"UNİBANK", "EXPRESSBANK" VƏ DAHA 3 BANK... - Niyə onlar daim "şikayət liderləri" olur?

"UNİBANK", "EXPRESSBANK" VƏ DAHA 3 BANK... - Niyə onlar daim "şikayət liderləri" olur?Kredit faizinin yüksək olması, müştərilərlə kobud davranış, 1 gün gecikmədə isə...

Mərkəzi Bank artıq xeyli müddətdir ki, Azərbaycanda müştərilərin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksini dərc edir.

Şikayət indeksi hər hansı bank tərəfindən göstərilən maliyyə xidmətlərinin həcmi və əhatə dairəsi nəzərə alınmaqla, həmin bankın müştəri xidmətləri ilə bağlı Mərkəzi Banka daxil olan şikayətlərin proporsionallığı prinsipi əsasında hesablanır.

"Şikayətlər üzrə bazar payı" müəyyən edilir. Bu, Mərkəzi Banka bir ay ərzində daxil olan şifahi, yazılı və vətəndaş qəbulu üzrə şikayətlərin hər bir bank üzrə sayının ümumi bank sektoru üzrə olan şikayətlərin sayına nisbətidir.
"UNİBANK", "EXPRESSBANK" VƏ DAHA 3 BANK... - Niyə onlar daim "şikayət liderləri" olur?Qeyd edək ki, təkrar şikayət, eləcə də kredit üzrə güzəştlərin verilməsi, kredit istənilməsi və Mərkəzi Bankın səlahiyyətlərinə aid olmayan digər mövzularla bağlı şikayətlər bu hesablamada nəzərə alınmır. Hansı ki, vətəndaşların şikayətlərinin əhəmiyyətli qismi məhz elə bu problemlərlə bağlıdır.

Ümumiyətlə, əsas şikayətlər yüksək kredit faizləri, müştəri xidmətlərində gecikmələr, bank kartları, zaminlik məsələləri və s. ilə əlaqəlidir. Adətən istehlak krediti götürən vətəndaşlar daha çox narazılıq edir. Kredit faizinin yüksək olması, müştərilərlə kobud davranış, 1 gün gecikmənin belə vətəndaşın bütün qohumlarına bildirilməsi və digər bu kimi məsələlər insanları banklardan uzaqlaşdırır. Bankları isə müştəri və istehlakçı hüququ deyil, öz qazancı düşündürür...

Artıq ötən dövr ərzində Mərkəzi Bankın siyahısında daimi "şikayət liderləri"ndən ibarət bir "qrup" formalaşıb. Bu "qrup"un üzvləri və liderləri aydan-aya bir-birilərilə yerlərini dəyişsələr də ilk 5-likdəki "mövqelərini" itirmirlər. Bunlar əsasən "Expressbank", "Unibank", "Bank BTB", "AFB Bank" kimi banklardır. Bu ilin əvvəlindən həmin 5-liyə düşənlər sırasında "Turanbank" da olur.
"UNİBANK", "EXPRESSBANK" VƏ DAHA 3 BANK... - Niyə onlar daim "şikayət liderləri" olur?Xüsusilə də "Unibank" və "Expressbank" "liderlik" uğrunda amansız mübarizə aparırlar. Son olaraq, aprel ayında "Unibank" ilk beşlikdə 2-ci, "Expressbank" 3-cü olub. 1-ci yerdə daha əvvəl bu siyahıya nadir hallarda düşən "Yapı Kredi Bank" qərarlaşıb. Martda "Expressbank" 2.64 balla 1-ci, "Unibank" 1.64 balla 5-ci, fevralda "Expressbank 3.01 balla 2-ci, "Unibank" 2.34 balla 5-ci olub. Ötən ilin avqustunda da "Expressbank" siyahıya "qürurla" liderlik edib.
"UNİBANK", "EXPRESSBANK" VƏ DAHA 3 BANK... - Niyə onlar daim "şikayət liderləri" olur?Məsələ ondadır ki, son təxminən 1 il ərzində "şikayət liderləri" aşağı-yuxarı eyni banklardır. Bu, belə bir nəticəyə gəlməyə əsas verir ki, həmin banklar onlardan edilən şikayətlərə məhəl qoymurlar və fəaliyyətlərini müsbətə doğru dəyişmək istəmirlər. Yəni, Mərkəzi Bank bu siyahını dərc etsə də, dəyişən bir şey yoxdur. Bu o deməkdir ki, problem təkcə ayrı-ayrı hallarla deyil, sistem xarakterliidr və xidmət, idarəetmə çatışmazlıqları ilə bağlıdır. Əgər belədirsə, bu siyahıların hər ay dərc edilməsinin əhəmiyyəti və efektivliyi sual altına düşür...


