İki ayda 4000-ə yaxın boşanma - Gənclər sevdikləri ilə də xoşbəxt olmurlar

İki ayda 4000-ə yaxın boşanma - Gənclər sevdikləri ilə də xoşbəxt olmurlarBu gün Beynəlxalq Ailə Günüdür. Ailə nikahla rəsmiləşib, dəyərlərə və istəklərə hörmət çərçivəsində davam edən məhfumdur. Azərbaycanda ailə həmişə xüsusi vurğulansa, müqəddəsləşdirilsə də, təssüf ki, son illərin nikah və boşanma statistikası vəziyyətin kritikliyindən xəbər verir.

Lent.az-a Dövlət Statistikasından verilən məlumatda qeyd olunur ki, bu ilin ilk iki ayında 3376 boşanma, 5250 nikah qeydə alınıb. Ötən il isə ümumilikdə 20675 boşanma, 48546 nikah olub.

Əlbəttə, bu rəqəmlər heç də həmin il nikaha girənlərin boşanması deyil, amma ümumilikdə təkcə iki ayda 4000-ə yaxın boşanmanın olması ailələrin uçuruma getdiyindən xəbər verir.

Məsələnin qəribə tərəfi odur ki, qədim dövrlərə baxanda indi insanların çoxu sevib ailə qurur. Amma yenə də xırda problemlər böyüyüb boşanmaya gətirir. Bəs nədir səbəb? İnsanların dözümmü azalıb? Evliliyin ideal yaşı varmı?

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov Lent.az-a açıqlamasında bildirib ki, insanların bir qismi münasibətə emosional olaraq hazır olmadan evlənirlər:

"Boşanma statistikasının artması təkcə ailə institutunun zəifləməsi kimi izah oluna bilməz. Bu məsələni daha geniş psixoloji, sosial, iqtisadi və mədəni dəyişikliklər fonunda qiymətləndirmək lazımdır. Azərbaycanda son illərdə rəsmi statistikaya baxdıqda nikahlarla yanaşı boşanmaların da artdığı görünür. Xüsusilə şəhərləşmə, sosial media təsiri, iqtisadi təzyiqlər, gözləntilərin dəyişməsi və emosional münasibətlərə yanaşmanın transformasiyası ailə münasibətlərinə ciddi təsir göstərir.

Əvvəllər insanlar daha çox sosial məsuliyyət, ailə təzyiqi və ənənəvi model üzərindən evlilik qururdular. İndi isə insanların böyük hissəsi emosional yaxınlıq, anlaşılmaq, psixoloji rahatlıq və fərdi xoşbəxtlik axtarır. Bu dəyişiklik müsbət tərəfdən insanın emosional ehtiyaclarını ön plana çıxarsa da, digər tərəfdən münasibətlərdə gözləntiləri həddindən artıq yüksəldib. Bir çox cütlük münasibətin yalnız sevgi ilə davam edəcəyini düşünür. Halbuki uzunmüddətli münasibət təkcə hiss deyil, həm də emosional yetkinlik, məsuliyyət, kompromis və ünsiyyət bacarığı tələb edir. Maraqlı məqamlardan biri də budur ki, insanlar indi daha çox sevdikləri insanla ailə qururlar, amma buna baxmayaraq boşanmalar artır. Bunun səbəbi sevgisiz evliliklərin azalması deyil, münasibət idarəetmə bacarıqlarının zəif olmasıdır. İnsanların bir qismi münasibətə emosional olaraq hazır olmadan evlənir. Biz sevgi hissini yaşayırıq, amma münasibəti idarə etməyi öyrənmirik. Məktəblərdə, universitetlərdə və ailə mühitində bizə maliyyə savadlılığı, emosional tənzimləmə, konflikt idarəetməsi və sağlam ünsiyyət bacarıqları sistemli şəkildə öyrədilmir. Nəticədə ən kiçik konflikt belə emosional partlayışa çevrilə bilir".

