Ərini öldürən qadının məhkəməsində ŞOK ifadələr - XƏYANƏT DOSYESİ

Ərini öldürən qadının məhkəməsində ŞOK ifadələr - XƏYANƏT DOSYESİBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə həyat yoldaşı Samir Əliyevi qətlə yetirməkdə təqsirləndirilən Elmira Əliyevanın cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Lent.az xəbər verir ki, məhkəmə hakimin və müdafiə vəkilinin zərərçəkənin hüquqi varisi C.Ə-ə sualları və onun cavabları ilə davam edib:

"Oğlumla bu qadın gah dalaşırdılar, gah yaxşı olurdular. Samir əvvəl onu telefon üstündə vurmuşdu. Bunun da səbəbi Elmiranın xəyanəti idi. O, biri ilə gəzirdi. Sonra uşaqlara söz verdi ki, bir də bunu etməyəcək. Ata-anasının da bu xəyanətdən xəbəri vardı. Oğlum sonra o telefonu götürdü, bilmədim necə elədi. Samir ondan boşanmaq istəyirdi. Mən qoymadım ki, "Sənin evlilik yaşında olan qızların var. Sabah qapına gələn elçilərə nə deyəcəksən?". Sözügedən silahı da Samir idman institutunu qurtarıb əsgərlikdən gələndən sonra almışdı. Mənim oğlumun qanı təmiz çıxıb, o siqaret belə çəkmirdi. Elmira özü siqaret çəkirdi. Oğluma demədim, amma Elmiranın anasına xəbər verdim. Anası qayıtdı ki "Nə olsun, qoca arvadlar da siqaret çəkir da". Bu qadın evimin düzənini pozdu. Oğlum nə qədər sağ idi, övladlarına nəzarət edirdi. İndi qız nəvəmin ikisi də məni sayıb məsləhətləşmədən Türkiyədə evləniblər. Bu qadın uşaqlara oğlumu pisləyirdi, bütün gün beyinlərinə yeridirdi ki, atanız sizi atıb gedib".

Şahid Ə.A təqsirləndirilən E.Əliyevanı əvvəllər qızı kimi çox istədiyini deyib:

"Yoldaşımla Türkiyə getdik, bizi Samir yola saldı. İki gün sonra Elmira ağlaya-ağlaya zəng elədi ki "Papa, Samir yoxdur, gedib". Mən dərhal Azərbaycana qayıtdım, oğlumun evinə gəldim. Elmira dedi ki, "Samir axşam çox pis, gərgin gəldi. Silahını sökdü, yağladı, bir güllə də göyə atdı. Paltarlarını idman çantasına yığışdırıb çıxıb getdi. Gedəndə də dedi ki, səhərə yaxın gəlməsəm, çıxıb atanın evinə gedərsən. Mənə də 500 manat pul verdi ki, özümə telefon alım ki, əlaqə saxlayaq". Beynimdə o variant yarandı ki, bəlkə Samirin əlindən xəta çıxıb, ondan gizlənir. Getdik 13 polis bölməsinə, məsələni bildirdik. Sonra polis mənə dedi ki "Mən bu qızdan şübhələnirəm, qatil bu qadındır". Samir kriminal yönlü insan da olsa, çox mərhəmətli, yardım sevər insan idi. Müharibə vaxtı dost- tanışları ilə birlikdə əsgər ailələrinə yardımlar edirfi. 2013-cü ilə kimi hər şey yaxşı idi. Sonra hər şey Samirin onun telefonunda yad nömrəni tapmasından sonra pisləşməyə başladı. Elmira yalvarmağa başladı ki, "Papa, nəbadə o telefonu açdırasınız, yoxsa dünya dağılacaq". Sözügedən silahı da ancaq bayramlarda, özəl günlərdə tappatarap atırdı. Bir dəfə atanda qəza ilə çiynimi yaralamışdı".

Növbəti proses 30 aprel saat 15:30-a təyin olunub.

