Neftin qiyməti 200 dollara çata bilər? - İQTİSADÇIDAN AÇIQLAMA
Neftin qiymətinin yenidən 100 dollar həddini keçməsi dünya enerji bazarında diqqəti mümkün daha böyük bahalaşma ssenarilərinə yönəldib. Sentyabrın 9-da Brent markalı neftin bir barrelinin qiyməti 101 dollardan yuxarı qalxıb. Yaxın Şərqdə davam edən gərginlik və neft tədarükündə mümkün fasilələrlə bağlı narahatlıqlar qiymətlərin yüksəlməsinə təsir göstərən əsas amillər sırasında yer alır.
Financial Times-da da neft bazarında kəskin bahalaşma riskləri müzakirə edilir. Bu fonda əsas sual isə budur: neftin qiymətinin 200 dollara çatması real ssenaridirmi?
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli BiG.AZ-a açıqlamasında bildirdi ki, neftin 200 dollara çatması mümkündür, amma bunu hazırda əsas ssenari kimi qiymətləndirmək düzgün olmaz. Onun sözlərinə görə, dünən Brent markalı neftin 101,21 dollara qədər yüksəlməsi artıq ciddi siqnaldır və artımın əsas səbəbi ABŞ-İran qarşıdurmasının dərinləşməsi, Hörmüz boğazından neft daşımalarının kəskin azalması və Yaxın Şərqdə yeni təchizat risklərinin yaranmasıdır: "Financial Times da hazırkı vəziyyətdə bazardakı ehtiyatların getdikcə azaldığını və təchizat probleminin əvvəlkindən daha ciddi olduğunu qeyd edir. 200 dollar səviyyəsi isə əsasən böhranın nə qədər uzanacağından asılıdır. Bunu isə politoloqlar dəqiqləşdirməlidir. Əgər Hörmüz boğazında normal gəmiçilik uzun müddət bərpa olunmasa, regiondakı neft hasilatı və infrastruktura zərər daha da artsa, bazara gündəlik milyonlarla barel neft çıxmasa, qiymətin əvvəlcə 120-150 dollara, daha sonra isə ekstremal ssenaridə 200 dollara yaxınlaşması real ola bilər. Hazırda boğazdan keçən neft axınının əvvəlki təxminən 8 milyon barel/gündən 1 milyon barel/günə qədər düşdüyü bildirilir.
Amma 200 dolların uzun müddət davam edən qiymətə çevrilməsi daha çətin məsələdir. Belə bir qiymət dünya iqtisadiyyatında tələbin azalmasına, alternativ enerji mənbələrinə keçidin sürətlənməsinə və ABŞ, Kanada, Braziliya kimi istehsalçıların hasilatı artırmasına səbəb olar. Yəni yüksək qiymət müəyyən müddətdən sonra özü bazarda tələbi zəiflədərək qiymətin daha da yüksəlməsinə mane olan amilə çevrilə bilər.
