Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto/Video

Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto/VideoOktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov: "Sözü Azərbaycan Respublikasının hörmətli Prezidenti, Zati-aliləri, cənab İlham Heydər oğlu Əliyevə vermək istəyirəm. Buyurun".

Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək deyib:

"Hörmətli Sərdar Qurbanquliyeviç.

Hörmətli sammit iştirakçıları.

İlk növbədə, Xəzər Ekoloji Sammitinin keçirilməsi təşəbbüsünə görə Türkmənistan Prezidentinə təşəkkürümü bildirirəm. Əminəm ki, sammit Xəzər dənizinin ekoloji problemlərinin həllində bizim qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsinə kömək edəcək.

Xəzər dənizi əsrlər boyu ölkələrimizi və xalqlarımızı birləşdirir. Bu gün Xəzərin iqtisadi və strateji əhəmiyyəti daha da artır. Xəzərdən mühüm nəqliyyat və enerji marşrutları keçir, iri beynəlxalq layihələr reallaşdırılır. Belə olan şəraitdə Xəzərin sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorunması prinsipial dərəcədə vacibdir. Bu, bütün Xəzəryanı dövlətlərin maraqlarına cavab verir və əməkdaşlığımızın daha da inkişafı üçün zəruri şərait yaradır.

Eyni zamanda, onun ekoloji vəziyyətinə xüsusi diqqət yetirilməlidir. Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlər üçün müştərək vəzifədir. Ötən illər ərzində ölkələrimiz tərəfindən geniş müqavilə-hüquqi baza yaradılıb. Azərbaycan demək olar ki, bütün beştərəfli beynəlxalq hüquqi sənədlərin iştirakçısıdır. 2018-ci ildə imzalanmış "Xəzər dənizinin hüquqi statusu haqqında" Konvensiya tarixi əhəmiyyətə malikdir. Bu, Xəzəryanı beş dövlətin uzun illər apardıqları birgə işin nəticəsidir.

Aydındır ki, Xəzərin ən ciddi problemlərindən biri onun dayazlaşmasıdır. Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi artıq uzun illərdir davam edir. Təəssüf ki, bu proses son vaxtlar nəzərəçarpacaq dərəcədə sürətlənib və vəziyyət pisləşməkdə davam edir. Dəniz akvatoriyasının əhəmiyyətli dərəcədə azalması müşahidə olunur. Dəniz səthinin ümumi sahəsi artıq 20 min kvadratkilometrdən çox azalıb. Hazırkı tendensiyaların davam edəcəyi təqdirdə nəticələr fəlakətli xarakter ala bilər. Dayazlaşma problemi yalnız ekoloji meyarla ölçülmür. Dəniz səviyyəsinin azalması ölkələrimizin maraqlarına birbaşa təsir göstərir, sahil rayonlarında insanların həyatına, iqtisadiyyata və nəqliyyata təsir edir. Sahil xəttinin geri çəkildiyini, ekosistemin dəyişdiyini, limanlar və digər sahilyanı infrastrukturun işində problemlərin yarandığını görürük. Xəzərin səviyyəsinin aşağı düşməsi səbəbindən təkcə dənizin Azərbaycan hissəsində təxminən 30 min hektar quru sahə əmələ gəlib.

Hələ 2022-ci ildə Aşqabadda keçirilən altıncı Xəzər Sammitində Xəzər dənizinin dayazlaşması kontekstində bunun səbəblərini müəyyən etmək və dəniz səviyyəsinin daha da aşağı düşməsinin qarşısını almaq üçün tədbirlər görmək məqsədilə xüsusi ekspert qrupları yaratmağı təklif etmişdim. Ötən illər bu təşəbbüsün aktuallığını təsdiqlədi. Problemin ümumi müzakirəsindən əməkdaşlıq və qərarların icrasına nəzarət üçün daimi fəaliyyət göstərən mexanizmin yaradılmasına keçməliyik. Hər şeydən əvvəl Xəzər dənizinin səviyyəsinin aşağı düşməsinə təsir edən amillərin bütün kompleksini müəyyənləşdirməliyik və vəziyyətin gələcək inkişafının obyektiv elmi qiymətləndirilməsinə malik olmalıyıq.

Aydındır ki, Xəzərin səviyyəsinin aşağı düşməsi yalnız iqlim dəyişmələri ilə bağlı deyil. Əsas səbəblərdən biri çay axınının azalması və təsərrüfat fəaliyyəti ilə bağlı antropogen amillərdir. Bununla yanaşı, baş verən dəyişikliklərin potensial uzunmüddətli nəticələrinin qiymətləndirilməsi və artıq bu gün qərarlar qəbul edilərkən onların nəzərə alınması bizim üçün vacibdir. Belə bir yanaşma zəruri tədbirləri vaxtında həyata keçirməyə və dəniz səviyyəsinin daha da aşağı düşməsinin nəticələrini minimuma endirməyə imkan verəcək. Hesab edirik ki, zəruri hüquqi baza, elmi potensial və qarşılıqlı fəaliyyət təcrübəsi konkret praktiki nəticələrə nail olmaq üçün güclü təməl yaradacaq. Xəzər bizim ümumi sərvətimizdir. Onun nadir ekosistemini qorumaq və gələcək nəsillərə ötürmək bizim ümumi məsuliyyətimizdir. Ümidvaram ki, bugünkü sammit bu yolda mühüm addım olacaq.

