Xankəndi Stadionu açıldı - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Xankəndi Stadionunun əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib.
"Qafqazinfo" xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov dövlət başçısına stadionda yaradılmış şərait barədə məlumat verib.
Bildirilib ki, Xankəndi Şəhər Stadionu 1956-cı ildə istifadəyə verilib. 2023-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdikləri antiterror əməliyyatı nəticəsində Xankəndi şəhəri erməni işğalından azad olunub. Bundan sonra stadionun əsaslı şəkildə yenidən qurulmasına başlanılıb.
Xankəndi Şəhər Stadionu əsaslı təmir edilərək UEFA-nın 3-cü kateqoriya standartlarına uyğun qurulub. Stadionun ərazisi genişləndirilərək 3,39 hektara çatdırılıb.
Stadionun ümumi tamaşaçı yerlərinin sayı ümumilikdə 8554-dür. Onlardan da 8214-ü standart oturacaqlı, 251-i isə xüsusi qonaqlar üçün olan yerlərdir. Bundan başqa, 59 yer media, 30 yer isə fiziki imkanları məhdud olan şəxslər üçün nəzərdə tutulub.
Uzunluğu 105, eni isə 68 metr olan futbol meydançasına süni ot örtüyü döşənib. Meydançanın ətrafında isə atletika zonası yerləşir. Bu zona 100 metr, eyni zamanda, 200 metrdən 10 min metrədək məsafələrə qaçış, o cümlədən maneələrlə qaçış, uzununa tullanma və digər zonalardan ibarətdir.
Stadionda futbolçular və texniki heyət, həmçinin hakimlər, məşqçilər, media nümayəndələri üçün otaqlar, konfrans zalı, tibb məntəqəsi var.
Qeyd edək ki, Xankəndi Şəhər Stadionunun əsaslı təmirdən sonra istifadəyə verilməsi Azərbaycanda idmana göstərilən dövlət qayğısının bariz nümunəsidir. Bu layihənin icrası işğaldan azad edilmiş ərazilərdə idman infrastrukturunun inkişafı baxımından mühüm rol oynamaqla Azərbaycanda idmana və gənc nəslin sağlam yetişməsinə göstərilən diqqəti əyani şəkildə nümayiş etdirir. Bölgələrimizdə Olimpiya idman kompleksləri, stadionlar və digər müasir idman obyektlərinin yaradılması Azərbaycanın idman ölkəsi kimi dünyada nüfuzunu daha da artırır. Təsadüfi deyil ki, bu gün ölkəmiz mötəbər qlobal idman yarışlarına uğurla ev sahibliyi edir, nüfuzlu beynəlxalq idman qurumları öz tədbirlərinin məhz Azərbaycanda keçirilməsində maraqlıdırlar. Bu xüsusda ölkəmizdə ilk dəfə 15 yaşadək oğlan futbolçular arasında təşkil olunmuş (FIFA U-15) dünya çempionatı və festivalını, həmçinin gələn il 20 yaşadək kişi futbolçular arasında keçiriləcək dünya çempionatını (FIFA U-20 World Cup) qeyd etmək olar.













BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 222 Tarix: 07 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHörmüz boğazında minaya düşdükdən sonra tankerdə yanğın baş verib
Hörmüz boğazının şərq hissəsində minaya düşən tanker yanmağa başlayıb. "Report" "Al Jazeera"ya istinadən xəbər verir ki, bu barədə İranın Hərbi Dəniz Qüvvələri məlumat yayıb. Qeyd olunub ki, gəmi boğazın qadağan olunmuş hissəsi ilə hərəkət edib. İran tərəfinin iddiasına görə, gəmid
16:00 166 Jurnalist Elnur Şükürov həbs edildi
Jurnalist Elnur Şükürov həbs edilib. BİG.AZ APA-ya istinadən xəbər verir ki, bu barədə Sabunçu Rayon Məhkəməsi qərar qəbul edib. Qərara əsasən, Elnur Şükürov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 221.2-ci (xuliqanlıq - ağırlaşdırıcı hallarda) və 188.1-ci (qanunl
16:31 180 Prezident Ağdama getdi - Fotolar - Yenilənib
Azərbaycan Prezidenti İlham Əliyev bu gün 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxana binasının tikintisi ilə tanış olub. "Qafqazinfo" xəbər verir ki, səhiyyə naziri Anar Bayramov dövlətimizin başçısına inşaat işlərinin gedişi ilə bağlı məlumat verib. Bildirilib ki, ümumi sahəsi 6 hektarda
13:40 196 ABŞ-nin BƏƏ-dəki səfirliyi Yaxın Şərqdəki amerikalıları yüksək sayıqlığa çağırıb
ABŞ-nin Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyi artan silahlı hücum təhlükəsi səbəbindən Yaxın Şərqdəki ABŞ vətəndaşlarını yüksək sayıqlıq nümayiş etdirməyə çağırıb. "Report" xəbər verir ki, bu barədə diplomatik missiyanın rəsmi bəyanatında bildiirlib. Səfirlik təhlükəni Yəmən husilərini
17:40 148 DİN Zəfər Günü münasibətilə videoçarx hazırlayıb
Daxili İşlər Nazirliyi (DİN) 8 Noyabr - Zəfər Günü münasibətilə videoçarx hazırlayıb. BİG.AZ xəbər verir ki, "8 Noyabr - tarixə düşən Zəfər möhürü" adlı videoçarxda Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən bəhs olunur
15:29 162 Şagird sevdiyi qıza görə 16 yaşlı həmkəndlisini bıçaqladı
Bu ilin iyun ayında Sabirabad rayonunun Kovlar kəndində tanışını bıçaqlayan 2010-cu il təvəllüdlü Hətəm Hətəmov (adlar və soyadlar şərtidir - red.) hakim qarşısına çıxarılıb. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə gənc Cinayə
17:30 172 Xankəndi Stadionu açıldı - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Xankəndi Stadionunun əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib. "Qafqazinfo" xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov dövlət başçısına stadionda yaradılmış şərait barədə məlumat verib. Bildirilib ki, Xankəndi Şəhər Stadionu 1956-c
13:20 221 Prezident Qarabağ Universitetində təməlqoyma mərasimində - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Xankəndidə Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib. "Qafqazinfo" xəbər verir ki, dövlətimizin başçısına binalarda yaradılacaq şərait barədə məlumat verildi. Bildirildi ki, kitabxan
11:41 217 Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Türkiyə Meteorologiya Baş İdarəsi həftəsonu ölkə ərazisində təsirli olacaq soyuq və yağıntılı hava şəraiti ilə bağlı əhaliyə müraciət edib. Türkiyə mətbuatına istinadla bildirir ki, proqnoza əsasən, havanın temperaturu nəzərəçarpacaq dərəcədə aşağı düşəcək. Qara dəniz sahillərində intensiv yağış, ölkəni
16:37 195