İctimai nəqliyyatda tələbələrə hansı güzəştlər edilə bilər?

İctimai nəqliyyatda tələbələrə hansı güzəştlər edilə bilər?Son illər dünyada baş verən iqtisadi dəyişikliklər, xüsusilə qlobal bahalaşma, artıq hər bir ölkənin, o cümlədən Azərbaycanın da sosial və iqtisadi həyatına təsir göstərir. Ərzaq məhsullarından tutmuş nəqliyyat xərclərinə, kitab və dəftər qiymətlərinə qədər bahalaşma dalğası aztəminatlı təbəqə, xüsusilə də pensiyaçılar və tələbələr tərəfindən daha çox hiss olunur.

Digər tərəfdən, hökumətin sosialyönümlü addımları, məsələn, ictimai nəqliyyatda tələbələr və pensiyaçılar üçün nəzərdə tutulan mümkün güzəştlər, cəmiyyətin bu dəyişikliklərə daha asan uyğunlaşmasına xidmət edir. Məhz bu mövzular ətrafında suallarımızı deputat, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov cavablandırıb.

"Qafqazinfo" deputatla müsahibəni təqdim edir:

- Vüqar müəllim, dünyada gedən qlobal bahalaşma ölkəmizdən də yan keçmir, bunu bir tələbə kimi aldığımız kitab-dəftərin qiymətində, gedişhaqlarının artırılmasında daha çox hiss edirik. Sizcə bu bahalaşma nə ilə bağlıdır?

- Azərbaycanda qiymət artımlarının səbəblərindən biri də məhz idxal inflyasiyasıdır. Biz qlobal və regional bazarlarda qiymət artımından sonra ölkəyə idxal edilən məhsulların qiymətlərində də artımlar müşahidə edirik. Amma dövlət Statiska Komitəsinin rəsmi məlumatları göstərir ki, qiymət artımı daha çox ərzaq məhsullarında özünü göstərir. 2025-ci ildə əvvəlki illərə nisbətən qiymətlər 5-7 faiz artıb. Qida məhsullarında 7-9 faiz, qeyri-qida məhsullarında isə 2-4 faiz artım müşahidə edilib. Bu göstəricilər qida məhsullarında olan artımın qeyri-qida məhsullarından daha yüksək olduğunu göstərir. Bu isə Azərbaycana məhsul idxal edən ölkələrdə ərzaq məhsulların qiymətlərinin artması ilə bağlıdır.

- Bu yaxınlarda açıqlanan rəsmi məlumatlara əsasən, ictimai nəqliyyatda tələbələrə güzəştlər edilməsi nəzərdə tutulub. Sizcə bu güzəştlər nə ola bilər?

- Bəli, hazırda ictimai nəqliyyatda güzəştlərin tətbiq edilməsi istiqamətində qiymətləndirmələr aparılır. Bir sıra inkişaf etmiş ölkələrdə olduğu kimi, tələbələr və pensiyaçılar üçün ictimai nəqliyyatda güzəşlərin tətbiq edilməsini təklif edirik. Çünki nəticə etibarilə belə güzəştlərin tətbiqi xüsusilə tələbələrin daha aşağı qiymətlə ictimai nəqliyyatdan istifadəsinə imkan yaradar. İnkiaf etmiş ölkələrdə belə dəstəklər var. Ona görə də belə dəstəklər tələbələrin sosial xərclərinin azaldıması baxımından vacibdir. Bu kontekstdən güzəştlərin tətbiqinin həyata keçirilməsi gözlənilir. Bununla bağlı müvafiq dövlət qurumu tərəfindən yeni mexanizmlər hazırlanır. Dəqiq məlumatlar məhz bu mexanizmlərlə bağlı ictimaiyyətə məlumat verildiyi halda məlum olacaq.

- Maraqlıdır, növbəti mərhələdə Azərbaycanda hansı iqtisadi addımların atılması gözlənilir?

- Azərbaycanda dayanıqlı iqtisadi inkişaf templərinin qorunub saxlanması əsas hədəflərdəndir. Biz son dövlər bütövlükdə islahatların dərinləşməsini müşahidə edirik. Proseslər, xüsusilə də iqtisadiyyatın ağardılmasına xidmət edir və bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir. Ən vacib məqamlardan biri xüsusilə neftdən asılılığın aradan qaldırılmasıdır və qeyri-neft sektorunun inkişaf etdirilməsidir. Bu baxımdan iqtisadiyyatın diversifikasiyası ilə bağlı islahatlar daha prioritetdir. Son dövlər bu istiqamətdə irəliləyiş və uğurlar əldə edilib. Bütün bunlarla yanaşı, ixracatda qeyri-neft sektorunun payının artırılması olduqca vacibdir. Bu, valyuta həcminin artmasına, nəticə etibarilə büdcəyə daha çox valyutanın daxil olmasına gətirib çıxarır.

