Bilal Ərdoğan Milli Yaylaq Festivalının açılışında iştirak edib

Bilal Ərdoğan Milli Yaylaq Festivalının açılışında iştirak edibAzərbaycanda ilk dəfə olaraq ölkənin milli-mədəni dəyərlərini, tarixini və bir sıra ənənələrini özündə əks etdirən Milli Yaylaq Festivalı keçirilir.

BiG.AZ Oxu.Az-a istinadən xəbər verir ki, bu gün festivalın açılış mərasimi olub.

Mərasimdə türkiyəli iş adamı, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın oğlu Bilal Ərdoğan da iştirak edib.

B.Ərdoğan Kənd Təsərrüfatı naziri İnam Kərimovla birgə festivalın rəmzi lentini kəsib.

Festival Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), "Cavadxan" Tarix və Mədəniyyət Fondu, Gədəbəy Rayon İcra Hakimiyyətinin birgə tərəfdaşlığı ilə təşkil olunur.

Festivalın keçirilməsində Mədəniyyət Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə yanaşı, digər dövlət qurumları da tərəfdaşlar iştirak edir.

Gədəbəy rayonunun ərazisində yerləşən Düzyurd-Miskinli yaylağında, unikal konsepsiya əsasında keçirilən Milli Yaylaq Festivalına yerli iştirakçılar və turistlərlə yanaşı, xarici ölkələrdən çoxsaylı fəxri qonaqlar da qatılıb.

"Yaylaq Yurdu" adlı etnoqəsəbə artıq Gədəbəydə işinə başlayıb.

Mədəni-etnoqrafik hissədə tamaşalar, qədim xalq oyunları təşkil ediləcək, yaylaq mətbəx nümunələri, xüsusən də odun üzərində xörəklər: dovğa, çoban buğlaması, sacüstü kətələr, kabablar və digər yeməklər bişiriləcək.

Həmçinin yerli yorğa atların sərgi-müsabiqəsi keçiriləcək, yaylaq və spesifik kənd təsərrüfatı məhsullarının satış yarmarkası olacaq.

Festival müddətində Azərbaycanda tolerantlıq və multikulturalizmin əyani nümayişi olaraq ölkədə yaşayan müxtəlif etnik qrupların nümayəndələrinin mədəni proqramları və nümunəvi çıxışlarına yer veriləcək.

Tədbirdə qonaqlar və turistlər arasında kəndirdartma kimi kütləvi yarış və oyunlar təşkil ediləcək.


BiG.Az
Telegramda izləyin
Turizm   Baxılıb: 4411   Tarix: 29 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Atletiko" Oblakı De Xea ilə əvəzləmək istəyir

İspaniyanın "Atletiko" klubu yayda komandadan gedəcək qolkiper Yan Oblakı David De Xea ilə əvəzləmək istəyir. "Report"un "Todofichajes"ə istinadən məlumatına görə, Madrid təmsilçisi "Mançester Yunayted" klubundan ayrılan De Xea ilə danışıqları davam etdirir. İspaniyal

04.05.2024 11474
.

Koronavirusla bağlı SON STATİSTİKA

Dünyada 598 197 031 nəfərdə koronavirus aşkarlanıb. Bu barədə onlayn statistikada qeyd olunur. Virusdan 6 463 879 xəstə ölüb, 572 188 998 nəfər sağalıb. Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (95 065 403), Hindistan (44 298 864 nəfər), Fransa (34 276 081 nəfər), Braziliya (34 22

18.08.2022 11510
.

"Fənərbağça"dan ayrılacağı gözlənilən futbolçunun maaşı artırıldı

"Fənərbağça" klubu ilə yollarının ayrılacağı gözlənin Osai Samuelin maaşı artırılıb. Məlumata görə, "sarı-lacivərdlər" təcrübəli futbolçu ilə müqavilə müddətini 2026-cı ilədək uzadıblar. Osai Samuel "Fənərbağça" klubunda əvvəllər ilinə 600 min avro maaş alırdısa, bunda

18.05.2024 10889
.

"Atletiko" dünya çempionu olmuş Kristian Romeronu heyətinə qatıb

İspaniyanın "Atletiko" klubu Argentina millisinin futbolçusu Kristian Romeronu heyətinə qatıb. "Report" xəbər verir ki, bu barədə Madrid təmsilçisi məlumat yayıb. 28 yaşlı müdafiəçi İngiltərə təmsilçisi "Tottenhem"dən transfer edilib. Xatırladaq ki, Kristian Romero 2022-c

15.08.2026 1141
.

Məşhur italiyalı futbolçu vergidən yayınmaqda ittiham olunur

Məşhur italiyalı futbolçu Françesko Totti vergidən yayınmaqda ittiham olunur. İdmançı artıq Roma məhkəməsinin şübhəlilər reyestrindədir. "Report" xəbər verir ki, bu barədə Mash Telegram kanalı məlumat yayıb. Mənbə iddiasına görə, "Canavarlar"ın eks-kapitanı sosial şəbəkələrdə rekla

01.12.2024 9826
.

Türk əsilli boksçunun ürəyi rinqdə dayandı

Almaniyada yaşayan türk əsilli boksçu Musa Aksan həyatını itirib. xəbər verir ki, onun ürəyi elə rinqdəcə dayanıb. Döyüşün üçüncü raundunda qəflətən halı pisləşən idmançı xəstəxanaya çatdırılsa o vəfat edib. Həkimlər ürəyin qəfil dayanmasını qeyd ediblər

16.05.2022 11087
.

Azərbaycanda bu transfer xidmətindən yararlanmağa tələsin - FOTOLAR

Azərbaycanda daxili turlar və şirkət qrupları üçün ən uyğun qiymətlərə VİP nəqliyyat vasitələrinin təşkili xidməti ("rent a car", avtomobili sifarisi, hər dildə danisa bilən sürücü və bələdçi) . Əlaqə nömrəsi: +99 450 711-00-01 (yalnız transfer) . İnstagram: . ترتيب سيارات VIP بأنسب الأسعا

27.09.2022 11038
.

Azərbaycan hotellərində dekabr üçün orta qiymət 25 %-ə yaxın artıb

Bu il Azərbaycanda bütün ulduz təsnifatları üzrə hotellərdə onlayn bronlaşdırma sistemi olan vasitəsilə bir gecə qalmaq üçün orta qiymət 154,3 manat təşkil edib. "Report" Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, ötən illə müqayisədə 24,2 % çoxdur. Təkcə dekabr ayınd

08.12.2024 8785
.

"Barselona"nın futbolçusu növbəti iki oyunu buraxacaq

İspaniyanın "Barselona" klubunun zədəli futbolçusu Rafinyanın durumuna aydınlıq gəlib. "Report" Kataloniya təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, "Sevilya"ya 1:0 hesabı ilə qalib gəldikləri La Liqanın VII tur matçında sıradan çıxan 26 yaşlı vinger sa

30.09.2023 13391
.