"Bu ərazilərdə metro tiksək, vətəndaşlar mərkəzə gəlməyə çalışacaq" - Video
"Bakı Metropoliteni" QSC-nin sədri Vüsal Aslanov ATV kanalına müsahibəsində maraqlı fikirlər səsləndirib.
"Qafqazinfo" xəbər verir ki, V.Aslanov indiki şəraitdə paytaxt ətrafındakı qəsəbələrin metro vasitəsilə mərkəzə birləşdirilməsinin məqsədəuyğun olmadığını deyib.
O, şəhərin mərkəzində metro şəbəkəsinin şaxələndirilməsindən sonra bu istiqamətdə addımların atıla biləcəyini vurğulayıb.
"Metro elə bir nəqliyyat növüdür ki, həm sürətinə, həm intervalına, həm rahatlığına görə hər kəs evinin yaxınlığında istəyir. Digər nəqliyyat növləri ilə müqayisə etsək, metro tikintisi ən çox investisiya tələb edən infrastruktur obyektidir. Yeni stansiyaların yerləri müəyyənləşdirilərkən çox ciddi təhlillər aparılır. Bakı şəhərinin rəqəmsal eskizi mövcuddur. Mövcud olan bütün nəqliyyat, infrastruktur, yaşayış və iş yerləri - hamısı həmin proqram təminatında əks olunub.
Perspektiv inkişaf istiqamətləri də orada öz əksini tapıb. Çox yerə ehtiyac var ki, biz metro şəbəkəsini genişləndirək, inkişaf etdirək. Amma bunu mərhələli şəkildə etməliyik. Bütün inkişaf perspektivləri simulyasiya olunur və ona əsasən biz yeni metro stansiyalarının yerini müəyyənləşdirməyə çalışırıq. Burda incə bir nüans da var, qeyd etdiyiniz Binəqədi, Bakıxanov, Qaraçuxur, Yeni Yasamal kimi yerlərdə metro stansiyaları tiksək, həmin vətəndaşlar şəhərin mərkəzinə gəlməyə çalışacaqlar. Şəhərin mərkəzində onsuz da bizim mövcud olan və çox yüklənmiş infrastrukturumuz tamamilə iflic vəziyyətə düşə bilər. Ona görə də, ilkin məqsəd şəhərin mərkəzini şaxələndirmək, mərkəzə bir neçə alternativ istiqamətdə gediş-gəlişi təmin etmək, ondan sonra digər əraziləri həmin şəbəkəyə qoşmaq mümkün ola bilər.
Məsələn Xırdalan, Masazır istiqamətləri barəsində də çox suallar verilir. Amma onlara qoşa biləcəyimiz metro xəttimiz mövcud deyil. Yaşıl xətt onsuz da doludur və interval problemi var. Bənövşəyi xətt çox qısa olduğu üçün həmin yükü götürə bilmir və bizim daşıdığımız ümumi sərnişin kütləsinin 3 faizini əhatə edir. Biz Bənövşəyi xətti uzadıb şəhərin mərkəzinə tam inteqrasiya etdikdən sonra və onun üzərində 3 keçid stansiyasını Bakının şimal hissəsindən (Sumqayıt, Xırdalan, Masazır və digər qəsəbələr) gələn insanlar çox asanlıqla "Xocasən" və "Avtovağzal" stansiyalarından daxil olmaqla metrodan istifadə edəcəklər və həmin keçid stansiyalarından Yaşıl xəttə rahat keçib yollarına davam edəcəklər", - sədr qeyd edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 823 Tarix: 15 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"YAP Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir"
"Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, həm də Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı deyib. Otuz ildən çoxdur ki, partiyanın iqtidarda olduğun
10:58 137 "Müharibədə də, müharibədən sonra da heç kim bizə kömək etmirdi"
"Səkkiz milyon əhalimiz var idi, onlardan 1 milyonu qaçqın-köçkün, evsiz-eşiksiz, çadırlarda". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Dövlət başçısı qeyd edib ki, bu bir humanitar fəlakə
16:41 104 Şagirdlər evdən gətirilən şirniyyatı yedilər - 14 nəfər zəhərləndi - Yenilənib
Bu gün Sumqayıtda kütləvi zəhərlənmə olub. "Qafqazinfo" xəbər verir ki, şəhərdəki orta məktəblərdən birinin çoxlu sayda şagirdi xəstəxanaya yerləşdirilib. Onların zəhərlənmə diaqnozu ilə tibb müəssisəsinə çatdırıldıqları bildirilir. *. Sumqayıt Tibb Mərkəzindən sorğumuza cavab olaraq bildirili
11:31 289 "Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın" - Prezident
"Bəli, bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır. Bu, indiki dünyada böyük sərvət sayıla bilər. Çünki bu gün dünya xəritəsinə baxsaq görərik ki, Azərbaycan xalqı qədər sabitlik, əmin-amanlıq, sülh şəraitində yaşayan çox az xalqlar və ölkələr var. Bu, bizim reallıqlarımızdır
17:29 51 "Kartdan karta" limiti ilə bağlı əsas sual: Sahibkar niyə müştərini nağda yönəldə bilər?
Bu günə qədər hər kəs kart ödənişlərindən istifadəyə təşviq edilirdi. İndi isə nağd alış-verişə yönləndirmə müşahidə olunur. Bəs bu dəyişiklik hansı məqsədə xidmət edir?. Mövzu lə bağlı BİG.AZ-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, əgər nəzərdə tutduğunuz "kar
12:16 176 Qardaşı da nişanlandı
Mediada müğənni Roza Zərgərlinin övladlığa götürdüyü oğlu kimi tanınan Jerar Qafarov da ailə qurmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aktyor qardaşı Corc Qafarovdan sonra Jerar da nişanlanıb. O, nişan mərasimindən görüntüləri paylaşaraq "Xoşbəxt həyat yoldaşı, xoşbəxt həyat" şərhini yazıb
14:49 241 Leysan, dolu, qar... - Sabahın havası
Oktyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimal
13:10 206 Güclü külək əsir - Bəzi yerlərə yağış yağır
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Oktyabrın 2-si saat 16:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Sarıbaş (Qax), Şəki, Ağstafa, Xızı, Xaçmaz
17:03 76 İlham Əliyev "Bakı Metropoliteni" ilə bağlı - Fərman imzaladı
"Bakı Metropoliteni" QSC-nin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında" Azərbaycan Prezidentinin 2026-cı il 7 may tarixli 662 nömrəli Fərmanında dəyişiklik edilib. "Qafqazinfo"
16:06 134