Diqqətinizə görə təşəkkür edirəm".

Prezident Sərdar Berdiməhəmmədov: "Hörmətli İlham Heydər oğlu, çox sağ olun. Dərinməzmunlu çıxışınıza görə təşəkkür edirəm. Xəzər dənizinin ekoloji vəziyyətinin yaxşılaşdırılması qardaş Azərbaycan kimi Türkmənistanın da daxili və xarici siyasətinin prioritetləri sırasındadır. Xəzərin ekoloji gündəliyinin bütün spektri üzrə tərəfdaşlarımızla əməkdaşlığı davam etdirməyə hazırıq.

Sizin konstruktiv çıxışınız üçün bir daha təşəkkür edirəm".

14:01

Oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.

Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto/Video


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 355   Tarix: 09 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycandakı qadın futbol hakimlərinin sayı açıqlandı

Azərbaycanda fəaliyyət göstərən qadın futbol hakimlərinin sayı açıqlanıb. Bu barədə -ın sorğusuna AFFA-nın mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilib ki, hazırda ölkəmizdə ümumilikdə 11 qadın futbol hakimi fəaliyyət göstərir. Onlardan 3-ü FIFA dərəcəli hakimdir. Bildirilib ki, 2026-2027-c

09.10.2026 259
.

İlham Əliyev və Ramzan Kadırov "Bakı Ağ Şəhər"də olublar - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov oktyabrın 10-da "Bakı Ağ Şəhər"də olublar. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, "Bakı Ağ Şəhər" layihəsinin icraçı direktoru Ruslan Sadıxov Rusiyanın Çeçenista

16:13 101
.

Qarabaşaq yarmasını tez-tez yemək üçün 5 mühüm SƏBƏB

Qarabaşaq sıyığı uzun illərdir bir çox insanın gündəlik qidalanmasının ayrılmaz hissəsinə çevrilib. Lakin bu məhsulun qida dəyəri yalnız toxluq hissi yaratması ilə məhdudlaşmır. xarici mediaya istinadən qarabaşaq yeməyin 5 faydalı xüsusiyyətini təqdim edir. 1. Qarabaşaq orqanizmi qida lifləri ilə təmi

09.10.2026 312
.

Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi

"Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında" Sərəncamda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan il

11:00 265
.

Dinin hakim olduğu ölkələrdə yaşananları görmürükmü? - Rəşad Məcid

"Səmimi hicab tərəfdarlarının bəzən məsumluqla müxtəlif dəlillər gətirməsi mümkündür". xəbər verir ki, bu sözləri Mətbuat Şurasının sədri Rəşad Məcid sosial şəbəkə hesabındakı paylaşımında bildirib . "Hicaba qadağa yoxdur axı! Ancaq orta məktəblərə aid olan vahid geyim tərzi qərarını

09.10.2026 488
.

Sumqayıtda yanacaqdoldurma məntəqəsinin qarşısında avtomobil yanıb

Sumqayıtda avtomobil yanıb. "Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin Sülh prospektində yanacaqdoldurma məntəqəsinin qarşısında qeydə alınıb. Belə ki, yanan həmin ərazidə hərəkətdə olan "VAZ-2105" markalı minik avtomobili olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyini

17:10 0
.

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

"2024-cü ilin dekabrında Bakı-Qroznı təyyarəsinin qəzaya uğraması ilə əlaqədar öz adımdan, bütün çeçen xalqı adından bir daha dərin hüznlə başsağlığı vermək istəyirəm. Bu, bizim ortaq kədərimizdir". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Federasiyası Çeçenistan Respublikasını

15:57 93
.

Hamı eyni formada, diqqət isə təhsildə - Vahid məktəbli geyiminin əhəmiyyəti

"Məktəblərdə vahid geyim formalarının tətbiqi yalnız geyim məsələsi deyil, həm də təhsil müəssisələrində sosial bərabərliyin, vahid məktəb mühitinin və ümumi davranış mədəniyyətinin formalaşdırılması baxımından əhəmiyyətlidir". Bu sözləri BİG.AZ-a açıqlamasında elm və təhsil eksperti Rizva

13:57 182
.

ABŞ-də "İsayas" qasırğası səbəbindən 860 mindən çox insan işıqsız qalıb

ABŞ-nin cənub-şərqində 860 mindən çox insan bu mövsümün ilk Atlantik qasırğası olan "İsayas" səbəbindən elektriksiz qalıb. "Report" "The Guardian"a istinadən xəbər verir ki, təbii fəlakət ən çox Alabama və Floridanın şimal-qərb hissəsinə təsir edib. Qasırğa oktyabrın 9-d

15:50 95
.