Hantavirus illərlə spermada gizlənir - Cinsi yolla da keçir
İsveçrəli alimlər hantavirusunun kişi spermasında illərlə qala biləcəyini aşkar ediblər. Yeni araşdırmaya görə, virus yoluxmadan sonra, hətta altı ilə qədər kişi reproduktiv sistemində yaşaya bilər.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, araşdırmanı İsveçrənin bioloji, kimyəvi və nüvə təhlükələri üzrə fəaliyyət göstərən dövlət laboratoriyası aparıb.
Alimlər Cənubi Amerikaya səyahət zamanı And hanta virusu ştamına yoluxmuş 55 yaşlı İsveçrə vətəndaşını araşdırıblar. Müayinələr zamanı virusun qan, sidik və tənəffüs yollarında artıq aşkarlanmadığı müəyyən edilib. Lakin sperma analizlərində virus izləri yoluxmadan 71 ay sonra da aşkar olunub.
Araşdırma müəllifləri bildirirlər ki, kişi xayaları bəzi təhlükəli viruslar üçün rezervuar rolunu oynaya bilər. Bunun səbəbi immun sisteminin spermatozoidlərə qarşı tam hücum etməməsidir. Məhz bu xüsusiyyət bəzi virusların reproduktiv sistemdə uzun müddət qalmasına şərait yaradır.
Mütəxəssislər qeyd edirlər ki, oxşar hallar daha əvvəl Ebola və Zika virusu ilə bağlı da müşahidə olunub. Xüsusilə 2021-ci ildə Qvineyada baş verən Ebola virusunun yayılmasının illər əvvəl xəstəliyi keçirmiş bir şəxslə əlaqəli olduğu bildirilmişdi.
Araşdırma müəllifləri vurğulayıblar ki, hantavirusunun cinsi yolla ötürülmə potensialı var, baxmayaraq ki, indiyədək belə yoluxma halları rəsmi şəkildə təsdiqlənməyib.
Nəticələrdən sonra qlobal sağlamlıq risklərini izləyən Airfinity şirkətinin analitikləri kişi pasiyentlər üçün xüsusi təhlükəsizlik qaydalarının hazırlanmasını təklif ediblər. Onların fikrincə, bu məsələdə Ümumdünya Səhiyyə Təşkilatının Ebola ilə bağlı tətbiq etdiyi protokollara bənzər yanaşma istifadə oluna bilər.
Hazırda mütəxəssislər belə xəstələrə müəyyən müddət ərzində qoruyucu vasitələrdən istifadə etməyi və ya cinsi əlaqədən çəkinməyi tövsiyə edirlər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 723 Tarix: 15 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"YAP Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir"
"Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, həm də Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı deyib. Otuz ildən çoxdur ki, partiyanın iqtidarda olduğun
10:58 137 "Müharibədə də, müharibədən sonra da heç kim bizə kömək etmirdi"
"Səkkiz milyon əhalimiz var idi, onlardan 1 milyonu qaçqın-köçkün, evsiz-eşiksiz, çadırlarda". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Dövlət başçısı qeyd edib ki, bu bir humanitar fəlakə
16:41 104 Şagirdlər evdən gətirilən şirniyyatı yedilər - 14 nəfər zəhərləndi - Yenilənib
Bu gün Sumqayıtda kütləvi zəhərlənmə olub. "Qafqazinfo" xəbər verir ki, şəhərdəki orta məktəblərdən birinin çoxlu sayda şagirdi xəstəxanaya yerləşdirilib. Onların zəhərlənmə diaqnozu ilə tibb müəssisəsinə çatdırıldıqları bildirilir. *. Sumqayıt Tibb Mərkəzindən sorğumuza cavab olaraq bildirili
11:31 289 "Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın" - Prezident
"Bəli, bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır. Bu, indiki dünyada böyük sərvət sayıla bilər. Çünki bu gün dünya xəritəsinə baxsaq görərik ki, Azərbaycan xalqı qədər sabitlik, əmin-amanlıq, sülh şəraitində yaşayan çox az xalqlar və ölkələr var. Bu, bizim reallıqlarımızdır
17:29 51 "Kartdan karta" limiti ilə bağlı əsas sual: Sahibkar niyə müştərini nağda yönəldə bilər?
Bu günə qədər hər kəs kart ödənişlərindən istifadəyə təşviq edilirdi. İndi isə nağd alış-verişə yönləndirmə müşahidə olunur. Bəs bu dəyişiklik hansı məqsədə xidmət edir?. Mövzu lə bağlı BİG.AZ-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, əgər nəzərdə tutduğunuz "kar
12:16 176 Qardaşı da nişanlandı
Mediada müğənni Roza Zərgərlinin övladlığa götürdüyü oğlu kimi tanınan Jerar Qafarov da ailə qurmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aktyor qardaşı Corc Qafarovdan sonra Jerar da nişanlanıb. O, nişan mərasimindən görüntüləri paylaşaraq "Xoşbəxt həyat yoldaşı, xoşbəxt həyat" şərhini yazıb
14:49 241 Leysan, dolu, qar... - Sabahın havası
Oktyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimal
13:10 206 Güclü külək əsir - Bəzi yerlərə yağış yağır
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Oktyabrın 2-si saat 16:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Sarıbaş (Qax), Şəki, Ağstafa, Xızı, Xaçmaz
17:03 76 İlham Əliyev "Bakı Metropoliteni" ilə bağlı - Fərman imzaladı
"Bakı Metropoliteni" QSC-nin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında" Azərbaycan Prezidentinin 2026-cı il 7 may tarixli 662 nömrəli Fərmanında dəyişiklik edilib. "Qafqazinfo"
16:06 134