Mənim fikrimcə, indiki şəraitdə 200 dolları istisna etmək olmaz, amma yaxın perspektiv üçün 120-150 dollar diapazonu daha real risk zonasıdır. 200 dollar isə artıq genişmiqyaslı enerji böhranı, uzunmüddətli Hörmüz blokadası və Yaxın Şərqdə neft infrastrukturuna ciddi zərbələr tələb edən ekstremal ssenaridir. Amma bu baş versə bazar istirakçılarının heç birinə uzunmüddətli divident gətirməyəcək. Hazırda bazarın əsas qorxusu məhz münaqişənin bu istiqamətdə inkişaf etməsi və genişlənməsidir".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 872 Tarix: 10 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Volkswagen" daha 10 mindən çox işçisini ixtisar etməyə hazırlaşır
Almaniyanın "Volkswagen" avtokonserni 2030-cu ilə qədər daha 12 min işçisini ixtisar etmək niyyətindədir. "Report" "Spiegel"ə istinadən xəbər verir ki, şirkət bu barədə Hannoverdə işçilərin nümayəndələri ilə keçirilən görüşdən sonra elan edib. İki il əvvəl, həm əsas brendin
12:20 192 Gürcüstanda məktəbə hücum planlaşdıran yeniyetmələr saxlanılıb
Gürcüstanın hüquq-mühafizə orqanlarının əməkdaşları məktəbə silahla hücum etməyi planlaşdıran iki yeniyetməni saxlayıblar. "Report" xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğu məlumat yayıb. Prokurorluğun məlumatına görə, saxlanılanlar aprel və mayda sosial şəbəkədə tanış olubla
22:00 0 Deputatın oğlunun həbsi ilə bağlı material Apellyasiya Məhkəməsinə göndərildi - YENİLƏNİB+VİDEO
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı iş üzrə təqsirləndirilən digər şəxs - deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadə barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı material Bakı Apellyasiya Məhkəməsinə göndərilib. BİG.AZ "Report"a istinadən xəbər verir ki, buna səbə
19:24 201 "Axios": Tramp administrasiyası Netanyahunun fəaliyyətindən narazıdır
ABŞ Prezidenti Donald Trampın administrasiyasındakı bəzi müşavirlər hesab edirlər ki, İsrailin Baş naziri Benyamin Netanyahu və onun ifrat sağçı koalisiya tərəfdaşlarının hökumətdə təmsil olunmadığı yeni hökumətlə Vaşinqtonun Yaxın Şərq siyasətini həyata keçirməsi daha asan ola bilər. "Report"
20:30 0 İranın təhdidləri ABŞ-ni qorxutdu: Diplomatlar təcili təxliyə olunurlar
ABŞ hökuməti İran tərəfindən gözlənilən hücum xəbərdarlıqları fonunda Yaxın Şərqdə yerləşən bəzi nümayəndəliklərindən diplomatları və onların ailə üzvlərini təcili şəkildə təxliyə etməyə başlayıb. xəbər verir ki, bu barədə məlumatı mənbələrə istinadən CNN telekanalı yayıb. "Təxliyə prosesi məyusedic
12:10 194 Eboladan ölənlərin sayı 4 757 nəfərə yüksəlib
Konqoda Ebola qızdırmasına yoluxma hallarının təsdiqlənmiş sayı 9 816-ya yüksəlib. "Report"un məlumatına görə, bu barədə ölkənin Kommunikasiyalar və KİV Nazirliyinin məlumatında deyilir. "Cavab tədbirləri ölkənin 8 əyalətində və 66 tibbi rayonunda davam etdirilir. Artıq 9 816 təsdiqlənmi
14:30 167 Məktəblərdə 5 gün dərs olmayacaq - TARİXLƏR
Noyabrın 16-dan dövlət ümumi təhsil müəssisələrində 2026/2027-ci tədris ili üzrə payız tətili başlayacaq. xəbər verir ki, payız tətili noyabrın 16-dan 20-dək davam edəcək. Qeyd edək ki, noyabrın 21-i və 22-si şənbə və bazar günlərinə təsadüf edir. Beləliklə, şagirdlər üçün ilk dərs günü noyabrın 23-
00:33 633 Hörmüz boğazı uğrunda mübarizə: Trampdan diqqətçəkən bəyanat
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının tamamilə ABŞ-nin nəzarətində olduğunu və belə də qalacağını bildirib. xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarının gedişini şərh edərkən bu fikirləri səsləndirib. "İran hazırda, demək ola
16:10 148 Meqan Marklın atası ilə bağlı yeni təfərrüatlar üzə çıxıb
Sasseks hersoginyası Meqan Marklın atası, 82 yaşlı Tomas Markl ətrafında yaranan qalmaqalla bağlı yeni təfərrüatlar üzə çıxıb. Axşam.az xəbər verir ki, Meqan daha əvvəl açıqlamasında uzun illərdir ünsiyyət saxlamadığı atası haqqında narahatedici məlumatlardan 2018-ci ildə xəbər tutduğunu deyib. Meqanı
12:40 203