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 714   Tarix: 15 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"YAP Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir"

"Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, həm də Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı deyib. Otuz ildən çoxdur ki, partiyanın iqtidarda olduğun

10:58 137
.

"Müharibədə də, müharibədən sonra da heç kim bizə kömək etmirdi"

"Səkkiz milyon əhalimiz var idi, onlardan 1 milyonu qaçqın-köçkün, evsiz-eşiksiz, çadırlarda". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Dövlət başçısı qeyd edib ki, bu bir humanitar fəlakə

16:41 104
.

Şagirdlər evdən gətirilən şirniyyatı yedilər - 14 nəfər zəhərləndi - Yenilənib

Bu gün Sumqayıtda kütləvi zəhərlənmə olub. "Qafqazinfo" xəbər verir ki, şəhərdəki orta məktəblərdən birinin çoxlu sayda şagirdi xəstəxanaya yerləşdirilib. Onların zəhərlənmə diaqnozu ilə tibb müəssisəsinə çatdırıldıqları bildirilir. *. Sumqayıt Tibb Mərkəzindən sorğumuza cavab olaraq bildirili

11:31 289
.

"Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın" - Prezident

"Bəli, bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır. Bu, indiki dünyada böyük sərvət sayıla bilər. Çünki bu gün dünya xəritəsinə baxsaq görərik ki, Azərbaycan xalqı qədər sabitlik, əmin-amanlıq, sülh şəraitində yaşayan çox az xalqlar və ölkələr var. Bu, bizim reallıqlarımızdır

17:29 51
.

"Kartdan karta" limiti ilə bağlı əsas sual: Sahibkar niyə müştərini nağda yönəldə bilər?

Bu günə qədər hər kəs kart ödənişlərindən istifadəyə təşviq edilirdi. İndi isə nağd alış-verişə yönləndirmə müşahidə olunur. Bəs bu dəyişiklik hansı məqsədə xidmət edir?. Mövzu lə bağlı BİG.AZ-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, əgər nəzərdə tutduğunuz "kar

12:16 176
.

Qardaşı da nişanlandı

Mediada müğənni Roza Zərgərlinin övladlığa götürdüyü oğlu kimi tanınan Jerar Qafarov da ailə qurmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aktyor qardaşı Corc Qafarovdan sonra Jerar da nişanlanıb. O, nişan mərasimindən görüntüləri paylaşaraq "Xoşbəxt həyat yoldaşı, xoşbəxt həyat" şərhini yazıb

14:49 241
.

Leysan, dolu, qar... - Sabahın havası

Oktyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimal

13:10 206
.

Güclü külək əsir - Bəzi yerlərə yağış yağır

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Oktyabrın 2-si saat 16:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Sarıbaş (Qax), Şəki, Ağstafa, Xızı, Xaçmaz

17:03 76
.

İlham Əliyev "Bakı Metropoliteni" ilə bağlı - Fərman imzaladı

"Bakı Metropoliteni" QSC-nin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında" Azərbaycan Prezidentinin 2026-cı il 7 may tarixli 662 nömrəli Fərmanında dəyişiklik edilib. "Qafqazinfo"

16:06 134
.