Elnur Rüstəmov qeyd edib ki, bəzən boşanma psixoloji sağlamlıq baxımından doğru qərar da ola bilər:

"Əvvəlki nəsillər daha səbirli idi. Onlar bəzən psixoloji zorakılığa, emosional travmaya və toksik münasibətlərə uzun illər dözmək məcburiyyətində qalırdılar. İndiki nəsil isə psixoloji rahatlığı daha vacib hesab edir və münasibətdə özünü dəyərsiz hiss etdikdə ayrılmağa daha tez qərar verir. Bu, hər zaman mənfi hal deyil. Bəzən boşanma psixoloji sağlamlıq baxımından doğru qərar da ola bilər. Amma problem ondadır ki, bəzi hallarda insanlar münasibəti inkişaf etdirmək əvəzinə ilk böhranda ayrılığı çıxış yolu kimi görürlər.

Sosial medianın da münasibətlərə təsiri çox böyükdür. İnsanlar real münasibəti sosial şəbəkələrdə gördükləri ideal münasibətlə müqayisə edirlər. Halbuki sosial mediada münasibətin yalnız "vitrin tərəfi" görünür. Bu müqayisə insanlarda davamlı narazılıq, emosional yorğunluq və partnyordan həddindən artıq gözlənti yaradır. Eyni zamanda sürətli həyat ritmi, iqtisadi stres, iş yükü və diqqət dağınıqlığı cütlüklərin bir-birinə emosional zaman ayırmasını azaldır.

Evlənmək üçün müəyyən yaş məsələsinə gəldikdə isə burada universal bir rəqəm yoxdur. Bəzən 24 yaşında emosional olaraq yetkin insan olur, bəzən isə 35 yaşında belə münasibət məsuliyyətinə hazır olmayan insanlar görürük. Burada əsas məsələ yaş deyil, psixoloji hazırlıqdır. İnsan özünü nə qədər tanıyır, emosiyalarını idarə edə bilir, qarşı tərəfi dəyişdirməyə yox anlamağa çalışırmı, konflikt zamanı necə davranır, bunlar daha önəmlidir.

Evlənmədən əvvəl cütlük seanslarının faydası isə çox böyükdür. Dünyanın bir çox ölkəsində "premarital counseling" adlanan bu yanaşma artıq geniş tətbiq olunur. Bu görüşlərdə tərəflərin dəyərləri, ailəyə baxışı, maliyyə münasibəti, uşaq tərbiyəsi ilə bağlı düşüncələri, emosional ehtiyacları və konflikt davranışları analiz edilir. Çox zaman insanlar evlənəndən sonra anlayırlar ki, sevgi olsa da həyat prinsipləri tamamilə fərqlidir. Halbuki əvvəlcədən aparılan psixoloji konsultasiya bir çox riskləri azaltmağa kömək edə bilər.

Məncə, əsas məsələ insanların münasibətə romantik hiss kimi yox, psixoloji sistem kimi baxmağı öyrənməsidir. Güclü ailə yalnız sevgi üzərində qurulmur. Orada emosional təhlükəsizlik, qarşılıqlı hörmət, dinləmə bacarığı, empatiya və psixoloji yetkinlik olmalıdır. Müasir dövrdə ailəni qorumaq əvvəlki dövrlərlə müqayisədə daha çətindir. Çünki informasiya çoxalıb, seçimlər artıb, diqqət parçalanıb və insanların emosional yükü ağırlaşıb. Buna görə də münasibətlərin davam etməsi üçün artıq təkcə sevgi kifayət etmir. Psixoloji savadlılıq da vacib həyat bacarığına çevrilib".

