Misir piramidalarının daşdan tikilmədiyi iddia olunur: Fizik yeni nəzəriyyə irəli sürdü
Misir piramidalarının necə inşa edildiyi ilə bağlı əsrlərdir davam edən müzakirələrə yeni bir nəzəriyyə əlavə olunub. Belçikalı nüvə fizikası professoru Gi Demortye hesab edir ki, Xeops piramidasının nəhəng blokları daş karxanalarından gətirilməyib, tikinti yerində xüsusi qəliblər vasitəsilə hazırlanıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Wielka Historia" portalı məlumat yayıb.
Nəzəriyyəyə görə, qədim misirlilər taxtadan hazırlanmış qəliblərdən istifadə edərək onların içərisinə betona bənzər qarışıq töküblər. Bu ehtimal ilk dəfə 1970-ci illərdə fransız kimyaçısı Jozef Davidoviç tərəfindən irəli sürülüb. O, qədim Misir betonunun əsasən əhəngdaşı tozu, diatomit, gil, natrium karbonat və əhəngdən ibarət olduğunu iddia edib.
Lakin sonradan digər alimlərin apardığı araşdırmalar bu fərziyyəni təsdiqləməyib. Tədqiqatçılar nümunələrdə süni qarışığın izlərini aşkar etməyərək onların təbii daş və ya tikinti məhlulu olduğunu bildiriblər.
Mövzu XXI əsrin əvvəllərində yenidən gündəmə gəlib. Namür Universitetinin professoru Gi Demortye piramidanın ənənəvi üsullarla tikilməsi ehtimalını şübhə altına alıb. Onun hesablamalarına görə, tikinti təxminən 30 il ərzində başa çatdırılıbsa, hər dəqiqə bir kubmetr həcmində daş blokun yerinə yerləşdirilməsi tələb olunurdu. Fizikin fikrincə, bu qədər yüksək sürətlə tikinti aparılması inandırıcı deyil.
Demortye 2009-cu ildə dərc olunan araşdırmasında rentgenoqrafiya və maqnit spektroskopiyası kimi üsullarla Xeops piramidasından götürülmüş nümunələri təhlil edib. Nəticədə materialın 85-92 faizinin əhəngdaşından ibarət olduğunu müəyyənləşdirib. Bununla belə, nümunələrin bir sıra xüsusiyyətlərinin yaxınlıqdakı karxanalardan çıxarılan təbii əhəngdaşından fərqləndiyini bildirib.
Alim bu fərqləri daş blokların tikinti meydançasında qəliblərə tökülərək hazırlanması ehtimalı ilə əlaqələndirib.
Bununla belə, sözügedən nəzəriyyə elmi ictimaiyyətdə geniş dəstək qazanmır. Tarixçilər və arxeoloqlar hesab edirlər ki, belə iddiaları qiymətləndirərkən Qədim Misirin tarixi, mədəniyyəti və tikinti texnologiyaları da nəzərə alınmalıdır. Bundan başqa, araşdırmalarda istifadə olunan nümunələrin sayı azdır və onların dəqiq mənşəyi ilə bağlı suallar qalır.
Mütəxəssislər nümunələrin piramidanın daş bloklarını birləşdirmək üçün istifadə edilən tikinti məhlulunun qalıqları ola biləcəyini də istisna etmirlər. Beləliklə, piramidaların betonabənzər qarışıqdan hazırlanması fikri hələlik təsdiqlənmiş elmi fakt deyil, mübahisəli fərziyyə olaraq qalır.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 176 Tarix: 07 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKosmosda müəmmalı nəhəng - Alimlər heyrətamiz kəşfə imza atdılar!
