Bu şəxslərə 19 min manat verilə bilər? - Azərbaycanda da var imiş
Uşağın doğulması ilə bağlı maddi dəstək məsələsi müzakirə olunanda adətən dövlət tərəfindən verilən müavinətlər yada düşür. Lakin bildirilir ki, bütün yük dövlətin üzərinə düşməməlidir. Məsələn, Rusiyada 227 şirkət uşağı dünyaya gələn əməkdaşlarına 1 milyon rubl (təxminən 19 min manat) məbləğində birdəfəlik ödəniş etməyi nəzərdə tutan təşəbbüs irəli sürüb. Bu addım özəl sektorun doğum səviyyəsinin artırılmasına və ailələrin dəstəklənməsinə yönələn təşəbbüslərdə iştirakını gündəmə gətirib.
Azərbaycanda da özəl şirkətlər əməkdaşlarının uşağı dünyaya gəldikdə belə təşəbbüslə çıxış edə, onlara böyük məbləğdə birdəfəlik ödəniş verə bilərmi? Bunun üçün qanunvericilikdə hər hansı məhdudiyyət varmı?
Globalinfo.az-a danışan iqtisadçı Fuad İbrahimov deyib ki, uşağın dünyaya gəlməsi münasibətilə özəl şirkətlər tərəfindən maddi dəstək göstərilməsi təcrübəsi var:
"Belə təşəbbüslər ayrı-ayrı şirkətlər tərəfindən həyata keçirilir. Şirkətlər yalnız uşağın doğulması ilə bağlı deyil, digər özəl günlərdə də əməkdaşlarını müxtəlif hədiyyə və yardımlarla sevindirə bilirlər. Bu, toy, uşağın dünyaya gəlməsi, ad günü və digər əlamətdar günlərlə bağlı ola bilər. Bununla bağlı qanunvericilikdə hər hansı məhdudiyyət yoxdur. Şirkətin maliyyə dayanıqlığı və gəlirliliyi varsa, bu cür xərclər onun maliyyə dövriyyəsinə problem yaratmırsa, eləcə də əməkdaş şirkətin fəaliyyətində uğurla iştirak edirsə, belə təşəbbüslər həyata keçirilə bilər. Azərbaycanda da bu cür hallar var və bununla bağlı hər hansı məhdudiyyət nəzərdə tutulmayıb".
İqtisadçı bu dəstəyin daimi xarakter daşımadığını bildirib:
"Şirkətin əməkdaşa uşağın doğulması münasibətilə verdiyi birdəfəlik yardım dövlət tərəfindən uşağın müəyyən yaşına qədər aylıq ödənilən müavinətlə, yəni uşaqpulu ilə eyniləşdirilməməlidir. Bu, birdəfəlik maddi yardım ola bilər. Məbləğ isə, əlbəttə ki, şirkət rəhbərliyinin qərarından asılıdır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 392 Tarix: 18 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPakistan ordusu Əfqanıstanla sərhəddə ağır silahlardan istifadə edib
Pakistan Silahlı Qüvvələri Əfqanıstan hərbçilərinin Kurram sərhəd bölgəsində açdığı atəşə cavab olaraq ağır silahlardan istifadə edib. "Report" xəbər verir ki, bu barədə Pakistanın dövlət televiziyası "PTV" məlumat yayıb. "Pakistan ordusu Kurram sektorunda Əfqanıstan Talibanını
18.10.2026 200 Hindistanda dini bayram zamanı izdihamda 17 nəfər ölüb
Hindistanın şərqində yerləşən Kəlküttə şəhərində dini bayram zamanı baş verən izdiham nəticəsində azı 17 nəfər ölüb, çox sayda insan xəsarət alıb. "Report" "NDTV" telekanalına istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 19:40-da (Bakı vaxtı ilə 18:10) Qiriş-Park rayonunda müvəqqət
18.10.2026 190 Çində 178 milyon dollar dəyərində ekoloji təmiz aviasiya yanacağı istehsalı zavodu açılacaq
Çinin Haynan əyalətində qida tullantılarından ekoloji təmiz aviasiya yanacağı istehsal edən zavod işə salınmağa hazırlanır. "Report" "Haynan jibao" qəzetinə istinadən xəbər verir ki, layihəni "Hainan Eco Prime" şirkəti adanın şimal-qərb sahilində yerləşən qabaqcıl inkişa
18.10.2026 162 Türkiyədən növbəti dəstək dalğası: "Azərbaycan xalqının yanındayıq" - Foto
"X" platformasının Türkiyə seqmentində istifadəçilər "Araplaşmayacağız" həştəqi ilə çoxsaylı paylaşımlar edirlər. -ın məlumatına görə, Azərbaycan dilinə tərcümədə "Ərəbləşməyəcəyik" mənasını verən həştəq altında istifadəçilər türk kimliyi, mədəniyyəti və adət-ənənələri il
18.10.2026 269 İraq regional enerji və nəqliyyat şəbəkələrinin birləşdirilməsini təklif edib
İraqın Baş naziri Əli əz-Zeydi region ölkələrinin enerji, nəqliyyat və kommunikasiya şəbəkələrinin birləşdirilməsi təşəbbüsü ilə çıxış edib. "Report" İNA agentliyinə istinadən xəbər verir ki, hökumət başçısı bu təklifi Bağdadda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirləri şurasını
18.10.2026 207 İran Hörmüz boğazı ilə bağlı ABŞ-dən cavab gözləyir
Rəsmi Tehran Hörmüz boğazının açılması ilə bağlı yeddi günlük planı Vaşinqtona təqdim edib və cavab gözləyir. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqç İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 52-ci iclasında çıxışı zamanı bildirib
18.10.2026 206 Gəncədə qəza: Ana və iki azyaşlı övladı xəsarət aldı
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. BİG.AZ APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində üç nəfər xəsarət alıb. Belə ki, iki avtomobilin toqquşması nəticəsində ana və iki azyaşlı övladı xəsarət alıb. Yaralılar 30 yaşlı A.Həsənova, 5 yaşlı U.Məmmədli və 3 yaşlı N.Məmmədlidir. Onla
18.10.2026 203 El-Ninyo Kaliforniya sahillərinə tropik balıqları, köpəkbalıqlarını və dəniz ilanlarını gətirib
Sakit okeanda El-Ninyo iqlim hadisəsi ilə əlaqədar suyun temperaturunun anomal yüksəlməsi ABŞ-ın Kaliforniya ştatının sahillərində nadir tropik balıqların, köpəkbalıqlarının və dəniz ilanlarının görünməsinə səbəb olub. "Report" Reuters agentliyinə istinadən xəbər verir ki, bu il El-Ninyo hadisəsini
18.10.2026 219 İran ordusu: Oman dənizində zədələnmiş neft tankerlərinin sayı artır
Oman dənizində zədələnmiş neft tankerlərinin sayı artır. "Report" IRIB-yə istinadən xəbər verir ki, bu barədə İran Ordusunun Hərbi Dəniz Qüvvələrini (HDQ) məlumat yayıb. "Bu gün günorta saatlarında Hörmüz boğazının şərq hissəsini daim müşahidə və nəzarətdə saxlayan İran Ordusunun Hərb
18.10.2026 211