Sumqayıtda "Esmanur" bağçasında qalmaqal: valideyn iddiaları cəmiyyəti ayağa qaldırdı - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Sumqayıtda "Esmanur" bağçasında qalmaqal: valideyn iddiaları cəmiyyəti ayağa qaldırdı - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMASumqayıt şəhərində yerləşən "Esmanur" uşaq bağçasında baş verən qalmaqal cəmiyyətdə ciddi narahatlıq yaradıb. Valideynlərin iddialarına görə, bağçada uşaqlara qarşı qeyri-etik davranış halları müşahidə olunub və bu məsələ sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Hadisə ilə bağlı yayılan görüntülər və şikayətlər ictimai qınağı daha da artırıb, məsul qurumların məsələyə müdaxiləsi zərurətini gündəmə gətirib. Hazırda faktla bağlı araşdırmaların aparıldığı bildirilir və baş verənlərin hüquqi qiymət alacağı gözlənilir.
Sumqayıtda "Esmanur" bağçasında qalmaqal: valideyn iddiaları cəmiyyəti ayağa qaldırdı - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı təhsil eksperti Şəmsi Qoca BiG.AZ-a açıqlamasında bildirdi ki, Sumqayıtdakı "Esmanur" uşaq bağçasının "Ləma" filialı barədə yayılan görüntülər, təəssüf ki, hər bir vicdanlı insanın qəlbini sızladan, cəmiyyət olaraq bizi dərindən düşündürən bir mənzərədir. Onun sözlərinə görə, bu məsələyə sadəcə bir jurnalist və ya araşdırmaçı kimi deyil, bir baba, bir valideyn və millətin gələcəyinə cavabdehlik hiss edən bir vətəndaş kimi yanaşmaq borcumuzdur: "Bəli, biz hər zaman özəl təhsil və tərbiyə müəssisələrindən bəhs edərkən yüksək standartlar, xüsusi qayğı və müasir yanaşma gözləyirik. Valideyn öz övladını bura əmanət edərkən, aylıq ödənişin qarşılığında təkcə divarların rəngini və ya oyuncaqların sayını deyil, hər şeydən öncə övladının can sağlığını və mənəvi rahatlığını sığortalamaq istəyir. Lakin qarşılaşdığımız bu mənzərə göstərir ki, bəzən "komfort" adı altında təqdim olunan parıltılı vitrinlərin arxasında qaranlıq bir məsuliyyətsizlik gizlənir.

Uşaq bizim sabahımızdır, milli genofondumuzdur. O körpənin süfrəsinə qoyulan qidanın keyfiyyətsizliyi, saxlanma şəraitinin bərbadlığı sadəcə bir "qayda pozuntusu" deyil, gələcəyimizə qarşı edilən ən böyük xəyanətdir. Valideynin çətinliklə qazanıb övladının yaxşı qidalanması, yaxşı tərbiyə alması üçün ödədiyi o vəsaitin müqabilində uşaqlara "artıq-urtuq" kimi yanaşmaq heç bir mənəviyyata və insanlığa sığmır.

Özəl müəssisə olmaq, dövlətin və cəmiyyətin nəzarətindən kənarda qalmaq demək deyil. Əksinə, özəl sektor daha böyük məsuliyyət daşımalıdır, çünki o, rəqabət mühitində ən yaxşısını vəd edərək yola çıxır. Əgər bir bağçada sanitar-gigiyenik qaydalar bu səviyyədə ayaq altına atılırsa, deməli, orada tərbiyənin, sevginin və mənəviyyatın varlığından danışmaq yersizdir. Vicdanı dondurulmuş soyuducularda deyil, uşağın təmiz süfrəsində axtarmaq lazımdır.

Bu məsələdə təkcə həmin bağça rəhbərliyinin deyil, həm də nəzarət mexanizmlərinin daha kəsərli olması vacibdir. Valideynlər də ayıq-sayıq olmalı, ödədikləri hər qəpiyin və əmanət etdikləri övladlarının haqqını sonuna qədər tələb etməlidirlər. Çünki sükut olan yerdə cinayət böyüyür.

