Pekinin səssiz ekspansiyası: limanlar, kreditlər və qlobal təsir

Pekinin səssiz ekspansiyası: limanlar, kreditlər və qlobal təsir"ABŞ Prezidenti Donald Trumpın "dünyada yalnız iki supergüc var - ABŞ və Çin" açıqlaması sadəcə diplomatik ifadə deyil. Bu, Vaşinqtonun SSRİ-nin dağılmasından sonra ilk dəfə olaraq Pekinin qlobal güc statusunu açıq şəkildə qəbul etməsi kimi qiymətləndirilə bilər".

Bunu BiG.AZ-a açıqlamasında politoloq Turan Rzayev bildirib.

O, qeyd edib ki, Trampın bu etirafının arxasında isə Çinin son illərdə həyata keçirdiyi sistemli iqtisadi və geosiyasi strategiya dayanır. Pekin tələsmədən, uzunmüddətli plan əsasında hərəkət edir. Son 20 ildə Çin bankları Afrika, Asiya, Latın Amerikası və Şərqi Avropadakı ölkələrə yüz milyardlarla dollar kredit ayırıb. Bu vəsait əsasən limanların, dəmir yollarının və digər strateji infrastruktur layihələrinin maliyyələşdirilməsinə yönəlib:

"Lakin zaman keçdikcə Çin sadəcə investor deyil, həm də təsir sahibi kimi çıxış etməyə başladı. Xüsusilə COVID-19 pandemiyasından sonra bir çox ölkə borc böhranı ilə üzləşdi və kreditləri qaytarmaqda çətinlik çəkdi. Nəticədə Pekin bəzi ölkələrdə limanlar, logistika şəbəkələri və strateji layihələr üzərində uzunmüddətli nəzarət imkanları əldə etdi.

Bu strategiyanın əsas fərqi ondadır ki, Çin bunu hərbi müdaxilə ilə deyil, iqtisadi əməkdaşlıq və investisiya modeli ilə həyata keçirir. Pekin həm limanları maliyyələşdirir, həm də həmin limanların əməliyyat, logistika və rəqəmsal idarəetmə sistemlərini nəzarətdə saxlayır. Bu isə Çinə yalnız iqtisadi deyil, həm də böyük məlumat və geosiyasi üstünlük qazandırır.

Artıq Çin "liman-park-şəhər" modelindən "liman-dəmir yolu-mədən" modelinə keçir. Məqsəd dənizə çıxışı olmayan, mineral ehtiyatlarla zəngin bölgələri Çin nəzarətində olan logistika marşrutlarına bağlamaqdır.

Bu proses fonunda ABŞ vəziyyətin miqyasını yeni anlamağa başlayır. Vaşinqton Pekinin qurduğu iqtisadi şəbəkədən kənarda qalmaq istəmir, lakin görünən odur ki, Çin artıq növbəti mərhələyə keçib.

Ən diqqətçəkən məqam isə budur: Pekin gələcəyin yeni qlobal qütbünü ideologiya üzərində deyil, iqtisadiyyat, logistika, texnologiya və maliyyə asılılığı üzərində qurur. Bu model XX əsrdə ABŞ-ın qurduğu qlobal sistemə bənzəsə də, daha az hərbi, daha çox iqtisadi xarakter daşıyır.

Əgər ABŞ Çinlə rəqabətdə yeni və fərqli strategiyalar formalaşdıra bilməsə, yaxın onilliklərdə Pekin təkcə qlobal ticarətdə deyil, dolların beynəlxalq hegemonluğunun zəifləməsində də əsas gücə çevrilə bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 676   Tarix: 15 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"YAP Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir"

"Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, həm də Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı deyib. Otuz ildən çoxdur ki, partiyanın iqtidarda olduğun

10:58 137
.

"Müharibədə də, müharibədən sonra da heç kim bizə kömək etmirdi"

"Səkkiz milyon əhalimiz var idi, onlardan 1 milyonu qaçqın-köçkün, evsiz-eşiksiz, çadırlarda". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Dövlət başçısı qeyd edib ki, bu bir humanitar fəlakə

16:41 104
.

Şagirdlər evdən gətirilən şirniyyatı yedilər - 14 nəfər zəhərləndi - Yenilənib

Bu gün Sumqayıtda kütləvi zəhərlənmə olub. "Qafqazinfo" xəbər verir ki, şəhərdəki orta məktəblərdən birinin çoxlu sayda şagirdi xəstəxanaya yerləşdirilib. Onların zəhərlənmə diaqnozu ilə tibb müəssisəsinə çatdırıldıqları bildirilir. *. Sumqayıt Tibb Mərkəzindən sorğumuza cavab olaraq bildirili

11:31 289
.

"Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın" - Prezident

"Bəli, bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır. Bu, indiki dünyada böyük sərvət sayıla bilər. Çünki bu gün dünya xəritəsinə baxsaq görərik ki, Azərbaycan xalqı qədər sabitlik, əmin-amanlıq, sülh şəraitində yaşayan çox az xalqlar və ölkələr var. Bu, bizim reallıqlarımızdır

17:29 51
.

"Kartdan karta" limiti ilə bağlı əsas sual: Sahibkar niyə müştərini nağda yönəldə bilər?

Bu günə qədər hər kəs kart ödənişlərindən istifadəyə təşviq edilirdi. İndi isə nağd alış-verişə yönləndirmə müşahidə olunur. Bəs bu dəyişiklik hansı məqsədə xidmət edir?. Mövzu lə bağlı BİG.AZ-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, əgər nəzərdə tutduğunuz "kar

12:16 176
.

Qardaşı da nişanlandı

Mediada müğənni Roza Zərgərlinin övladlığa götürdüyü oğlu kimi tanınan Jerar Qafarov da ailə qurmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aktyor qardaşı Corc Qafarovdan sonra Jerar da nişanlanıb. O, nişan mərasimindən görüntüləri paylaşaraq "Xoşbəxt həyat yoldaşı, xoşbəxt həyat" şərhini yazıb

14:49 241
.

Leysan, dolu, qar... - Sabahın havası

Oktyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimal

13:10 206
.

Güclü külək əsir - Bəzi yerlərə yağış yağır

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Oktyabrın 2-si saat 16:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Sarıbaş (Qax), Şəki, Ağstafa, Xızı, Xaçmaz

17:03 76
.

İlham Əliyev "Bakı Metropoliteni" ilə bağlı - Fərman imzaladı

"Bakı Metropoliteni" QSC-nin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında" Azərbaycan Prezidentinin 2026-cı il 7 may tarixli 662 nömrəli Fərmanında dəyişiklik edilib. "Qafqazinfo"

16:06 134
.