İxtisasca hüquqşünas olan Milli Məclisin deputatı Fazil Mustafa Lent.az-a açıqlamasında bildirib ki, boşanmaların sayının azaldılması üçün qərarlar qəbul edilməlidir:

"Boşanmaların statistikası çox fəlakətli bir vəziyyətdən xəbər verir. Təbii ki, burada mülkiyyət və müavinət almaq, eləcə də digər məsələlərlə bağlı öncədən planlaşdırılmış boşanmalar da var. Amma əsas səbəblər anlaşılmazlıq və sosial şərtlərlə bağlıdır. Bu, cəmiyyət üçün fəlakətli vəziyyətdir. Bu istiqamətdə müzakirələr aparılmalı, sayın azaldılması üçün qərarlar qəbul edilməlidir. Fikrimcə, müvafiq qurumların bu istiqamətdə çalışması vacibdir. Əvvəllər Sosial Tədqiqatlar Mərkəzi bu istiqamətdə ciddi araşdırmalar aparırdı.

Hazırda boşanmaların sosioloji problem kimi araşdırılması arzu olunan səviyyədə deyil. Bu istiqamətdə tədqiqatlar aparılandan sonra hansısa qərarların verilməsini təmin etmək olar".

Sosioloq Elçin Bayramlı Lent.az-a açıqlamasında bildirib ki, boşanmaların 90%-i mənəvi, 10%-i sosial-maddi səbəblərdəndir:

"Boşanmaların artması qlobal tendensiyadır. Son onillikdə dünyanın bütün ölkələrində bu geniş vüsət alıb. Səbəb isə yeni psixologiyanın, həyat tərzinin formalaşması ilə bağlıdır. Fikrimcə, boşanmaların əsas iki səbəbi var: Mənəvi-psixoloji vo sosial-iqtisadi. Bəziləri sosial-iqtisadi səbəblərin təsirini daha qabarıq göstərsələr də, bu, belə deyil. Boşanmaların 90%-i mənəvi, 10%-i sosial-maddi səbəblərdir.

Boşanma statistikalarına baxanda zəngin və təminatlı ölkələrin ilk iyirmilikdə olduğunu görürük. Bunun əksinə, boşanma az olan yerlər daha yoxsul həyat tərzinə sahibdirlər. Bu, onu göstərir ki, boşanmalarda maddi səbəblərin rolu yoxdur. Azərbaycanın tarixinə nəzər salsaq görərik ki, əhalinin ən ağır sosial vəziyyəti olan dövrlərdə də boşanmalar minimum dövrdə olub, maddi-sosial vəziyyət yaxşılaşanda isə bu say artır. Bu arqument də bir daha bəlli edir ki, boşanmalarda mənəvi səbəblər sosial-maddi amillərdən üstündür. Bununla yanaşı, boşanan ailələrin əksəriyyəti maddi cəhətdən yoxsul deyillər.

İndi qlobal mənəvi-psixoloji böhran var, dəyərlər dəyişib, maddiyat mənəviyyatı üstələyib. Müasirlik, azadlıq, inteqrasiya adı altında milli-mənəvi dəyərləri arxa plana atanda boşanmalar çoxalır. Gənclərin ailə dəyərlərinə bağlılığı tamamilə dəyişib. Təcrübə göstərir ki, gənclərin heç də hamısı özbaşına sevib-seçib ailə qurduğu şəxslə xoşbəxt olmurlar. Böyüklərin fikri nəzərə alınmırsa, ağsaqqalların məsləhəti yoxdursa, bu da münasibətdə problem yaradır. Məsələnin iki tərəfi olmalıdır - həm öz istəkləri, həm də valideynlərin xeyir-duası. Üstəlik burada əsas problem gənclərin evlənəndə qarşı tərəfin mənəvi yox, maddi keyfiyyətlərinə üstünlük verməsidir. Təbii ki, maddi elementlər üstündə qurulan ailə dağılmağa məhkumdur. Mənəvi dəyərlərin üstün tutulduğu ailələr isə dağılmır.

