7 illik vergi güzəşti başa çatdı: Özəl sektoru hansı dəyişikliklər gözləyir? - İQTİSADÇIDAN AÇIQLAMA

7 illik vergi güzəşti başa çatdı: Özəl sektoru hansı dəyişikliklər gözləyir? - İQTİSADÇIDAN AÇIQLAMAAzərbaycanda qeyri-neft-qaz sektorunun özəl bölməsində çalışan vətəndaşlar üçün tətbiq edilən 7 illik gəlir vergisi güzəştinin müddəti başa çatıb. 2026-cı il yanvarın 1-dən etibarən güzəştin birdən-birə tam dayandırılması əvəzinə gəlir vergisinin mərhələli şəkildə tətbiqinə başlanılıb. Yeni mexanizmə əsasən, 2500 manatadək aylıq gəlirlər üzrə vergi dərəcəsi 2026-cı ildə 3 faiz müəyyənləşdirilib və bu göstəricinin növbəti iki ildə müvafiq olaraq 5 və 7 faizə çatdırılması nəzərdə tutulur. Dəyişikliyin əsas məqsədlərindən biri əvvəlki güzəşt mexanizminin yaratdığı imkanları qorumaqla vergi sisteminin mərhələli şəkildə yeni modelə keçirilməsidir. Dövlət Vergi Xidmətinin açıqlamasında bildirilib ki, yeni mexanizm iqtisadi fəallığın dəstəklənməsi, sahibkarların vergi yükünün azaldılması, rəsmi məşğulluğun qorunması və əmək münasibətlərinin rəsmiləşdirilməsinin təşviqinə xidmət edir.

Bəs 7 illik güzəştin tamamilə ləğv edilməsi əvəzinə mərhələli vergi modelinə keçilməsi iqtisadi baxımdan nə dərəcədə əsaslandırılmış qərardır? Yeni mexanizm işçilərin real gəlirlərinə, işəgötürənlərin əməkhaqqı siyasətinə, sahibkarların maliyyə planlaşdırmasına və ümumilikdə qiymətlərə necə təsir göstərə bilər? Dövlətin bu addımında əsas hədəf vergi daxilolmalarının artırılmasıdır, yoxsa özəl sektorda daha dayanıqlı və şəffaf vergi sisteminin formalaşdırılması?
7 illik vergi güzəşti başa çatdı: Özəl sektoru hansı dəyişikliklər gözləyir? - İQTİSADÇIDAN AÇIQLAMAMövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli BiG.AZ-a açıqlamasında bildirdi ki, bu qərarı iqtisadi baxımdan tamamilə yanlış hesab etmək olmaz, amma onun müsbət tərəfləri ilə yanaşı ciddi riskləri də var. Onun sözlərinə görə, yeddi il ərzində tətbiq olunan güzəştdən sonra vergi yükünün birdən-birə artırılması xüsusilə kiçik və orta sahibkarlıq subyektləri üçün ciddi maliyyə təzyiqi yaradıb: "Ona görə mərhələli keçid daha yumşaq mexanizmdir. Ancaq burada əsas problem güzəştin tədricən azaldılmasının özündə deyil, sahibkarın üzərinə düşən ümumi vergi və sosial ödəniş yükünün hansı səviyyəyə çatmasındadır. 7 il əvvəl sahibkar 18% gəlir vergisi ödəyirdi. İndi 3 ildən sonra 14% gəlir vergisi, 2% tibbi sığorta, 2% işsizlikdən sığorta da əlavə ediləndə elə həmin yük yenidən sahibkara yüklənir. Əgər məqsəd yalnız güzəşti aradan qaldıraraq büdcəyə daha çox vəsait toplamaqdırsa, bu, uzunmüddətli iqtisadi inkişaf baxımından o qədər də uğurlu yanaşma sayılmamalıdır. Çünki özəl sektorun üzərinə düşən vergi yükü artdıqca sahibkarın qazancı azalır. Sahibkarın qarşısında isə bir neçə seçim qalır: əməkhaqqı artımını məhdudlaşdırmaq, yeni işçi qəbulunu azaltmaq, investisiyanı təxirə salmaq və ya əlavə xərcləri məhsul və xidmətlərin qiymətinə keçirmək.

Bu baxımdan dəyişiklik əməkhaqqı siyasətinə də təsir göstərə bilər. İşəgötürən üçün işçinin yalnız əməkhaqqısı deyil, onunla bağlı bütün vergi və sosial öhdəliklər nəzərə alınır. Vergi yükünün artması əməkhaqqının artırılması imkanlarını müəyyən qədər məhdudlaşdırır. Xüsusilə aşağı və orta əməkhaqqı alan işçilər baxımından bu məsələ daha həssasdır. Əgər sahibkar əlavə vergi yükünü öz üzərinə götürə bilmirsə, əməkhaqqının xalis məbləğinin artımını ləngidə bilər.

