"ŞƏT-in formalaşdığı dövrdən bu günə qədər dünya siyasətində ciddi dəyişikliklər baş verib" - BƏHRUZ QULİYEV
"Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Bişkekdə keçirilən sammiti 2026-cı ilin mühüm beynəlxalq siyasi hadisələrindən biri kimi diqqət çəkir. Avqustun 31-dən sentyabrın 1-dək Qırğızıstanın paytaxtında təşkil olunan görüşdə müxtəlif qitələri və siyasi-iqtisadi mərkəzləri təmsil edən dövlətlərin liderləri bir araya gəlir. Sammitdə 17 ölkənin rəhbərinin, eləcə də BMT-nin Baş katibi Antonio Quterreşin iştirakı nəzərdə tutulur". Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev BiG.AZ-a açıqlamasında deyib.
Ekspert qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu mötəbər tədbirdə iştirakı isə ölkəmiz baxımından xüsusi siyasi əhəmiyyət daşıyır. Çünki Azərbaycan son illərdə yalnız Cənubi Qafqazın deyil, daha geniş Avrasiya məkanının siyasi, iqtisadi və nəqliyyat proseslərində fəal iştirak edən dövlətlərdən birinə çevrilib.
"ŞƏT-in formalaşdığı dövrdən bu günə qədər dünya siyasətində ciddi dəyişikliklər baş verib. Təşkilat ilkin mərhələdə əsasən təhlükəsizlik və regional sabitlik məsələlərinə diqqət yetirirdisə, sonrakı illərdə onun gündəliyi əhəmiyyətli dərəcədə genişlənib. Bu gün ŞƏT çərçivəsində təhlükəsizliklə yanaşı, iqtisadiyyat, enerji, nəqliyyat, ticarət, rəqəmsal texnologiyalar, ekologiya, humanitar əlaqələr və regional inkişaf kimi məsələlər müzakirə olunur.Təşkilatın genişlənən coğrafiyası onun beynəlxalq sistemdəki çəkisini də artırıb.
Çin, Rusiya, Hindistan, İran, Pakistan və Mərkəzi Asiyanın dövlətlərini bir araya gətirən bu platformada müxtəlif siyasi baxışlara və iqtisadi maraqlara malik ölkələr dialoq aparırlar.Məhz bu xüsusiyyət ŞƏT-i müasir beynəlxalq münasibətlər sistemində diqqətçəkən çoxtərəfli platformalardan birinə çevirir. Azərbaycanın ŞƏT-lə münasibətləri son illərdə xüsusi dinamika qazanıb. Prezident İlham Əliyevin müxtəlif illərdə təşkilatın toplantılarında və "ŞƏT plyus" formatında keçirilən görüşlərdə iştirakı Azərbaycanın bu platformaya verdiyi əhəmiyyətin göstəricisidir. Azərbaycanın İqtisadiyyat Nazirliyinin məlumatlarına görə, Prezident İlham Əliyev 2025-ci ildə Çinin Tyantszin şəhərində keçirilən ŞƏT sammiti çərçivəsində "ŞƏT plyus" formatında görüşdə iştirak edib. Bu ardıcıllıq göstərir ki, Azərbaycan ŞƏT-i yalnız regional təhlükəsizlik məsələlərinin müzakirə olunduğu platforma kimi nəzərdən keçirmir.
Bakı üçün təşkilat həm də iqtisadi əməkdaşlıq, nəqliyyat bağlantıları, enerji, investisiya və Asiya ilə Avropa arasında əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətli imkanlar təqdim edir. Azərbaycanın xarici siyasətində əsas xüsusiyyətlərdən biri müxtəlif siyasi və iqtisadi mərkəzlərlə qarşılıqlı faydaya əsaslanan münasibətlərin inkişaf etdirilməsidir. ŞƏT də bu çoxşaxəli diplomatiyanın mühüm istiqamətlərindən biridir" - deyə, B.Quliyev əlavə edib.
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 759 Tarix: 31 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omi
10:13 243 Dövlət Bayrağımız qürurumuzdur
Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli "Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında" Sərəncamı ilə təsis edilib. Həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Azərbaycanın dövlət bayrağ
11:49 196 12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 30 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqi
11:44 207 Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ
16:13 1 Tramp İranın Qeşm adasına endirilən zərbələri şərh etdi
ABŞ Prezidenti Donald Tramp İranın Qeşm adasına gecə saatlarında endirilən zərbələri şərh edərək, bunu "kiçik hücum" adlandırıb. xəbər verir ki, Trampın açıqlaması "Fox News" telekanalında yayımlanıb. "Dünən gecə bir obyekti məhv etdik. Bu, sadəcə kiçik bir hücum idi. Müharib
10:50 193 MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir
Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı
15:11 119 Azərbaycan Respublikasının Dövlət Bayrağı milli suverenliyin simvoludur
Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Milli Bayrağı - Dövlət bayrağıdır. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Hər bir Azərbaycan vətəndaşı dövlət bayrağımıza, gerbimizə və himnimizə ehtiram göstərir, bun
11:17 207 Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı
Çində ibtidai sinif müəllimliyindən ayrılaraq iş dünyasına addım atan Maykl May təsis etdiyi sənaye materialları istehsalçısı "Crown New Materials Technology" şirkətinin ilkin kütləvi təklifi (IPO) vasitəsilə milyarderlər sırasına qoşulub. "Qafqazinfo" xəbər verir ki, Şençjen Fon
05.11.2026 415 Müstəqil Azərbaycanın Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d
12:02 205