Azərbaycanda hamı milyonçu olsa da, yenə də boşanmalar artacaq. Mənəvi keyfiyyətlər nə qədər ki, arxaya atılacaqsa, bu problem həll olunmayacaq. Ailə mənəvi institutdur. Mütləq milli-mənəvi dəyərlərimiz qorunmalı, təbliğ olunmalıdır. Dəyərlərimizin əleyhinə olan hər şey qadağan edilməli və cəzalandırılmalıdır.

Sosial vəziyyət boşanmaların 10%-ni əhatə etsə də, gənclərə güzəştli kreditlərlə sosial mənzillərin verilməsi, işlə təminat, təhsil, karyera məsələlərində dövlət proqramlarının gücləndirilməsi, bu mənfi statistikanı azalda bilər".

Bu yazı Medianın İnkişafı Agentliyinin "gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" mövzusunda dərc olunub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 840   Tarix: 15 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"YAP Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir"

"Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, həm də Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı deyib. Otuz ildən çoxdur ki, partiyanın iqtidarda olduğun

10:58 137
.

"Müharibədə də, müharibədən sonra da heç kim bizə kömək etmirdi"

"Səkkiz milyon əhalimiz var idi, onlardan 1 milyonu qaçqın-köçkün, evsiz-eşiksiz, çadırlarda". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Dövlət başçısı qeyd edib ki, bu bir humanitar fəlakə

16:41 104
.

Şagirdlər evdən gətirilən şirniyyatı yedilər - 14 nəfər zəhərləndi - Yenilənib

Bu gün Sumqayıtda kütləvi zəhərlənmə olub. "Qafqazinfo" xəbər verir ki, şəhərdəki orta məktəblərdən birinin çoxlu sayda şagirdi xəstəxanaya yerləşdirilib. Onların zəhərlənmə diaqnozu ilə tibb müəssisəsinə çatdırıldıqları bildirilir. *. Sumqayıt Tibb Mərkəzindən sorğumuza cavab olaraq bildirili

11:31 289
.

"Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın" - Prezident

"Bəli, bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır. Bu, indiki dünyada böyük sərvət sayıla bilər. Çünki bu gün dünya xəritəsinə baxsaq görərik ki, Azərbaycan xalqı qədər sabitlik, əmin-amanlıq, sülh şəraitində yaşayan çox az xalqlar və ölkələr var. Bu, bizim reallıqlarımızdır

17:29 51
.

"Kartdan karta" limiti ilə bağlı əsas sual: Sahibkar niyə müştərini nağda yönəldə bilər?

Bu günə qədər hər kəs kart ödənişlərindən istifadəyə təşviq edilirdi. İndi isə nağd alış-verişə yönləndirmə müşahidə olunur. Bəs bu dəyişiklik hansı məqsədə xidmət edir?. Mövzu lə bağlı BİG.AZ-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, əgər nəzərdə tutduğunuz "kar

12:16 176
.

Qardaşı da nişanlandı

Mediada müğənni Roza Zərgərlinin övladlığa götürdüyü oğlu kimi tanınan Jerar Qafarov da ailə qurmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aktyor qardaşı Corc Qafarovdan sonra Jerar da nişanlanıb. O, nişan mərasimindən görüntüləri paylaşaraq "Xoşbəxt həyat yoldaşı, xoşbəxt həyat" şərhini yazıb

14:49 241
.

Leysan, dolu, qar... - Sabahın havası

Oktyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimal

13:10 206
.

Güclü külək əsir - Bəzi yerlərə yağış yağır

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Oktyabrın 2-si saat 16:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Sarıbaş (Qax), Şəki, Ağstafa, Xızı, Xaçmaz

17:03 76
.

İlham Əliyev "Bakı Metropoliteni" ilə bağlı - Fərman imzaladı

"Bakı Metropoliteni" QSC-nin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında" Azərbaycan Prezidentinin 2026-cı il 7 may tarixli 662 nömrəli Fərmanında dəyişiklik edilib. "Qafqazinfo"

16:06 134
.