-tez açılıb bağlanma temperatur dəyişkənliyi yaradır. Qabıqları çatlamış yumurtaları isə ümumiyyətlə istifadə etmək olmaz, çünki mikroorqanizmlərin daxil olma ehtimalı yüksəkdir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 860   Tarix: 23 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hərəkət edin, xoşbəxt olun - ARAŞDIRMA

Gün ərzində fiziki aktiv olmaq təkcə bədən sağlamlığı üçün deyil, insanın əhvalı üçün də faydalı ola bilər. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, "Nature Human Behaviour" jurnalında dərc olunan araşdırmada alimlər 8 223 nəfərin məlumatlarını təhlil ediblər. Tədqiqat 14 ölkədən 67 məluma

10:29 142
.

YAP İdarə Heyətinin yeni tərkibi - Siyahı

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin yeni tərkibi müəyyənləşib. "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, partiyanın VII Qurultayında İdarə Heyətinin 40 nəfərdən ibarət yeni tərkibi səsverməyə çıxarılaraq qəbul edilib. Beləliklə, İdarə Heyətinin yeni tərkibi aşağıdakı kimidir:. İlha

02.10.2026 198
.

"Artıq dünyada bilməyən yoxdur ki, sözümüz imzamız qədər dəyərlidir"

"Bizim Avropa İttifaqına üzv ölkələrin bir çoxu ilə strateji tərəfdaşlıq bəyannamələrimiz, müqavilələrimiz var". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Dövlət başçısı qeyd edib ki

02.10.2026 226
.

Payızda səhərlər yuxudan oyanmağın çətin olmasının SƏBƏBİ

Mütəxəssislər səhərlər daha asan və tez ayılmağa kömək edən bir neçə üsul açıqlayıblar. xəbər verir ki, soyuq havaların başlaması ilə səhərlər oyanmaq daha da çətinləşir. Gün işığının azalması həqiqətən də orqanizmin daxili bioloji ritmlərinə təsir göstərə bilər. Neyrobioloq və yuxu üzrə mütəxəssis Elliso

02.10.2026 231
.

Endrik "Real Madrid"i bu kluba dəyişə bilər

İtaliya təmsilçisi "Roma" İspaniyanın "Real Madrid" komandasının braziliyalı futbolçusu Endriki yenidən heyətinə qatmaq istəyir. Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya təmsilçisi 20 yaşlı hücumçunun icarəsi ilə bağlı danışıqları qış transfer pəncərəsində yenidən başlatmağ

02.10.2026 210
.

"Hərənin arxasında, böyük bir dayı var"

"Bu gün müxtəlif yerlərdə müharibələr gedir. Hərənin arxasında, necə deyərlər, böyük bir dayı var. Bəzilərinin arxasında bir neçə. Amma biz təkbaşına. Amma bütün o böyük dayılar bizə qarşı idi. O Minsk qrupunun həmsədrləri bizə qarşı idi. Onlar bu gün dünyada aparıcı dövlətlərdir, görün, biz kim

02.10.2026 295
.

Yaş saçla yatmayın: Bu riski artıra bilər

Yaş saçla yatmaq vərdişi zamanla saçların görünüşünə və vəziyyətinə mənfi təsir göstərə bilər. Mütəxəssislərin sözlərinə görə, saç yaş olduqda daha həssas vəziyyətə düşür. Su saç telinin müvəqqəti olaraq şişməsinə səbəb olur və nəticədə saçın xarici qoruyucu təbəqəsi olan kutikula xarici təsirlərə qarş

02.10.2026 250
.

Avropada həyəcan siqnalı: 2026-cı ilin yayı rekordlarla yadda qaldı

Avropada 2026-cı ilin yayına dair yeni hesabat qitənin eyni vaxtda bir neçə ciddi iqlim təhlükəsi ilə üzləşdiyini ortaya qoyub. Qaynarinfo xəbər verir ki, Copernicus İqlim Dəyişikliyi Xidmətinin hesabatına görə, Avropa tarixinin ən isti üçüncü yayını geridə qoyub. Yüksək temperaturla yanaşı, quraqlıq

02.10.2026 233
.

"Forsaj" serial olacaq

"Peacock" platforması məşhur "Forsaj" film franşizası əsasında serial hazırlanacağını açıqlayıb. Axşam.az xəbər verir ki, ekran işinin ulduzu Vin Dizel serialın icraçı prodüseri olacaq. Onun layihədə aktyor kimi rol alıb-almayacağı isə hələ məlum deyil. Serialın premyerasının 2028-c

02.10.2026 225
.