Qiymətlər 30 faiz artır - Geciksəniz, DAHA ÇOX ÖDƏYƏCƏKSİNİZ

Qiymətlər 30 faiz artır - Geciksəniz, DAHA ÇOX ÖDƏYƏCƏKSİNİZ"2026-cı ildə də Yeni il ərəfəsində bölgələrdəki istirahət mərkəzlərinə tələbatın yüksək olacağı gözlənilir. Çünki rezervasiyalar əvvəlcədən həyata keçirilir. Ən azı üç ay öncədən yer sifariş edənlər daha sərfəli qiymətlər əldə edə bilirlər. Belə olduqda rezervasiyanı 10-15 faiz daha ucuz qiymətə etmək mümkündür".

Bunu "Yeni Sabah"a turizm məsələləri üzrə ekspert Cabir Dövlətzadə deyib.

O bildirib ki, dekabr ayının əvvəlinə qədər bölgələrdəki istirahət mərkəzlərində doluluq səviyyəsi 80-90 faizə çatır:

"Bu səbəbdən istirahət yerlərini əvvəlcədən rezervasiya etmək daha məqsədəuyğundur. Bu, artıq formalaşmış bir tendensiyadır. Azərbaycanlı turistlər Yeni ili xaricdə keçirməkdənsə, ailələri ilə birlikdə ölkə daxilindəki istirahət mərkəzlərinə üz tutmağa üstünlük verirlər. Xüsusilə dekabrın 30-dan yanvarın 3-dək olan dövrdə ölkədə qeyri-iş günlərinin olması bölgələrdə turist sıxlığını artırır.

Bakıda isə xarici turistlər arasında ilk yerləri Rusiya, daha sonra Türkiyə vətəndaşları tutur. Onlar əsasən şəhərin mərkəzi ərazilərindəki hotellərdə yerləşir, restoranlarda Yeni il tədbirlərinə qatılırlar. Yeni il turizm sektoru üçün hər zaman əlverişli dövr hesab olunur. Ümid edirik ki, bu il də Azərbaycanda təhlükəsizlik və əmin-amanlıq yüksək səviyyədə olacaq, həm yerli, həm də xarici turistlər ölkəmizə səfər edəcəklər".

Ekspert qeyd edib ki, bayram günlərində hotel və restoranlarda qiymətlər 30 faizədək artır:

Bununla belə, bayram günlərində bölgələrdəki istirahət mərkəzlərində, hotellərdə və şəhərin mərkəzində yerləşən restoranlarda qiymətlər ucuz olmur. Əksinə, qiymətlər ən azı 30 faizədək arta bilir. Gec rezervasiya edən müştərilər isə bu bahalaşma ilə üzləşirlər. Buna görə də istirahət yerini əvvəlcədən sifariş etmək həm daha münasib qiymət əldə etmək, həm də yer tapmaq baxımından daha məqsədəuyğundur".

Məsələyə münasibət bildirən turizm məsələləri üzrə ekspert Ceyhun Aşurov bildirib ki, Yeni il ərəfəsində, xüsusilə bayram tətili günlərində insanlar və ailələr bölgələrə səfər edərək istirahətlərini səmərəli keçirməyə çalışırlar:

"Tələbatın artması təbii olaraq qiymətlərə də təsir göstərir. Bununla belə, hər il bazara yeni yerləşmə məkanlarının daxil olması qiymətlərin kəskin artmasının qarşısını alır.

Son illərdə insanlar bölgələrə səfərlə yanaşı, xarici ölkələrə də üz tuturlar. Bu, əsasən şəxsi zövq, tələbat və maddi imkanlarla bağlıdır. Bölgələr arasında isə daha çox tanınmış və populyar turizm istiqamətlərinə tələbat olduğunu görürük. Xüsusilə Quba, Qusar, Qəbələ və Şəki istiqamətləri daha çox seçilir.

Cənub bölgəsinə də maraq var. Burada mövcud infrastruktur və otellərin imkanları turistlər üçün müxtəlif tədbirlərin, şənliklərin və konsertlərin təşkilinə şərait yaradır. Beləliklə, istirahətə gələn insanların əyləncəli vaxt keçirməsi də təmin olunur.

Adətən, bu istiqamətlər üzrə bir gecəlik, iki günlük və ya iki gecəlik, üç günlük istirahət paketləri təklif edilir. Lakin hazırda Yeni il ərəfəsi üçün nəzərdə tutulan paketlər hələ satışa çıxarılmayıb".