- Son olaraq, dünyada baş verən müharibələrin iqtisadi proseslərə təsirindən danışmanızı istərdik…

- Regional müharibələr, bütün istiqamətlərə, xüsusilə də iqtisadiyyata təsir göstərir. Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra praktik olaraq qiymətlərin artmasını müşahidə etdik. Bu isə dünyada, eləcə də Azərbaycanda istehlak bazarında qiymət artımına gətirib çıxardı. Müharibələr birmənalı şəkildə region bazarında qiymətlərə təsir göstərir, bəzi məhsulların qıtlığını yaradır, nəticə etibarilə idxal inflyasiyasının sürətlənməsinə gətirib çıxarır. Bu baxımdan idxal inflyasiyası müharibə başladıqdan sonra daha da sürətlənib. Azərbaycanda xüsusilə xarici iqtisadi faktorların minimallaşdırılması ilə bağlı tədbirlər görülür, ərzaq ehtiyatları yaradılır. Bütövlükdə əsas məqsəd ondan ibarətdir ki, strateji məhsulların qiymətlərində dəyişikliklər baş verdikdə bu, Azərbaycanın istehlak bazarına daha az təsir etsin. Bütün hallarda müharibələr region və milli iqtisadiyyatlara təsir göstərir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 536   Tarix: 16 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"YAP Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir"

"Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, həm də Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı deyib. Otuz ildən çoxdur ki, partiyanın iqtidarda olduğun

10:58 137
.

"Müharibədə də, müharibədən sonra da heç kim bizə kömək etmirdi"

"Səkkiz milyon əhalimiz var idi, onlardan 1 milyonu qaçqın-köçkün, evsiz-eşiksiz, çadırlarda". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Dövlət başçısı qeyd edib ki, bu bir humanitar fəlakə

16:41 104
.

Şagirdlər evdən gətirilən şirniyyatı yedilər - 14 nəfər zəhərləndi - Yenilənib

Bu gün Sumqayıtda kütləvi zəhərlənmə olub. "Qafqazinfo" xəbər verir ki, şəhərdəki orta məktəblərdən birinin çoxlu sayda şagirdi xəstəxanaya yerləşdirilib. Onların zəhərlənmə diaqnozu ilə tibb müəssisəsinə çatdırıldıqları bildirilir. *. Sumqayıt Tibb Mərkəzindən sorğumuza cavab olaraq bildirili

11:31 289
.

"Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın" - Prezident

"Bəli, bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır. Bu, indiki dünyada böyük sərvət sayıla bilər. Çünki bu gün dünya xəritəsinə baxsaq görərik ki, Azərbaycan xalqı qədər sabitlik, əmin-amanlıq, sülh şəraitində yaşayan çox az xalqlar və ölkələr var. Bu, bizim reallıqlarımızdır

17:29 51
.

"Kartdan karta" limiti ilə bağlı əsas sual: Sahibkar niyə müştərini nağda yönəldə bilər?

Bu günə qədər hər kəs kart ödənişlərindən istifadəyə təşviq edilirdi. İndi isə nağd alış-verişə yönləndirmə müşahidə olunur. Bəs bu dəyişiklik hansı məqsədə xidmət edir?. Mövzu lə bağlı BİG.AZ-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, əgər nəzərdə tutduğunuz "kar

12:16 176
.

Qardaşı da nişanlandı

Mediada müğənni Roza Zərgərlinin övladlığa götürdüyü oğlu kimi tanınan Jerar Qafarov da ailə qurmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aktyor qardaşı Corc Qafarovdan sonra Jerar da nişanlanıb. O, nişan mərasimindən görüntüləri paylaşaraq "Xoşbəxt həyat yoldaşı, xoşbəxt həyat" şərhini yazıb

14:49 241
.

Leysan, dolu, qar... - Sabahın havası

Oktyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimal

13:10 206
.

Güclü külək əsir - Bəzi yerlərə yağış yağır

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Oktyabrın 2-si saat 16:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Sarıbaş (Qax), Şəki, Ağstafa, Xızı, Xaçmaz

17:03 76
.

İlham Əliyev "Bakı Metropoliteni" ilə bağlı - Fərman imzaladı

"Bakı Metropoliteni" QSC-nin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında" Azərbaycan Prezidentinin 2026-cı il 7 may tarixli 662 nömrəli Fərmanında dəyişiklik edilib. "Qafqazinfo"

16:06 134
.