Xatırladaq ki, məlum hadisə Sabunçu qəsəbəsində qeydə alınıb. Orada yaşayan 1985-ci il təvəllüdlü Samir Əliyevin itkin düşməsi ilə bağlı 2024-cü il dekabrın 24-də ailə üzvləri 12-ci polis şöbəsinə müraciət ediblər. Əməliyyat-istintaq tədbirləri nəticəsində həmin şəxsin arvadı Elmira Əliyeva tərəfindən ov silahı ilə qətlə yetirilməsi və meyitin yaşadığı evin həyətində basdırılması, qəbrin üstünə də güllər əkilməsi müəyyən edilib. Cinayəti törədən qadın saxlanılaraq, istintaqa təhvil verilib.Ona qarşı Cinayət Məcəlləsinin 120.1 (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1068   Tarix: 23 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hərəkət edin, xoşbəxt olun - ARAŞDIRMA

Gün ərzində fiziki aktiv olmaq təkcə bədən sağlamlığı üçün deyil, insanın əhvalı üçün də faydalı ola bilər. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, "Nature Human Behaviour" jurnalında dərc olunan araşdırmada alimlər 8 223 nəfərin məlumatlarını təhlil ediblər. Tədqiqat 14 ölkədən 67 məluma

10:29 142
.

YAP İdarə Heyətinin yeni tərkibi - Siyahı

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin yeni tərkibi müəyyənləşib. "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, partiyanın VII Qurultayında İdarə Heyətinin 40 nəfərdən ibarət yeni tərkibi səsverməyə çıxarılaraq qəbul edilib. Beləliklə, İdarə Heyətinin yeni tərkibi aşağıdakı kimidir:. İlha

02.10.2026 198
.

"Artıq dünyada bilməyən yoxdur ki, sözümüz imzamız qədər dəyərlidir"

"Bizim Avropa İttifaqına üzv ölkələrin bir çoxu ilə strateji tərəfdaşlıq bəyannamələrimiz, müqavilələrimiz var". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Dövlət başçısı qeyd edib ki

02.10.2026 226
.

Payızda səhərlər yuxudan oyanmağın çətin olmasının SƏBƏBİ

Mütəxəssislər səhərlər daha asan və tez ayılmağa kömək edən bir neçə üsul açıqlayıblar. xəbər verir ki, soyuq havaların başlaması ilə səhərlər oyanmaq daha da çətinləşir. Gün işığının azalması həqiqətən də orqanizmin daxili bioloji ritmlərinə təsir göstərə bilər. Neyrobioloq və yuxu üzrə mütəxəssis Elliso

02.10.2026 231
.

Endrik "Real Madrid"i bu kluba dəyişə bilər

İtaliya təmsilçisi "Roma" İspaniyanın "Real Madrid" komandasının braziliyalı futbolçusu Endriki yenidən heyətinə qatmaq istəyir. Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya təmsilçisi 20 yaşlı hücumçunun icarəsi ilə bağlı danışıqları qış transfer pəncərəsində yenidən başlatmağ

02.10.2026 210
.

"Hərənin arxasında, böyük bir dayı var"

"Bu gün müxtəlif yerlərdə müharibələr gedir. Hərənin arxasında, necə deyərlər, böyük bir dayı var. Bəzilərinin arxasında bir neçə. Amma biz təkbaşına. Amma bütün o böyük dayılar bizə qarşı idi. O Minsk qrupunun həmsədrləri bizə qarşı idi. Onlar bu gün dünyada aparıcı dövlətlərdir, görün, biz kim

02.10.2026 295
.

Yaş saçla yatmayın: Bu riski artıra bilər

Yaş saçla yatmaq vərdişi zamanla saçların görünüşünə və vəziyyətinə mənfi təsir göstərə bilər. Mütəxəssislərin sözlərinə görə, saç yaş olduqda daha həssas vəziyyətə düşür. Su saç telinin müvəqqəti olaraq şişməsinə səbəb olur və nəticədə saçın xarici qoruyucu təbəqəsi olan kutikula xarici təsirlərə qarş

02.10.2026 250
.

Avropada həyəcan siqnalı: 2026-cı ilin yayı rekordlarla yadda qaldı

Avropada 2026-cı ilin yayına dair yeni hesabat qitənin eyni vaxtda bir neçə ciddi iqlim təhlükəsi ilə üzləşdiyini ortaya qoyub. Qaynarinfo xəbər verir ki, Copernicus İqlim Dəyişikliyi Xidmətinin hesabatına görə, Avropa tarixinin ən isti üçüncü yayını geridə qoyub. Yüksək temperaturla yanaşı, quraqlıq

02.10.2026 233
.

"Forsaj" serial olacaq

"Peacock" platforması məşhur "Forsaj" film franşizası əsasında serial hazırlanacağını açıqlayıb. Axşam.az xəbər verir ki, ekran işinin ulduzu Vin Dizel serialın icraçı prodüseri olacaq. Onun layihədə aktyor kimi rol alıb-almayacağı isə hələ məlum deyil. Serialın premyerasının 2028-c

02.10.2026 225
.