Ekspert ilin sonu və Yeni il bayramı üçün nəzərdə tutulan paketlərin adətən əvvəlcədən hazırlandığını deyib:

"Turizm şirkətləri bu paketləri reklam edərək satışını həyata keçirirlər. Bəzi hallarda isə otellər birbaşa özləri satış edirlər. Azərbaycanda daxili turizm üzrə, xüsusilə bu cür istirahət paketlərinin qiymətində oteldən birbaşa və ya turizm şirkəti vasitəsilə sifariş verilməsi arasında ciddi fərq olmur. Hər iki halda qiymət, əsasən, eyni olur.

Daha münasib qiymətlərlə istirahət etmək istəyənlər üçün Gəncə, Naftalan, İsmayıllı və cənub bölgəsi kimi istiqamətlər də alternativ sayıla bilər. Xüsusilə Gəncə və Naftalan istiqamətlərində nəqliyyat imkanları, o cümlədən sürətli qatarla səfər etmək imkanı turistlər üçün əlavə rahatlıq yaradır. Cənub bölgəsinə səfər də əlverişli seçimlərdən biridir. Ümumilikdə, yerləşmə, qidalanma və əyləncə xərcləri nəzərə alındıqda, Gəncə və Naftalan istiqamətləri daha münasib qiymətli istirahət imkanları ilə seçilir.

Xarici ölkələrə təşkil olunan turlara gəlincə, burada seçim imkanları daha genişdir. Üstəlik, xarici istiqamətlər üzrə tur paketlərini indidən araşdırmaq, qiymətləri müqayisə etmək və müxtəlif təklifləri dəyərləndirmək mümkündür".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 235   Tarix: 10 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sami Yusifin "Qarabağımsan" layihəsi təqdim edildi - Video

Məşhur müğənni və bəstəkar Sami Yusif 5 illik fasilədən sonra Qarabağa həsr olunmuş yeni layihəsini təqdim edib. "Qafqazinfo" xəbər verir ki, sənətçi bu barədə "X" hesabında paylaşım edib. "5 ildən sonra "Qarabağımsan" (Bülbül diyarı) nəhayət ki, işıq üzü gördü. B

10:42 226
.

Astronomiyada sıçrayış: Günəş sisteminin 9-cu planetinin ilk izləri aşkar edildi

Alimlər Doqquzuncu planetin axtarışında, görünür, mühüm irəliləyiş əldə ediblər. Onlar parlaqlığı və yavaş hərəkəti Yerdən və Günəşdən belə uzaqlıqda yerləşən kosmik cisim üçün gözlənilən göstəricilərə tam uyğun gələn zəif bir obyekt aşkar ediblər. Qaynarinfo "Wion"a istinadən xəbər verir ki

09.10.2026 357
.

Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib - Video

Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib. həmin paylaşımı təqdim edir:

11:50 182
.

Ağdamda sənaye məhsullarının dəyəri ötən il 17 dəfədən çox artıb

2025-ci ildə Ağdam rayonunda 1 milyard 2 milyon 670,3 min manat dəyərində sənaye məhsulu (işlər, xidmətlər) istehsal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilə nisbətən 17,4 dəfə çoxdur. Bunun 973 milyon 26,5 min manat

16:30 133
.

Lənkəranın 5 kəndinə dolu düşdü - Foto

Lənkəranda qeyri-sabit hava şəraiti müşahidə olunur. "Qafqazinfo" xəbər verir ki, bir sıra yaşayış məntəqələrinə dolu düşüb, daha sonra intensiv yağış yağıb. Belə ki, saat 09:00 radələrindən başlayaraq Separadi, Tükəvilə, Zövlə, Şağlaser və Boladi kəndlərində, eləcə də Liman şəhərində dol

10:27 218
.

Putinlə Paşinyan arasında qısa görüş: Diqqətçəkən görüntülər yayıldı

Rusiya Prezidenti Vladimir Putin Türkmənistanda keçirilən MDB sammiti çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla üzbəüz görüş keçirib. xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Liderlər arasında söhbətin qısa sürdüyü bildirilir. Görüş zamanı hansı məsələlərin müzakirə olunduğu açıqlanmayıb

10:55 199
.

Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi

"Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında" Sərəncamda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan il

11:00 279
.

Ermənistanda hərbçi güllələnərək öldürülüb

Ermənistan silahlı qüvvələrində xidmət edən A.Q. adlı hərbçinin odlu silahdan açılan atəş nəticəsində aldığı yara ilə meyiti tapılıb. xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan özünün "Telegram" kanalında məlumat paylaşıb. Onun sözlərinə görə, hazırd

17:30 106
.

Azərbaycan Prezidenti və Çeçenistan başçısı birgə nahar ediblər - Foto

Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov birgə nahar ediblər. BİG.AZ bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir

16:44 145
.