Minimum əmək haqqı nə zaman artırılacaq?
"Son dövrlər bizə ünvanlanan suallar içərsində minimum əmək haqqının nə zaman artırılacağı ilə bağlı sorğular üstünlük təşkil edir. Qeyd edək ki, "Əmək Məcəlləsinə" edilən dəyişikliklərə əsasən, minimum əməkhaqqı məbləğinə ildə ən azı bir dəfə baxılacaq. Bu da minimum əməkhaqqının artımında dövriliyin təmin olunması deməkdir".
Qaynarinfo xəbər verir ki bu barədə deputat Vüqar Bayramov şəxsi "Facebook" hesabında paylaşım edib.
O qeyd edib ki, bununla artımlar qanunla tənzimlənəcək. Minimum əməkhaqqındakı artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin bütün pillələri üzrə artımları təmin edir.
"Belə ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları minimum əməkhaqqı artırılandan bir ay müddətində yeni məbləğə uyğunlaşdırılaraq artırılır. Bura sosial, elm, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan dövlət qulluqçusu statusu olmayan işçilərin vəzifə maaşları daxildir".
Depytat paylaşımında qeyd edib ki, vahid tarif cədvəlində əməkhaqları 19 dərəcə üzrə müəyyənləşdirilir.
"Hazırda ən aşağı maaş 400, ən yüksək isə 1150 manatdır. Minimum əməkhaqqının dövri olaraq artırılması praktik olaraq bütün dərəcələrə şamil olunacaq. Bu zaman maaşın minimum səviyyədən az və çox olması xüsusi önəm daşımır. Bütövlükdə, minimum əməkhaqqının artırılması 700 min vətəndaşımızın maaşlarının artmasına səbəb ola bilər".
"Artımın nə zaman baş verəcəyinə gəldikdə isə, Məcəlləyə olan dəyişikliklər cənab Prezident tərəfindən 23 fevral 2026-cı il tarixində təsdiq edilib. Həmin dəyişikliklərin təsdiqindən sonra minimum əmək haqqı məbləğinə ildə ən azı bir dəfə baxılmalıdır. Bu o deməkdir ki, dəyişikliyin təsdiq ediliyi tarixdən keçən 1 il müddətində minimum əmək haqqı məbləğinə ən azı bir dəfə baxılaraq artırılacaq. Müəyyən illərdə daha çox artımlar ola bilər. Xüsusən nəzərə almaq lazımdır ki, minimum əmək haqqındakı növbəti artımdan sonra proses daha da mütəmadiləşəcək. Çünki, qanunvericilik minimum əmək haqqının ildə ən azı bir dəfə artırılmasını nəzərdə tutur" - o bildirib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 984 Tarix: 14 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRumıniyada nazir müavini qaçaqmalçılıqda ittiham olunur: 880 min avroluq qalmaqal
Rumıniyanın Hərbi Prokurorluğu ölkənin Daxili İşlər Nazirliyinin (DİN) Böyük Britaniyadan əlavə dəyər vergisi (ƏDV) ödəmədən helikopter alması ilə bağlı cinayət işini məhkəməyə göndərib. İş üzrə DİN-in Fövqəladə Hallar Departamentinin rəhbəri, nazir müavini Raed Arafat qaçaqmalçılıqda ittiham olunur
11:45 148 Qəribabadi: ABŞ və İsrail ordusu İrana qarşı kütləvi qırğın silahlarından istifadə edib
ABŞ ilə İsrail 12 və 40 günlük müharibə zamanı İrana qarşı kütləvi qırğın silahlarından, ən qabaqcıl hərbi texnologiyalardan istifadə etsə də, sonda məğlub olub. "Report" IRIB-yə istinadən xəbər verir ki, bunu İran xarici işlər nazirinin hüquq məsələləri üzrə müavini Kazım Qəribabadi jurnalistlər
13:10 147 Leyla Əliyeva Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsinin açılışından paylaşım edib - Video
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışından paylaşım edib. Görüntüləri buradan izləyə bilərsiniz
12:15 172 Zelenski Ukraynanın Vaşinqtondakı səfiri postuna namizədlərin adlarını açıqlayıb
Ukrayna Prezidenti Volodimir Zelenski Oksana Markarovanın Vaşinqtonda səfir vəzifəsinə qayıtmasını mümkün hesab edir. "Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Zelenski onlayn brifinq zamanı bildirib. Onun sözlərinə görə, digər mümkün namizədlər sırasında Yuliya Sviridenko
13:00 142 Bakıda bu ərazilərə giriş PULLU OLACAQ
Bakıda ödənişli hərəkət zonaları yaradılacaq və həmin ərazilərə avtomobillə daxil olan sürücülərdən haqq alınacaq. xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan "Avtomobil yolları haqqınd" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Yen
00:13 393 Bəzi Aİ ölkələri Ukrayna, Rusiya və ABŞ ilə danışıqlarda iştirak edə biləcək
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, bütün Avropa İttifaqı (Aİ) ölkələri Ukrayna, Rusiya və ABŞ arasındakı danışıqların hazırlanmasında iştirak edə biləcək, bununla belə, orada bilavasitə səkkiz nümayəndə iştirak edəcək. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bu barəd
14:10 136 Tanınmış zərgər Paolo Bulqari 89 yaşında vəfat edib
"Bulgari" şirkətinin dünyanın aparıcı zərgərlik brendlərindən birinə çevrilməsində əsas rol oynamış italyan zərgər Paolo Bulqari 89 yaşında vəfat edib. "Report"un "La Repubblica" qəzetinə istinadən məlumatına görə, onun dəfn mərasimi noyabrın 23-də Romada keçiriləcək. Markanı
12:10 159 "Haber Global" Azərbaycan və Vyetnam prezidentlərinin görüşündən süjet hazırladı - Video
Vyetnamda rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev bu ölkənin Prezidenti To Lam ilə görüşərək enerji, bərpaolunan mənbələr və infrastruktur layihələri sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib. Görüşün sonunda liderlər birgə bəyanat yayıb və müxtəlif sahələrdə əməkdaşlıq sazişləri imzalayıblar
21.11.2026 220 Pentaqon rəhbəri ABŞ-ın Kanada ilə hərbi əməkdaşlığını məhdudlaşdırıb
ABŞ-ın müdafiə naziri Pit Heqset Kanada ilə hərbi əməkdaşlığın məhdudlaşdırılması barədə göstəriş verib. "Report" xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, Pentaqon rəhbəri müvafiq göstəriş
21.11.2026 264