Digər tərəfdən, sahibkarların bütün əlavə vergi yükünü qiymətlərə ötürməsi də mümkündür. Bu, xüsusilə rəqabətin zəif olduğu sahələrdə daha realdır. Lakin bunun inflyasiyaya
təsirini şişirtmək də düzgün olmaz. Vergi dəyişikliklərinin qiymətlərə təsiri iqtisadiyyatın ümumi vəziyyətindən, həmin sektorda rəqabətin səviyyəsindən və sahibkarların qiymətqoyma imkanlarından asılı olacaq. Yəni bu mexanizm özü-özlüyündə ciddi inflyasiya dalğası yaratmaya bilər, amma müəyyən məhsul və xidmətlər üzrə qiymət artımına əlavə təkan verə bilər.

Mərhələli keçidin sahibkar üçün əsas üstünlüyü proqnozlaşdırıla bilməsidir. Sahibkar vergi yükünün bir gündə kəskin dəyişmədiyini bildikdə gələcək xərclərini, əməkhaqqı fondunu, investisiya planlarını və qiymət siyasətini əvvəlcədən müəyyənləşdirə bilir. Bu, xüsusilə uzunmüddətli investisiya qərarları üçün vacibdir. Amma bunun üçün vergi siyasətinin tez-tez dəyişməməsi də şərtdir. Bir güzəştin yeddi ildən sonra başqa mexanizmlə əvəzlənməsi sahibkar üçün müəyyən qeyri-müəyyənlik yaradırsa, bu, investisiya mühitinə mənfi təsir göstərir.

Dövlət baxımından isə məsələ yalnız vergi daxilolmalarının artırılması ilə məhdudlaşmamalıdır. Əlbəttə, yeddi illik güzəştdən sonra vergi bazasının genişləndirilməsi büdcəyə əlavə gəlir gətirə bilər. Lakin dövlət daha çox vergi toplamaqla yanaşı, sahibkarın fəaliyyətini leqallaşdırmaq və şəffaflığı artırmaq məqsədini də güdməlidir. Əks halda vergi yükünün həddindən artıq yüksəldilməsi əks nəticə verə, bəzi sahibkarları fəaliyyətini kiçiltməyə, gəlirləri gizlətməyə və ya qeyri-rəsmi əmək münasibətlərinə qayıtmağa sövq edə bilər.

Ən ciddi tənqid edilə biləcək məqam isə güzəştlərin biznesin real məhsuldarlığını artırmaq üçün istifadə olunması məsələsidir. Yeddi illik güzəşt sahibkara inkişaf etmək, investisiya qoymaq, iş yerləri yaratmaq və fəaliyyətini şəffaflaşdırmaq üçün imkan verməli idi. Əgər bu müddət ərzində həmin məqsədlər tam reallaşmayıbsa, güzəştin sadəcə vergi yükünü sonradan artıran mexanizmə çevrilməsi düzgün deyil. Dövlət vergi güzəştindən çıxışı sahibkarın real dövriyyəsi, işçi sayı, əməkhaqqı səviyyəsi və investisiya fəaliyyəti ilə əlaqələndirən daha çevik model qura bilərdi.

Ümumiyyətlə, yeni mexanizmi sadəcə "özəl sektora əlavə vergi yükü" kimi qiymətləndirmək də, onu avtomatik olaraq "daha dayanıqlı vergi modeli" adlandırmaq da düzgün olmaz. Dayanıqlı vergi sistemi sahibkar üçün proqnozlaşdırılan, dövlət üçün gəlir gətirən, işçi üçün isə əməkhaqqının artımını boğmayan sistem olmalıdır. Əgər yeni mərhələli mexanizm bu üç tərəf arasında balans yarada bilməsə, vergi daxilolmalarının artmasına baxmayaraq, iqtisadi aktivliyə və özəl sektorun inkişafına mənfi təsir göstərəcək.

