Bazar günündən metro yeni qrafikdə işləyəcək
Mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) ilə əlaqədar "Bakı Metropoliteni" QSC-də gücləndirilmiş iş rejimi tətbiq olunacaq.
"Qafqazinfo" xəbər verir ki, bununla bağlı Bakı metropoliteni məlumat yayıb.
Bildirilib ki, tədbirin ilk günü - mayın 17-si qeyri-iş gününə təsadüf etsə də, qatarların hərəkəti şənbə günü qrafikinə uyğun təmin olunacaq.
Həmin gün "28 May-Əhmədli" və əks istiqamətdə interval 2 dəqiqə 30 saniyə təşkil edəcək.
Sessiyanın digər günlərində isə qatarlar ənənəvi iş günü qrafikinə uyğun, texniki cəhətdən mümkün olan ən sıx hərəkət rejimində fəaliyyət göstərəcək.
"28 May-Əhmədli" sahəsində interval 1 dəqiqə 45 saniyə olacaq.
Bənövşəyi xətdə, həmçinin "Əhmədli-Həzi Aslanov" və "Cəfər Cabbarlı-Xətai" məkik hərəkət mənzillərində qrafik dəyişdirilməyəcək. Bundan əlavə, sərnişin sıxlığının operativ tənzimlənməsi məqsədilə ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 119 Tarix: 15 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş8 milyard işıq ili uzaqlıqdan gələn siqnal: Yer yoxkən o yola çıxmışdı
Kosmosun dərinliklərində baş verən nəhəng toqquşmalar bəzən insan təsəvvürünün sərhədlərini aşan enerji partlayışları yaradır. Astronomlar Yer kürəsi hələ mövcud olmadığı dövrlərdə yola çıxmış və 8 milyard il boyunca kosmosda hərəkət etmiş nəhəng enerji şüasını aşkar ediblər. Qaynarinfo xəbər verir ki
14.05.2026 255 "Molla Nəsrəddin" jurnalının orijinal nüsxəsi satışa çıxarıldı
"Molla Nəsrəddin" jurnalı Bakıda hərrac yolu ilə satışa çıxarılıb. xəbər verir ki, hərraca çıxarılan original jurnal 1911-ci ildə çap olunub. Qeyd olunur ki, jurnalda senzura tətbiq olunan karikaturalar var. Sözügedən 8 səhifəli nadir jurnalın ilkin qiyməti 5 manatdır. Hərrac zamanı hər artı
14.05.2026 253 Paşinyanın tort reaksiyası gündəm oldu
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin xəritəsi formasında hazırlanmış tortu kəsməkdən imtina edib. xəbər verir ki, həmin anın görüntüləri Radar Armenia tərəfindən Telegram kanalında paylaşılıb. Hadisə Paşinyanın seçki kampaniyası çərçivəsində Gülyakarak icmasına səfəri zamanı baş verib. Sakinlə
10:59 86 Ermənistanda seçki öncəsi gərginlik: blogger həbs edildi
Ermənistan məhkəməsi blogger Artak Avetisyanı Baş nazir Nikol Paşinyanı "xain" adlandırdığına görə həbs edib. xəbər verir ki, bu barədə onun vəkili Ruben Melikyan RİA Novosti agentliyinə açıqlamasında məlumat verib. Avetisyan "nifrət, ayrı-seçkilik, dözümsüzlük və ya düşmənçiliyi qızışdırma
11:09 60 Ermənistan Rusiyanın hərbi bazası ilə bağlı iddialara cavab verdi
Ermənistan rəhbərliyinin Rusiyanın Gümrüdə yerləşən 102-ci Hərbi Bazadan vətəndaşlarını qorumaq məqsədilə istifadə etməsi ilə bağlı heç bir narahatlığı yoxdur. xarici mediaya istinadən xəbər verir ki, bu barədə saytı məlumat yayıb. Nikol Paşinyan brifinq zamanı bildirib ki, bununla bağlı heç bir narahatlı
10:53 80 İranda güclü zəlzələ oldu
Bu gün İranın Kirman əyalətinin Bərdsir şəhəri yaxınlığında 5 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, bu barədə Tehran Universitetinin Seysmologiya Mərkəzi məlumat yayıb. Məlumata görə, səhər saat 11:17-də (Bakı vaxtı ilə 11:47) meydana gələn zəlzələnin episentri 8 kilometr dərinlikdə qeydə alınıb
14.05.2026 242 Hantavirusla bağlı yeni xəbərdarlıq: insandan-insana keçə bilər
"Təəssüf ki, hantavirusun bəzi yeni növlərinin yayılması və insandan-insana keçmə ehtimalının da müəyyən edildiyi bildirilir. Bu səbəbdən Dünya Səhiyyə Təşkilatı (DST) vəziyyəti diqqətlə izləyir". Bunu BİG.AZ-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib. O, qeyd edi
14.05.2026 374 Sabah 30° isti olacaq
Mayın 15-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperatur
14.05.2026 221 Azərbaycan finala keçə bilmədi
Xəbər verdiyimiz kimi, "Avroviziya-2026" mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilir. Axşam.az-ın məlumatına görə, gecədə 15 ölkənin təmsilçisi mahnılarını səsləndirib. Yarışmada ölkəmizi "Just go" mahnısı ilə təmsil edən Jiva finala çıxa bilməyib. Bolqarıstan, Ukrayna, Norveç
10:19 126