Etibarnamə alıb-verənlərin nəzərinə! - Yeni qayda qüvvəyə minir

Etibarnamə alıb-verənlərin nəzərinə! - Yeni qayda qüvvəyə minirTəcrübədə etibarnamə əsasında avtomobili bir neçə şəxsin idarə etməsi halları geniş yayılıb. Bundan başqa, nəqliyyat vasitəsinin alqı-satqısının da etibarnamə əsasında aparılması az deyil.

"Qafqazinfo" xəbər verir ki, son illər hətta qəza törətmiş sürücülərin növbəti ildə yüksək məbləğdə sığorta haqqı ödəməkdən yayınmaq üçün maşını digər şəxslərə etibarnamə verməklə onların adından avto-icbari sığorta etdirmələrinə də rast gəlinir.

Ancaq görünən odur ki, bundan sonra başqasına etibarnamə verənlər və ya etibarnamə əsasında avtomobil idarə edənlər bu barədə bir daha düşünməli olacaqlar.

Belə ki, Mərkəzi Bankın müvafiq dəyişikliyinə əsasən, sığorta müqaviləsi bağlanan zaman nəqliyyat vasitəsini qanunvericiliyə uyğun olaraq idarə etmək hüququ olan şəxslərin sayı birdən artıq olduqda, həmin şəxslər arasında ən yüksək riskə malik şəxsin Sığorta Tarixçəsi Əmsalı tətbiq olunacaq.

Yəni avtomobil üzrə başqa şəxslərə etibarnamə verilibsə, bu zaman onu sığorta etdirərkən təkcə həmin şəxsin yox, etibarnaməsi olan digər şəxslərin də sığorta tarixçəsi nəzərə alınacaq. Nəticədə sığorta etdirən qəza törətmiş olmasa da, avtomobili idarə etmək hüququ olan digər şəxslərə görə sığorta haqqı yüksək ola bilər. Həmçinin qəza törətmiş şəxs digərinə etibarnamə verməklə yüksək məbləğdə sığorta haqqı ödəməkdən yayına bilməyəcək. Beləliklə, avtomobili idarə etmək hüququ olan şəxslərdən yüksək riskli olanın sığorta tarixçəsinə uyğun sığorta haqqı müəyyən ediləcək.

Qaydaya görə, avtomobili 2 və ya daha çox şəxsin idarə etmək hüququnun mövcudluğu mülkiyyət hüququnu təsdiq edən sənəd, icarə və ya digər əşya hüquqlarına dair müqavilə, habelə nəqliyyat vasitələrinin istifadə edilməsi və ya ona sərəncam verilməsi hüquqları ilə bağlı etibarnamə əsasında müəyyən olunur. Yəni etibarnamə ilə yanaşı, qeyd edilən digər sənədlər də avtomobili 2 və ya daha çox şəxsin idarə etməsi deməkdir. Bu da sığorta haqqının hesablanmasında nəzərə alınacaq.

Yeri gəlmişkən, dəyişikliklərə əsasən, mövcud "Bonus-Malus" sistemi fərdi sığorta tarixçəsinə əsaslanan Sığorta Tarixçəsi Əmsalı ilə əvəz olunacaq. Bu mexanizmə əsasən, üçüncü şəxslərin səhhətinə və əmlakına zərər vurulan zaman zərər vuran şəxslərin sığorta haqlarına hər zərər vurduqları hadisəyə görə 30 faiz əlavə tətbiq olunacaq.

Hazırda qüvvədə olan qaydaya görə, sığorta haqqı hesablanarkən avtonəqliyyat vasitəsini yalnız bir şəxsin idarə etmək hüququ olduqda 1, iki və ya daha çox şəxsin idarə etmək hüququ olduqda 1.15 əmsal tətbiq edilir. Dəyişiklik qüvvəyə minəndən sonra avtonəqliyyat vasitəsi sahiblərinin sayı beş və ya daha çox olduqda 1.15 əmsal tətbiq ediləcək. Bu saydan az olduqda isə 1 əmsal tətbiq olunacaq.

