Ağıl dişləri müdrikliyə necə təsir edir - ARAŞDIRMA
Alimlər ağıl dişlərinin varlığının insanın intellekt səviyyəsinə, yaddaşına və əqli qabiliyyətlərinə təsir edib-etmədiyini araşdırıblar.
Lent.az xarici mediaya istinadla məlumat verir ki, simvolik adına baxmayaraq, ağıl dişlərinin insanın intellekt səviyyəsi ilə heç bir əlaqəsi yoxdur. Onların çıxması əqli qabiliyyətlərin inkişafı ilə deyil, yalnız orqanizmin yaş və fizioloji dəyişiklikləri ilə bağlıdır.
Xalq arasında "ağıl dişləri" adlandırılan üçüncü molyarlar, adətən, 17 yaşdan etibarən çıxmağa başlayır və adətən 25 yaşa qədər tam formalaşır. Bu adın yaranma səbəbi də həmin dövrdə insanın artıq yetkin hesab olunmağı, həyat təcrübəsi və müstəqillik qazanmağı ilə bağlıdır ki, bu da müdrikliklə assosiasiya olunur.
Təkamül və müasir dövr
Əslində, bu dişlər əcdadlarımıza bərk və lifli qidaları - çiy kökləri, sərt toxumları və kobud bitki mənşəli qidaları çeynəmək üçün lazım idi. Lakin rasionun dəyişməsi və çənə quruluşunun təkamülü nəticəsində onlara ehtiyac artıq demək olar ki, yoxdur.
Müasir insanların çənəsi əcdadlarımıza nisbətən çox vaxt daha kiçik ölçüdə olur, buna görə də ağıl dişlərinin çıxması üçün kifayət qədər yer qalmır. Bu, iltihaba, ağrıya və qonşu dişlərə təzyiqə səbəb ola bilir. Buna görə stomatoloqlar bəzən onların çəkilməsini tövsiyə edirlər.
Mütəxəssislərin rəyi
Mütəxəssislər vurğulayırlar ki, ağıl dişlərinin olması və ya olmaması yaddaşa, məntiqə, öyrənmə qabiliyyətinə və ya digər koqnitiv funksiyalara heç bir təsir göstərmir. Bəzi insanlarda bu dişlərdən dördü də çıxa bilər, digərlərində isə bir, iki, üç ədəd çıxması və ya ümumiyyətlə heç birinin çıxmaması normal hal hesab olunur.
Üçüncü molyarların yoxluğu çox vaxt genetik xüsusiyyətlərlə bağlıdır və patologiya deyil. Əgər ağıl dişləri düzgün inkişaf edirsə, diskomfort yaratmırsa və digər dişlərin düzülüşünü pozmursa, onların çəkilməsinə ehtiyac yoxdur.
Sevda Rumi
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 626 Tarix: 23 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHərəkət edin, xoşbəxt olun - ARAŞDIRMA
Gün ərzində fiziki aktiv olmaq təkcə bədən sağlamlığı üçün deyil, insanın əhvalı üçün də faydalı ola bilər. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, "Nature Human Behaviour" jurnalında dərc olunan araşdırmada alimlər 8 223 nəfərin məlumatlarını təhlil ediblər. Tədqiqat 14 ölkədən 67 məluma
10:29 142 YAP İdarə Heyətinin yeni tərkibi - Siyahı
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin yeni tərkibi müəyyənləşib. "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, partiyanın VII Qurultayında İdarə Heyətinin 40 nəfərdən ibarət yeni tərkibi səsverməyə çıxarılaraq qəbul edilib. Beləliklə, İdarə Heyətinin yeni tərkibi aşağıdakı kimidir:. İlha
02.10.2026 198 "Artıq dünyada bilməyən yoxdur ki, sözümüz imzamız qədər dəyərlidir"
"Bizim Avropa İttifaqına üzv ölkələrin bir çoxu ilə strateji tərəfdaşlıq bəyannamələrimiz, müqavilələrimiz var". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Dövlət başçısı qeyd edib ki
02.10.2026 226 Payızda səhərlər yuxudan oyanmağın çətin olmasının SƏBƏBİ
Mütəxəssislər səhərlər daha asan və tez ayılmağa kömək edən bir neçə üsul açıqlayıblar. xəbər verir ki, soyuq havaların başlaması ilə səhərlər oyanmaq daha da çətinləşir. Gün işığının azalması həqiqətən də orqanizmin daxili bioloji ritmlərinə təsir göstərə bilər. Neyrobioloq və yuxu üzrə mütəxəssis Elliso
02.10.2026 231 Endrik "Real Madrid"i bu kluba dəyişə bilər
İtaliya təmsilçisi "Roma" İspaniyanın "Real Madrid" komandasının braziliyalı futbolçusu Endriki yenidən heyətinə qatmaq istəyir. Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya təmsilçisi 20 yaşlı hücumçunun icarəsi ilə bağlı danışıqları qış transfer pəncərəsində yenidən başlatmağ
02.10.2026 210 "Hərənin arxasında, böyük bir dayı var"
"Bu gün müxtəlif yerlərdə müharibələr gedir. Hərənin arxasında, necə deyərlər, böyük bir dayı var. Bəzilərinin arxasında bir neçə. Amma biz təkbaşına. Amma bütün o böyük dayılar bizə qarşı idi. O Minsk qrupunun həmsədrləri bizə qarşı idi. Onlar bu gün dünyada aparıcı dövlətlərdir, görün, biz kim
02.10.2026 295 Yaş saçla yatmayın: Bu riski artıra bilər
Yaş saçla yatmaq vərdişi zamanla saçların görünüşünə və vəziyyətinə mənfi təsir göstərə bilər. Mütəxəssislərin sözlərinə görə, saç yaş olduqda daha həssas vəziyyətə düşür. Su saç telinin müvəqqəti olaraq şişməsinə səbəb olur və nəticədə saçın xarici qoruyucu təbəqəsi olan kutikula xarici təsirlərə qarş
02.10.2026 250 Avropada həyəcan siqnalı: 2026-cı ilin yayı rekordlarla yadda qaldı
Avropada 2026-cı ilin yayına dair yeni hesabat qitənin eyni vaxtda bir neçə ciddi iqlim təhlükəsi ilə üzləşdiyini ortaya qoyub. Qaynarinfo xəbər verir ki, Copernicus İqlim Dəyişikliyi Xidmətinin hesabatına görə, Avropa tarixinin ən isti üçüncü yayını geridə qoyub. Yüksək temperaturla yanaşı, quraqlıq
02.10.2026 233 "Forsaj" serial olacaq
"Peacock" platforması məşhur "Forsaj" film franşizası əsasında serial hazırlanacağını açıqlayıb. Axşam.az xəbər verir ki, ekran işinin ulduzu Vin Dizel serialın icraçı prodüseri olacaq. Onun layihədə aktyor kimi rol alıb-almayacağı isə hələ məlum deyil. Serialın premyerasının 2028-c
02.10.2026 225