Əslində dövlətin əsas hədəfi "güzəşti necə ləğv edək?" sualı yox, "özəl sektorda necə daha çox yüksək maaşlı, şəffaf və məhsuldar iş yeri yaradaq?" sualı olmalıdır. Vergi siyasətinin uğuru da büdcəyə daxil olan əlavə manatla deyil, həmin vergi siyasətindən sonra bizneslərin nə qədər böyüməsi, əməkhaqlarının nə qədər artması və qeyri-rəsmi iqtisadiyyatın nə qədər azalması ilə ölçülməlidir".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 125   Tarix: 31 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

ABŞ-nin Venesuela planı üzə çıxdı: 17 neft yatağı gündəmdə

ABŞ sentyabr ayında Venesuela ilə uzunmüddətli enerji sazişi bağlandığını elan etməyə ümid edir. xəbər verir ki, bu barədə "The Washington Post" adları açıqlanmayan mənbələrə istinadən yazıb. Qeyd olunur ki, ABŞ dövlət katibi Marko Rubio və ABŞ-nin energetika naziri Kris Rayt sazişi elan etmə

30.08.2026 214
.

Azərbaycan media nümayəndələri Qırğızıstana gedirlər

Avqustun 31-də Prezident İlham Əliyevin Qırğız Respublikasına işgüzar səfəri başlayır. xəbər verir ki, Azərbaycan media nümayəndələri səfəri işıqlandırmaq üçün Qırğızıstana yola düşüblər

10:01 126
.

BƏƏ İrandan gətirilən dronla əməliyyat keçirdiyini bildirib

İran dövlət televiziyası daha əvvəl ABŞ-ın Larak adasına endirdiyi zərbələrə cavab olaraq Birləşmiş Ərəb Əmirliklərinin Əl-Minhad hava bazasına hücum edildiyini bildirmişdi. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, indi isə BƏƏ Müdafiə Nazirliyi bildirir ki, onun hava qüvvələri İrandan gələn pilotsu

11:10 137
.

Ukraynanın keçmiş müdafiə nazirinə İtaliyada yüksək vəzifə verildi

Ukraynanın keçmiş müdafiə naziri Mixail Fedorov İtaliyanın müdafiə naziri Guido Krozettonun müdafiə innovasiyaları üzrə müşaviri təyin edilib. xəbər verir ki, bu barədə məlumatı Fedorovun "Telegram" kanalı yayıb. Fedorov bildirib ki, İtaliyanın müdafiə naziri ilə görüşüb və ona göstərdiyi şəxs

30.08.2026 235
.

WSJ Tramp və Venesuelanın neft sövdələşməsinin detallarını açıqlayıb

ABŞ Prezidenti Donald Trampın Venesuela hakimiyyəti ilə neftə dair sövdələşməsi Vaşinqtonun "North American Blue Energy Partners" özəl şirkətində birbaşa pay almasını nəzərdə tutur ki, bu şirkətə də ölkə ehtiyatlarının beşdə birini təşkil edən təxminən 65 milyard barel ehtiyata malik 17 Venesuel

30.08.2026 264
.

Bakıda yayın son konserti keçirildi - Fotolar

İsti yay axşamlarında paytaxt sakinlərinin asudə vaxtının daha səmərəli təşkili məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti və rayon İcra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə istirahət günlərində şəhərin sakinləri və çoxsaylı qonaqlarının sevimli istirahət yerlərindən olan Nərimanov rayonundakı yen

10:48 146
.

Azərbaycanın Avrasiya siyasətində yeni mərhələ: ŞƏT platforması və Bakı

"Azərbaycan Prezidenti İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək üçün Qırğızıstana səfəri Avrasiya geosiyasi məkanında baş verən dəyişikliklər fonunda Azərbaycanın çoxvektorlu və balanslaşdırılmış xarici siyasət kursunun məntiqi davamıdır. Səfər Azərbaycanı

14:04 8
.

Rusiyada avtobusun yük maşını ilə toqquşması nəticəsində beş nəfər həlak olub

Rusiyanın Stavropol diyarında Gürcüstandan gələn avtobusun yük maşını ilə toqquşması nəticəsində beş nəfər həlak olub. "Report" xəbər verir ki, bu barədə regional prokurorluq məlumat yayıb. "İlkin məlumatlara görə, 30.08.2026-cı il tarixində gecə saatlarında "Qafqaz" federa

30.08.2026 293
.

Putindən həbsdəki Köçəryana mesaj: "Mənəvi güc və dözümlülük arzulayıram"

Rusiya Prezidenti Vladimir Putin hazırda məhkəməyəqədər həbsdə olan Ermənistanın keçmiş Prezidenti Robert Köçəryanı təbrik edib. xəbər verir ki, Putinin Köçəryana ünvanladığı teleqramın məzmununu TASS agentliyi yayıb. "Sizə və ailənizə hazırda üzləşdiyiniz sınaqlar qarşısında səmimi qəlbdən cansağlığı

11:09 151
.