Azərbaycanda həyat sığortası üzrə ödənişlər 32 %-ə yaxın artıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 580,017 milyon manat sığorta haqqı toplanılıb.
"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,2 % çoxdur.
Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər isə 31,8 % artaraq 495,731 milyon manata çatıb.
Beləliklə, 7 ayda həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 85,5 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 70,8 manat təşkil edib.
Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1 milyard 6,409 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 7,3 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 671,436 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 26,9 % çoxdur.
7 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 66,7 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 56,4 manat olub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 100 Tarix: 30 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycandakı məscidlərdə 1500 nəfərə yaxın din xadimi fəaliyyət göstərir
Hazırda ölkə ərazisindəki 100-dən çox İslam dininə aid ibadət yerində 1500 nəfərə yaxın din xadimi fəaliyyət göstərir. Bu barədə "Report"un sorğusuna cavab olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Qeyd edilib ki, onlardan 343 nəfəri "Dini etiqad azadlığı haqqında"
13:20 112 Maaş və pensiyalar BU TARİXDƏ ARTACAQ - Rəqəm açıqlandı
Orta aylıq pensiyanın 10,5 faiz artaraq 594,4 manata çatması ilə bağlı xəbərdən sonra sosial şəbəkələrdə vətəndaşların narazılığı müşahidə olunur. Bir çoxları bildirir ki, bu artım onların aldığı pensiya, maaş və müavinətlərdə öz əksini tapmayıb. Vətəndaşlar həmçinin artan ərzaq və digər xərclər fonund
11:44 221 Ətlə bağlı VACİB AÇIQLAMA: Qiymətlər...
Son günlər paytaxt və bölgələrdə mal ətinin qiymətində artım müşahidə olunur. Belə ki, bir həftə əvvələ qədər Şəmkirdə dana ətinin kiloqramı 16 manata satılırdısa, hazırda bu rəqəm 17 manata çatıb. Göyçayda isə dana ətinin kiloqramı 18 manata satılır. Qəssabların sözlərinə görə, qiymət artımının səbəblərində
00:15 230 Oksana Rəsulovanın paylaşdığı azyaşlı ilə bağlı görüntülər gündəm oldu: DİN hərəkətə keçdi - VİDEO
Aktrisa Oksana Rəsulova sosial şəbəkə hesabında azyaşlı uşağa zorakılıq göstərildiyi iddia olunan görüntülər paylaşıb. xəbər verir ki, sənətçi paylaşımında görüntülərdə adıçəkilən psixoloq Ceyran Muradova ilə bağlı məsələnin araşdırılmasını istəyib. Oksana Rəsulova qeyd edib ki, məsələ ilə bağlı aidiyyət
15:12 135 Rus bölməsi bu fənni Azərbaycan dilində öyrənəcək
2026-2027-ci tədris ilindən etibarən ümumi təhsil müəssisələrinin tədrisi digər dillərdə aparılan VII siniflərdə "Azərbaycan tarixi" fənni Azərbaycan dilində tədris olunacaq. xəbər verir ki, bu barədə Report-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, bu yanaşmanın növbət
00:22 198 "Müştəridən pis qoxu gəlirdi" - Bakıda gəlinlik salonunda dava
Bakının Nizami rayonundakı ticarət mərkəzində dava olub. Hadisə "Laçın" Ticarət Mərkəzindəki "Nur" gəlinlik salonunda baş verib. Bakı şəhər sakini Afət Babayeva gəlini Aydan (ad-soyad şərti verilib - red.) ilə birlikdə nişan geyimi seçmək üçün həmin salona gəlib. Bu zaman orada satıc
13:33 184 Merts Leypsiq hava limanında dron hücumuna görə Rusiyanı günahlandırmaq niyyətindədir
Almaniya kansleri Fridrix Merts Leipsiq hava limanında pilotsuz uçuş aparatları (PUA) ilə hücum cəhdinə görə məsuliyyəti Rusiyanın üzərinə qoymaq və Moskvaya qarşı genişmiqyaslı sanksiyalar elan etmək niyyətindədir. "Report" xəbər verir ki, bu barədə "Politico" və "Welt am Sonntag"
12:30 129 Məktəblilərdə onurğa problemləri: Yanlış oturuş cərrahi müdaxiləyə səbəb ola bilər
Məktəblilərin dərslik və ya qadcetlər qarşısında düzgün oturmaması onurğa sütununa ciddi zərər vura bilər. xəbər verir ki, bunu rusiyalı ortoped-travmatoloq Andrey Litvinenko "Moskva 24"ə açıqlamasında deyib. Mütəxəssis qeyd edib ki, uzun müddət eyni vəziyyətdə qalmaq sağlamlıq üçün təhlük
10:15 129 Azərbaycanda manatla geniş pul kütləsi 20 %-ə yaxın artıb
Bu ilin avqustun 1-nə Azərbaycanda geniş mənada pul kütləsi (M3 aqreqatı) 53 milyard 925,5 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, iyulun 1-i ilə müqayisədə 1,9 %, ilin əvvəlinə nisbətən 8,15 %, 2025-ci ilin avqustun 1-i ilə müqayisəd
29.08.2026 143