Xarkov vilayətində Otardnoye kəndi işğaldan azad edilib

Xarkov vilayətində Otardnoye kəndi işğaldan azad edilibUkrayna Müdafiə Qüvvələri Xarkov vilayətində işğal edilmiş Otardnoye kəndini və ətraf əraziləri öz nəzarəti altına alıb.
Bizimyol.info xəbər verir ki, bu barədə 129-cu ağır mexanizasiya briqadası "Facebook" səhifəsində məlumat yayıb.

"Müdafiə Qüvvələrinin planlaşdırılmış əməliyyatı nəticəsində Dvorichanski rayonunda yerləşən Otardnoye kəndi və ətraf əraziləri işğalçılardan təmizlənərək yenidən nəzarətimiz altına alınıb", - deyə briqada məlumatında bildirilib.

Qeyd edilir ki, briqada hücum əməliyyatları həyata keçirərək düşmənin meşə zolaqları, möhkəmləndirilmiş mövqelər və dəstək nöqtələrini atəşə tutub və onları oradan çıxarıb.

Əməliyyat zamanı xüsusi hücum bölmələri, dron operatorları və artilleriya cəlb olunub. "Onların koordinasiyalı işi düşmənin canlı qüvvəsini, atəş vasitələrini və sığınacaqlarını ardıcıl şəkildə aşkarlayıb, məhv etməyə imkan verdi", - deyə briqada məlumat verib.

Ölkə mətbuatının verdiyi məlumata görə, Birgə Qüvvələrin sözçüsü Viktor Trequbov may ayında rusların Xarkov vilayətində Kupyansk yaxınlığında fəallaşdığını və böyük qüvvələr cəlb etdiklərini bildirib. Düşmən artıq şəhərin şimalında yerləşən kəndlərin bir qismini nəzarətə alıb.

Onun sözlərinə görə, mart-fevral aylarında Kupyansk yaxınlığında Rusiya fəaliyyətləri azalmışdı, çünki düşmən "itkilərini bərpa edir" və hücum əməliyyatları üçün potensialını artırırdı.

Trequbov qeyd edib ki, düşmənə iki amil yardım edir - pis hava şəraiti və "yaşıl sahələrin" ortaya çıxması.

Sözçü əlavə edib ki, işğalçıların Kupyansk üzərində təzyiqində böyük rol oynayan ərazilərdən biri şimalda yerləşən Qolubovka kəndidir. Düşmən o kənd vasitəsilə şəhərə girməyə çalışır. Hələ ki, işğalçılar müəyyən mövqeləri saxlayır, bu isə ukraynalı müdafiəçilər üçün şəhərə yaxın ərazilərdə düşməni məhv etməyi çətinləşdirir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 809   Tarix: 15 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"YAP Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir"

"Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, həm də Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı deyib. Otuz ildən çoxdur ki, partiyanın iqtidarda olduğun

10:58 137
.

"Müharibədə də, müharibədən sonra da heç kim bizə kömək etmirdi"

"Səkkiz milyon əhalimiz var idi, onlardan 1 milyonu qaçqın-köçkün, evsiz-eşiksiz, çadırlarda". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Dövlət başçısı qeyd edib ki, bu bir humanitar fəlakə

16:41 104
.

Şagirdlər evdən gətirilən şirniyyatı yedilər - 14 nəfər zəhərləndi - Yenilənib

Bu gün Sumqayıtda kütləvi zəhərlənmə olub. "Qafqazinfo" xəbər verir ki, şəhərdəki orta məktəblərdən birinin çoxlu sayda şagirdi xəstəxanaya yerləşdirilib. Onların zəhərlənmə diaqnozu ilə tibb müəssisəsinə çatdırıldıqları bildirilir. *. Sumqayıt Tibb Mərkəzindən sorğumuza cavab olaraq bildirili

11:31 289
.

"Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın" - Prezident

"Bəli, bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır. Bu, indiki dünyada böyük sərvət sayıla bilər. Çünki bu gün dünya xəritəsinə baxsaq görərik ki, Azərbaycan xalqı qədər sabitlik, əmin-amanlıq, sülh şəraitində yaşayan çox az xalqlar və ölkələr var. Bu, bizim reallıqlarımızdır

17:29 51
.

"Kartdan karta" limiti ilə bağlı əsas sual: Sahibkar niyə müştərini nağda yönəldə bilər?

Bu günə qədər hər kəs kart ödənişlərindən istifadəyə təşviq edilirdi. İndi isə nağd alış-verişə yönləndirmə müşahidə olunur. Bəs bu dəyişiklik hansı məqsədə xidmət edir?. Mövzu lə bağlı BİG.AZ-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, əgər nəzərdə tutduğunuz "kar

12:16 176
.

Qardaşı da nişanlandı

Mediada müğənni Roza Zərgərlinin övladlığa götürdüyü oğlu kimi tanınan Jerar Qafarov da ailə qurmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aktyor qardaşı Corc Qafarovdan sonra Jerar da nişanlanıb. O, nişan mərasimindən görüntüləri paylaşaraq "Xoşbəxt həyat yoldaşı, xoşbəxt həyat" şərhini yazıb

14:49 241
.

Leysan, dolu, qar... - Sabahın havası

Oktyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimal

13:10 206
.

Güclü külək əsir - Bəzi yerlərə yağış yağır

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Oktyabrın 2-si saat 16:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Sarıbaş (Qax), Şəki, Ağstafa, Xızı, Xaçmaz

17:03 76
.

İlham Əliyev "Bakı Metropoliteni" ilə bağlı - Fərman imzaladı

"Bakı Metropoliteni" QSC-nin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında" Azərbaycan Prezidentinin 2026-cı il 7 may tarixli 662 nömrəli Fərmanında dəyişiklik edilib. "Qafqazinfo"

16:06 134
.