Günəş sisteminin ən uzaq bölgələrindən birində indiyədək məlum olmayan yeni cırtdan planet namizədi aşkar edilib. BİG.AZ xəbər verir ki, Çilidə yerləşən Vera Rubin Rəsədxanasının alimləri Plutonun orbitindən kənarda diametri 1500 kilometrə çata bilən nəhəng buzlu kosmik obyekt müəyyən ediblər. "Reuters"i
30.10.2026 547 "ChatGPT"nin dərmanlarla bağlı tövsiyəsi daha bir nəfərin həyatına son qoydu
ABŞ-nin Vaşinqton ştatında yaşayan 31 yaşlı Bouen Vanın ailəsi "ChatGPT"nin verdiyi tibbi məsləhətlərin onun ölümünə səbəb olduğu iddiası ilə "OpenAI" şirkətinə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, iddialara görə, epilepsiyadan əziyyət çəkən Van işini itirdikdən sonra yen
01.11.2026 650 Qızılın saxta olub-olmadığını necə yoxlayaq? - Video
Sosial şəbəkələrdə qızıl məmulatlarının tərkibi ilə bağlı yayılan görüntülər müzakirələrə səbəb olub. İddialara görə, zərgərlərin aldığı 44 qramlıq qızıl məmulatının 20 qramdan çoxunun mis olduğu aşkarlanıb. Baku TV-ə istinadla xəbər verir ki, zərgər Şamil Zeynalovun sözlərinə görə, bu cür hallara təkc
31.10.2026 419 Gecələr ürəyimiz niyə zərərli qidalar istəyir?
Şam yeməyindən sonra mətbəxə tərəf addımlamaq bir çox insan üçün adi hallardan biridir. Araşdırmalar göstərir ki, insanların təxminən üçdə biri, 18-24 yaş arası gənclərin isə 80 faizi axşam yeməyindən sonra qəlyanaltı edir. Lakin dietoloq Dr. Kristina Bolyo yatmazdan iki saat əvvəl yemək yeməyin kökəlm
06.11.2026 313 Xüsusi aparata ehtiyac yoxdur - Tiftiyi bir hərəkətlə yox edir
Qış aylarında tez-tez geyinilən yun, trikotaj və kaşmir geyimlərdə sürtünmə nəticəsində yaranan tüklənmə (tiftiklənmə) geyimlərin köhnə görünməsinə səbəb olur. Xüsusi tiftik təmizləyən aparatlar olmadan, adi ülgüclə geyimləri zədələmədən ilk günkü görünüşünə qaytarmaq mümkündür. xəbər verir ki, yunu
31.10.2026 443 Turlar.az - Turizm elanları saytı
saytında bir-birindən maraqlı və sərfəli elanlar sizi gözləyir!. İstirahət etmək üçün yeni məkan axtarırsınız? Tez-tez getdiyiniz yerlər daha sizə darıxdırıcı gəlir? Gedəcəyiniz yeni məkanı müəyyənləşdirməkdə çətinlik çəkirsiniz? O zaman vaxt itirmədən pulsuz turizm elanları saytına daxil olun. Bu fürsə
03.11.2026 629 Meqan Marklın atası həbs edildi
Meqan Marklın atası Tomas Marklın ABŞ Federal Təhqiqat Bürosu (FBI) tərəfindən saxlanıldığı iddia olunur. Axşam.az xəbər verir ki, "Daily Mail" nəşrinin məlumatına görə, 82 yaşlı kişi Floridada, demensiya xəstələri üçün nəzərdə tutulan xüsusi qayğı müəssisəsində cümə günü səhər saatlarınd
16:20 162 Xidmetler.Az - Bütün xidmətlər bir saytda!
XİDMETLER.AZ bütün xidmətlərin bir yerdə olduğu saytdır. Saytda sizi narahat edən hər hansı məsələ ilə bağlı kömək almaq imkanınız var. - Gündəlik işlər üçün icraçı və ya daimi iş sifarişi axtaran saytımızda tapar. Siz də qoşulun və sizə lazım olan işçiləri tapın. - Usta axtarışına çıxanların köməyin
26.10.2026 1361 Velosipedi yenidən kəşf etmək də olurmuş... - Fotolar
Nigeriyanın Kebbi əyalətində yaşayan 19 yaşlı Bello Məhəmməd müstəqil şəkildə dizayn edib hazırladığı fövqəladə nəqliyyat vasitəsi ilə dünya rekorduna imza atıb. "Qafqazinfo" xəbər verir ki, peşəkar kömək almadan 2.9 metr hündürlüyündə velosiped quraşdıran gənc "Ginnesin Rekordlar Kitabı"n
06.11.2026 281