Leyla Əhmədova xaricdə deyil, 1 aydır həbsdə imiş... - Detallar

Leyla Əhmədova xaricdə deyil, 1 aydır həbsdə imiş... - DetallarXəbər verdiyimiz kimi, tanınmış modelyer Leyla Əhmədova cinayət məsuliyyətinə cəlb edilib.

"Qafqazinfo"nun məlumatına görə, modelyer dələduzluqdan əlavə özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə, habelə vəzifə saxtakarlığında ittiham olunur.

İş üzrə 8 nəfər zərərçəkmiş qismində tanınıb.

"Konsern İnterturan"ın vitse-prezidenti Leyla Əhmədova sözügedən şirkətin rəhbəri olan atası Saday Əhmədovla əlbir olaraq Xətai rayonunda yerləşən üçmərtəbəli yaşayış binasının qanuni əsas və məhkəmə qərarı olmadan sökülməsini təşkil edib. Söküntü nəticəsində binada yaşayan 7 nəfər mülkiyyətçiyə 1 milyon manata yaxın ziyan dəyib.

Bundan başqa, L.Əhmədovanın torpaq sahəsinin satışını vəd etdiyi şəxsdən gələcək alqı-satqının avansı adı ilə 200 000 manat aldığı, əslində isə satmaq niyyətinin olmadığı və pulu şəxsi ehtiyaclarına xərclədiyi məlum olub.

Fotoda Leyla Əhmədova və atası Saday Əhmədov

Leyla Əhmədova xaricdə deyil, 1 aydır həbsdə imiş... - DetallarZərərçəkmişlərin şikayəti əsasında modelyer şübhəli şəxs qismində tutulub. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda zərər vurmaqla törədildikdə), 186-cı (özgənin əmlakını qəsdən məhv etmə və zədələmə) və 309-cu (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Hüquq-mühafizə orqanlarından əldə etdiyimiz məlumata görə, prokurorun təqdimatı əsasında L.Əhmədova barəsində Xətai Rayon Məhkəməsinin 3 avqust tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hakim Aygün Həsənovanın həbs qərarı Bakı Apellyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanılıb. Bir ay Bakı İstintaq Təcridxanasında qalan modelyer ötən gün Xətai Rayon Məhkəməsinin hakimi Elçin Nəsibovun qərarı ilə ev dustaqlığına buraxılıb.

Məhkəmə zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsini nəzərə alaraq belə qərar çıxarıb.

Məlumat üçün deyək ki, ev dustaqlığı həbsə birbaşa alternativ olan və şəxsin müəyyən məhdudiyyətlər çərçivəsində yaşayış yerini tərk etməsinə imkan verməyən qətimkan tədbiridir.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir, zəruri prosessual hərəkətlər həyata keçirilir.

Qeyd edək ki, Leyla Əhmədova barəsində həbs və ev dustaqlığı qərarları ilə bağlı ilk məlumatı "Qafqazinfo" yayıb. Xəbər dərc edildikdən sonra modelyer barəsindəki ittihamları təkzib edən açıqlamalar verib. O, məhkəmənin həbs qərarını da inkar edərək, ümumiyyətlə barəsində cinayət işi olmadığını iddia edib: "Yayılan məlumatın heç bir əsası yoxdur. Yanlış məlumatdır. Xaricdə idim, telefonum sönmüşdü. Belə bir şey olsaydı, prokurorluq özü məlumat yayardı".

"Qafqazinfo" olaraq bildiririk ki, sözügedən xəbərlərimiz bir neçə mötəbər mənbə tərəfindən təsdiqlənib və müvafiq məhkəmə qərarlarına əsaslanır. Yəqin ki istintaq orqanı da tezliklə bu barədə məlumat yayacaq.

Leyla Əhmədovanın fərqli mövqeyi varsa, qanunvericilikdə nəzərdə tutulan qaydada məhkəməyə müraciət edə bilər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 436   Tarix: 09 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Qazaxıstan Respublikasının milli bayramı - Respublika Günü münasibətil

11:26 111
.

"Axios": İran ABŞ-nin xaricdəki diplomatlarına sui-qəsdlər hazırlayır

Amerika kəşfiyyatı İranın xaricdə işləyən ABŞ diplomatlarına və vəzifəli şəxslərinə qarşı sui-qəsdlər təşkil etmək planlarına dair məlumatlara malikdir. "Report"un "Axios"a istinadən məlumatına görə, bu barədə oktyabrın 23-də ABŞ Dövlət katibi Marko Rubiyoya göndərilmiş xidməti qeydd

24.10.2026 249
.

Latviya ərazisində PUA qalıqları aşkarlanıb

Latviyanın Aluksne diyarının Liepna volostunda pilotsuz uçuş aparatının (PUA) qalıqları aşkarlanıb. "Report" xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin sosial şəbəkələrdə yaydığı məlumatda deyilir. "Oktyabrın 18-də Latviyanın hava məkanına daxil olduğu ehtimal edilən xaric

12:30 0
.

"General Hospital" 20 min manat CƏRİMƏLƏNDİ

Bakının Qaraçuxur qəsəbəsində fəaliyyət göstərən "Seymur-M" Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus klinikada yoxlama aparılıb. Teleqraf-ın əldə etdiyi məlumata görə, Səhiyyə Nazirliyinin Analtik Ekspertiza Mərkəzinin Tibbi Nəzarət şöbəsi tərəfindən MMC-yə məxsus "General Hospital" tib

24.10.2026 212
.

Azərbaycan şəkər ixracından qazancını 2,5 dəfəyə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 221,264 milyon ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 8,3 % çoxdur. Hesabat dövründə Azərbaycan həmçini

24.10.2026 230
.

Polşa ABŞ-nin nüvə çəkindirmə proqramına qoşulmaq niyyətindədir

Polşa NATO çərçivəsində Amerikanın nüvə silahından birgə istifadə proqramına qoşulmağa çalışır və eyni zamanda bu sahədə əməkdaşlıq barədə Fransa ilə danışıqlar aparır. "Report"un Polşanın "WNP.pl portalına istinadən məlumatına görə, bunu Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamı

11:15 120
.

Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - YENİLƏNİB+Foto/Video

Oktyabrın 24-də Bakı Kristal Zalında 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının (FIFA U-15 World Cup and Festival) rəsmi açılış mərasimi keçirilib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriba

24.10.2026 368
.

Eboladan ölənlərin sayı 4 757 nəfərə yüksəlib

Konqoda Ebola qızdırmasına yoluxma hallarının təsdiqlənmiş sayı 9 816-ya yüksəlib. "Report"un məlumatına görə, bu barədə ölkənin Kommunikasiyalar və KİV Nazirliyinin məlumatında deyilir. "Cavab tədbirləri ölkənin 8 əyalətində və 66 tibbi rayonunda davam etdirilir. Artıq 9 816 təsdiqlənmi

14:30 0
.

Azərbaycanda 9 ayda kolbasa istehsalı 9 %-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 25 min 216,5 ton kolbasa məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin göstəricisi ilə müqayisədə 9,1 % çoxdur. Bu ilin oktyabr ayının 1-nə ölkədə 19,5 ton hazır məhsul ehtiyatı yaranı

13:20 0
.