Ümid edirəm ki, aidiyyatı qurumlar bu görüntülərə hüquqi qiymət verəcək və bu hadisə digər müəssisələr üçün də ciddi bir dərs olacaqdır. Biz uşaqlarımıza baxanda gələcəyimizi görməliyik, kimlərinsə qazanc mənbəyini yox".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 932   Tarix: 24 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hərəkət edin, xoşbəxt olun - ARAŞDIRMA

Gün ərzində fiziki aktiv olmaq təkcə bədən sağlamlığı üçün deyil, insanın əhvalı üçün də faydalı ola bilər. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, "Nature Human Behaviour" jurnalında dərc olunan araşdırmada alimlər 8 223 nəfərin məlumatlarını təhlil ediblər. Tədqiqat 14 ölkədən 67 məluma

10:29 142
.

YAP İdarə Heyətinin yeni tərkibi - Siyahı

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin yeni tərkibi müəyyənləşib. "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, partiyanın VII Qurultayında İdarə Heyətinin 40 nəfərdən ibarət yeni tərkibi səsverməyə çıxarılaraq qəbul edilib. Beləliklə, İdarə Heyətinin yeni tərkibi aşağıdakı kimidir:. İlha

02.10.2026 198
.

"Artıq dünyada bilməyən yoxdur ki, sözümüz imzamız qədər dəyərlidir"

"Bizim Avropa İttifaqına üzv ölkələrin bir çoxu ilə strateji tərəfdaşlıq bəyannamələrimiz, müqavilələrimiz var". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Dövlət başçısı qeyd edib ki

02.10.2026 226
.

Payızda səhərlər yuxudan oyanmağın çətin olmasının SƏBƏBİ

Mütəxəssislər səhərlər daha asan və tez ayılmağa kömək edən bir neçə üsul açıqlayıblar. xəbər verir ki, soyuq havaların başlaması ilə səhərlər oyanmaq daha da çətinləşir. Gün işığının azalması həqiqətən də orqanizmin daxili bioloji ritmlərinə təsir göstərə bilər. Neyrobioloq və yuxu üzrə mütəxəssis Elliso

02.10.2026 231
.

Endrik "Real Madrid"i bu kluba dəyişə bilər

İtaliya təmsilçisi "Roma" İspaniyanın "Real Madrid" komandasının braziliyalı futbolçusu Endriki yenidən heyətinə qatmaq istəyir. Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya təmsilçisi 20 yaşlı hücumçunun icarəsi ilə bağlı danışıqları qış transfer pəncərəsində yenidən başlatmağ

02.10.2026 210
.

"Hərənin arxasında, böyük bir dayı var"

"Bu gün müxtəlif yerlərdə müharibələr gedir. Hərənin arxasında, necə deyərlər, böyük bir dayı var. Bəzilərinin arxasında bir neçə. Amma biz təkbaşına. Amma bütün o böyük dayılar bizə qarşı idi. O Minsk qrupunun həmsədrləri bizə qarşı idi. Onlar bu gün dünyada aparıcı dövlətlərdir, görün, biz kim

02.10.2026 295
.

Yaş saçla yatmayın: Bu riski artıra bilər

Yaş saçla yatmaq vərdişi zamanla saçların görünüşünə və vəziyyətinə mənfi təsir göstərə bilər. Mütəxəssislərin sözlərinə görə, saç yaş olduqda daha həssas vəziyyətə düşür. Su saç telinin müvəqqəti olaraq şişməsinə səbəb olur və nəticədə saçın xarici qoruyucu təbəqəsi olan kutikula xarici təsirlərə qarş

02.10.2026 250
.

Avropada həyəcan siqnalı: 2026-cı ilin yayı rekordlarla yadda qaldı

Avropada 2026-cı ilin yayına dair yeni hesabat qitənin eyni vaxtda bir neçə ciddi iqlim təhlükəsi ilə üzləşdiyini ortaya qoyub. Qaynarinfo xəbər verir ki, Copernicus İqlim Dəyişikliyi Xidmətinin hesabatına görə, Avropa tarixinin ən isti üçüncü yayını geridə qoyub. Yüksək temperaturla yanaşı, quraqlıq

02.10.2026 233
.

"Forsaj" serial olacaq

"Peacock" platforması məşhur "Forsaj" film franşizası əsasında serial hazırlanacağını açıqlayıb. Axşam.az xəbər verir ki, ekran işinin ulduzu Vin Dizel serialın icraçı prodüseri olacaq. Onun layihədə aktyor kimi rol alıb-almayacağı isə hələ məlum deyil. Serialın premyerasının 2028-c

02.10.2026 225
.