Qeyd edək ki, yeni qayda 16 iyun 2026-cı ildən qüvvəyə minir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 747   Tarix: 09 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan heç vaxt öz ərazisindən qonşu ölkəyə qarşı istifadə olunmasına icazə verməz - Hikmət Hacıyev

Geosiyasi baxımdan regionumuzda vəziyyət çox çətindir. Bakıdan 200 km cənubda İran, ABŞ və İsrail arasında müharibə gedir. 200 km şimalda isə Rusiya-Ukrayna müharibəsi davam edir. Türkiyənin "Milliyet" qəzeti xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikas

05.08.2026 249
.

Kral ailəsində yeni körpə - Foto

Mərhum Kraliça II Elizabetin nəvəsi şahzadə Yevgeniya üçüncü dəfə ana olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə kral ailəsi rəsmi açıqlama yayıb. Məlumata görə, şahzadə və həyat yoldaşı Cek Bruksbank avqustun 3-də Lissabondakı xəstəxanada dünyaya gələn qız övladlarını qucağına alıb. Açıqlamad

05.08.2026 361
.

Rusiya BMT-də Ukrayna ilə bağlı yeni iddialar səsləndirdi

Ukrayna Afrikada terror fəaliyyəti ilə məşğuldur və Kiyevə verilən silahlar yaraqlıların əlinə keçir. xəbər verir ki, bu iddianı Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya missiyanın rəsmi internet səhifəsində yayımlanan açıqlamasında səsləndirib. Nebenzya bildirib ki, söhbət pilotsuz uçu

11:21 118
.

Yaddaş və diqqət üçün ən yaxşı içki hansıdır? - Nevroloqdan cavab

Nevroloq Kiran Bat koqnitiv sağlamlığın qorunması üçün ən faydalı hesab etdiyi içkinin qəhvə olduğunu açıqlayıb. xəbər verir ki, o, bu barədə Eating Well nəşrinə müsahibəsində danışıb. Həkimin sözlərinə görə, qəhvə yaddaşın və ümumilikdə beyin fəaliyyətinin dəstəklənməsində mühüm rol oynaya bilər.

10:57 148
.

Qulaqdakı bu əlamətlər ciddi xəstəlik xəbərçisi ola bilər

Əksər insanlar qulaqları yalnız eşitmə orqanı hesab etsələr də, əslində onlar orqanizmdə daha vacib funksiyalar yerinə yetirir. Daxili qulaqda yerləşən tarazlıq sistemi sayəsində insan ayaq üstə dayana, rahat yeriyə və ətraf mühitdə istiqamətini müəyyən edə bilir. Həkimlər bildirirlər ki, eşitmənin qəfi

05.08.2026 324
.

Şirvan kanalı bərpa edildi - Foto

Şirvan kanalının Göyçay rayonu ərazisindən keçən, sızma baş vermiş hissəsindəki bənd artıq bərpa edilib. Hazırda təmir-bərpa işləri tam yekunlaşdırılıb. "Qafqazinfo" xəbər verir ki, Yevlax, Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarında suyun verilişi bərpa olunub. Hacıqabul, Ağsu, Kürdəmir v

05.08.2026 225
.

Dostunun üzündə siqaret söndürdü, dəfələrlə həbs olundu - Qumara görə itirilən şöhrət

Bəzi futbolçular meydandakı oyunlarından çox, kənardakı davranışları ilə tarixə düşürlər. İngiltərə futbolunun ən mübahisəli simalarından biri hesab olunan Coi Barton da məhz belələrindəndır. O, istedadı ilə Premyer Liqada uzun illər oynasa da, karyerasını kölgədə qoyan saysız-hesabsız qalmaqalları il

05.08.2026 286
.

Tehran: ABŞ İrana zərbə endirsə, regiondakı enerji obyektləri hədəfə çevrilə bilər

İran Fars körfəzi ölkələrini ABŞ-ın İslam Respublikasına qarşı həyata keçirə biləcəyi hər hansı yeni hücumun regionun mühüm enerji infrastrukturuna yönəlmiş cavab tədbirləri ilə nəticələnəcəyi barədə xəbərdar edib. xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb. Agentliyin mənbəsinə istinadə

10:44 130
.

İran və Oman Hörmüz boğazı üzrə razılığa gəldilər

İran və Oman Hörmüz boğazından keçən yeni marşrutun coğrafi koordinatlarını razılaşdırıblar. Yaxın vaxtlarda bununla bağlı birgə bəyanat dərc oluna bilər. TASS-a istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai bildirib. "Tərəflərin nəzərdən keçirdiy

05.08.2026 324
.

TOP MP3