İran ABŞ və İsrail rəsmilərinə qarşı sui-qəsdə hazırlaşır? - Təhdidlərin arxasında nə dayanır?
Yaxın Şərqdə ABŞ, İsrail və İran arasında qarşıdurmanın yenidən kəskinləşdiyi bir vaxtda Tehranla əlaqəli olduğu iddia edilən sui-qəsd təhdidləri gündəmin əsas mövzularından birinə çevrilib. İsrail Baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahu ABŞ-dan "ciddi təhlükə" səbəbilə təcili şəkildə İsrailə qaytarılıb. İsrailin Şin Bet xidməti təhlükənin mövcudluğunu təsdiqləsə də, bununla bağlı bütün detalları açıqlamayıb. Eyni zamanda, ABŞ-da Donald Trampın oğlu Barron Trampa qarşı mümkün sui-qəsd barədə İran dövlət televiziyasında yayımlanan məlumat Vaşinqtonda da narahatlıq yaradıb.
Tehran isə bu iddialardan birini rəsmi şəkildə təkzib edib. Bu hadisələr fonunda əsas sual yaranır: İran həqiqətən ABŞ və İsrailin yüksəkvəzifəli şəxslərinə və onların ailə üzvlərinə qarşı sui-qəsd əməliyyatlarına əl ata bilərmi, yoxsa yayılan məlumatlar qarşı tərəfə psixoloji və siyasi təzyiq vasitəsidir?
Mövzu ilə bağlı beynəlxalq ekspert, Azərbaycan Jewish Media-nın İsraildəki Büro rəhbəri İqor Roytapel BiG.AZ-a açıqlamasında bildirdi ki, ekspert kimi cavabım çox sadədir: bəli, belə bir təhlükə mövcuddur və onu qiymətləndirməmək olmaz. İran yalnız güc dilini anlayır. İsrail və ABŞ ilə birbaşa qarşıdurmadan sonra Tehran açıq müharibənin onun üçün böyük qiymətə başa gələcəyini çox yaxşı anlayır. Buna görə də ən təhlükəli ssenari məhz asimmetrik addımlar, təzyiq, diversiya və yüksək vəzifəli şəxslərə qarşı hücum cəhdləri ola bilər.
Amma burada ən mühüm məqam budur: İran anlamalıdır ki, bu qırmızı xətti keçərsə, nəticələri çox ağır olacaq.
İsrail və ABŞ bu gün İranın imkanlarını, strukturlarını və fəaliyyət metodlarını daha yaxşı anlayırlar. Yüksək səviyyəli İsrail və ya ABŞ rəsmisinə qarşı hər hansı sui-qəsd cəhdi Tehran üçün strateji səhvə çevrilə bilər.
Mən bunu belə ifadə edərdim: sual İranın buna cəsarət edib-etməyəcəyi deyil. Sual budur: İran bunun əvəzini ödəməyə hazırdırmı? Və məhz bu amil bu gün onları ən təhlükəli addımdan çəkindirməlidir.
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 195 Tarix: 31 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTbilisidə rusiyalı turist öldürüldü - Şübhəli saxlanıldı
Gürcüstan hüquq-mühafizə orqanlarının əməkdaşları Tbilisidə Rusiya vətəndaşı olan turisti öldürdüyü iddia edilən xarici vətəndaşı saxlayıblar. xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Xarici vətəndaş Daxili İşlər Nazirliyinin Tbilisi Polis İdarəsinin əməkdaşları tərəfindən hadisədən dərha
11:27 43 ABŞ İraqın sabiq maliyyə nazirinin vizasını ləğv edib
ABŞ Dövlət Departamenti əvvəllər korrupsiyaya qarşı mübarizəyə və gender bərabərliyinin təşviqinə görə Amerika mükafatına layiq görülən İraqın sabiq maliyyə naziri Taif Sami Məhəmməd əl-Şakərçinin vizasını ləğv edib. "Report" xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin qlobal ictimaiyyətl
30.08.2026 179 Avstriyada alpinistin dağlarda itirdiyi avadanlıq 63 il sonra ona qaytarılıb
lp dağlarında buzlaqda 60 ildən çox qalan bel çantası və alpinizm avadanlığı 86 yaşlı avstriyalı alpinistə qaytarılıb. xəbər verir ki, bu barədə "ORF Tirol" Tirol polisinə istinadən məlumat yayıb. Polisin məlumatına görə, dağ bələdçisi iyulun 16-da Zultsalferner buzlağında, dəniz səviyyəsində
30.08.2026 184 Gürcüstan əfv etdiyi Rusiya vətəndaşını üçüncü ölkəyə göndərəcək
Gürcüstanda həbs cəzasına məhkum edilmiş və Prezident Mixeil Kavelaşvili tərəfindən əfv olunan Rusiya vətəndaşı Denis Kulanin üçüncü ölkəyə deportasiya ediləcək. xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Tbilisi Şəhər Məhkəməsinin qərarına əsasən, Kulanin deportasiyadan əvvəl 48 saat ərzind
11:23 60 Azərbaycanda həyat sığortası üzrə ödənişlər 32 %-ə yaxın artıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 580,017 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,2 % çoxdur. Hesabat dövründə həyat sığortası növləri üzr
30.08.2026 173 Ukraynanın keçmiş müdafiə nazirinə İtaliyada yüksək vəzifə verildi
Ukraynanın keçmiş müdafiə naziri Mixail Fedorov İtaliyanın müdafiə naziri Guido Krozettonun müdafiə innovasiyaları üzrə müşaviri təyin edilib. xəbər verir ki, bu barədə məlumatı Fedorovun "Telegram" kanalı yayıb. Fedorov bildirib ki, İtaliyanın müdafiə naziri ilə görüşüb və ona göstərdiyi şəxs
30.08.2026 232 İsrail hərbçiləri Qəzzada "Nuhba"nın komandirini və HƏMAS yaraqlısını zərərsizləşdirib
İsrailin Müdafiə Ordusu Qəzza zolağının şimalında "Nuhba" xüsusi təyinatlı qüvvələrinin komandirinin və HƏMAS-ın bir yaraqlısının zərərsizləşdirildiyini açıqlayıb. "Report"un xəbərinə görə, bu barədə ordunun Mətbuat xidməti məlumat yayıb. Məlumata görə, "Nuhba" komandir
30.08.2026 224 ABŞ tarixində ən böyük pivə oğurluğu baş verib
"Pabst Blue Ribbon" pivə istehsalçısı ümumi çəkisi təxminən 18 ton olan 50 minə yaxın banka pivə daşıyan yük maşınının yoxa çıxdığı barədə məlumat yayıb. "Report" xəbər verir ki, bu barədə şirkət nümayəndələri "Instagram" sosial şəbəkəsində bildiriblər. Amerika mediası ba
30.08.2026 249 Putindən həbsdəki Köçəryana mesaj: "Mənəvi güc və dözümlülük arzulayıram"
Rusiya Prezidenti Vladimir Putin hazırda məhkəməyəqədər həbsdə olan Ermənistanın keçmiş Prezidenti Robert Köçəryanı təbrik edib. xəbər verir ki, Putinin Köçəryana ünvanladığı teleqramın məzmununu TASS agentliyi yayıb. "Sizə və ailənizə hazırda üzləşdiyiniz sınaqlar qarşısında səmimi qəlbdən cansağlığı
11:09 81